Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynadakı Azərbaycan diasporu ilə bağlı qalmaqalın yeni təfərrüatları

Xəyyam Həqiqətoğlu: “Fikir ayrılığı yaranırsa, deməli o adam bizim düşmənimizdir”


Ötən gün musavat.com saytında Ukraynada eyni adda daha bir konqresin yarandığı barədə məlumat dərc edilmişdi. Məlumatda iddia olunurdu ki, yeni təşkilat “Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi” adlanır və onun rəhbərliyinə Xəyyam Həqiqətoğlu adlı azərbaycanlı təyin olunub. Konqresin loqosu sosial şəbəkələrdə yayılıb.

Yazıda həmçinin qeyd olunub ki, Ukraynada Rövşən Tağıyevin “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi” adlı təşkilatı ilə Hikmət Cavadovun yaratdığı “Birləşmiş Ukrayna Azərbaycanlıları Diasporu” arasında son vaxtlar qalmaqal yaşanır. Kiyevdə Ukrayna Daxili İşlər Nazirliyi qarşısında erməni mənşəli nazir Avakova qarşı oğurlanan və öldürülən azərbaycanlılarla bağlı etiraz aksiyasından sonra da bu qalmaqal yenidən alovlanıb, təşkilatlar arasında fikir ayrılığı yaranıb. 

Hazırda sosial şəbəkələrdə yeni Konqresin səhifəsinin elan olunması da bundan qaynaqlanır. Yazıda o da iddia olunub ki, adı çəkilən təşkilatlardan başqa, İlqar Abbasovun sədrliyi ilə “Ukrayna Azərbaycanlıları Konqresi” də fəaliyyət göstərir.

Qalmaqalda adı hallanan Xəyyam Həqiqətoğlu məsələyə aydınlıq gətirmək üçün “Yeni Müsavat”a açıqlama verib. 



O, yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib: “Ukraynada tək bir təşkilat var, o da əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulmuş, 1996-cı ildən fəaliyyət göstərən “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi”dir. Konqresin sədri Rövşən Tağıyevdir, onun da bir ildir ki, müşaviri, müavini mənəm. Bizim təşkilat artıq 20 ildir ki, fəaliyyət göstərir və Ukraynanın 23 regionunun, vilayətlərinin birbaşa sədrlərinin dəstəyi ilə seçilmiş sədr tərəfindən idarə olunur. Konqresin sosial şəbəkədə səhifəsi var idi və bu günlərdə həmin səhifə sadəcə yenilənib. Yəni, dəyişən heç nə yoxdur”. 

Xəyyam Həqiqətoğlu Ukraynada Azərbaycan təşkilatları arasında yaranan fikir ayrılıqları ilə bağlı məlumatlara da münasibət bildirdi: “Ukraynada bizim konqresdən başqa təşkilat yoxdur. Hikmət Cavadov 4-5 il bundan əvvəl oyun olaraq bir təşkilat yaradıb. Ukraynanın Daxili İşlər Nazirliyinin qarşısında keçirdiyimiz mitinq zamanı aramızda fikri ayrılıqları yaranıb. Bu tədbiri təşkil edən bizim konqresi olub və Ukrayna Gənclər Birliyi ilə bir yerdə təşkil etmişdik. Biz arzu etdik ki, Hikmətin də təşkilatı da gəlsin, lakin gəlmədi. Aksiyanı da keçirməkdə məqsədimiz Ukraynada yaşayan azərbaycanlıları qorumaq idi. Belə bir məsələdə fikir ayrılığı yaranırsa, deməli o adam bizim düşmənimizdir. 

Nə şəxsi, nə də təşkilat olaraq aramızda bir narazılıq yoxdur. Biz onları, bir azərbaycanlı olaraq kənarda qalmamaları üçün dəvət etmişdik. Sağlam rəqabət yaxşı haldır, sadəcə təəssüf edirəm ki, azərbaycanlılar bir olmağı bacarmır. Əslində uzun illərdir ki, Ukraynada bir konqres var idi və işlər də mükəmməl şəkildə gedirdi. Rövşən Tağıyevin təyinatından sonra işlər daha da yaxşılığa doğru irəliləyib... İstənilən halda, biz həmin təşkilatla da birgə olmağa hazırıq. Bu barədə onlara təkliflərimiz də olub”.

Konqres müşaviri onu da qeyd etdi ki, aksiyadan sonra oğurlanan azərbaycanlılardan biri azad edilib: “Aksiyadan tam 2 gün sonra bir azərbaycanlı azadlığa buraxıldı. Oğurlanan azərbaycanlılar pul üçün oğurlanmışdılar. Lakin həmin şəxs pulsuz olaraq 2 gündən sonra azad edilib. Kimlər tərəfindən də oğurlanması ilə bağlı DİN tərəfindən araşdırma aparılır və bununla bağlı bizə də məlumat veriləcək. Konqresimiz rəsmi şəkildə prezidentə, baş prokurora, baş nazirə müraciətlər edib. Baş nazir də birbaşa olaraq DİN-ə əmr verib və qısa bir zaman ərzində azərbaycanlıların oğurlanması, onlara işgəncə verilməsi ilə bağlı faktların araşdırılması nəzarətə götürülüb. Təşkilat sədrinin bununla bağlı şəxsən baş nazirlə görüşü olub və bu günlərdə DİN müavini və ya nazirin özü ilə də görüş nəzərdə tutulub”.

Xəyyam Həqiqətoğlu son olaraq onu da əlavə etdi ki, İlqar Abbasovun sədrliyi ilə daha bir konqresin fəaliyyət göstərməsi məlumatı da doğru deyil: “Belə bir konqres yoxdur. İlqar Abbasov Rövşən Tağıyevdən əvvəl təşkilatımızın sədri olub, ondan əvvəl isə Akif Gülməmmədov olub. Onların hər ikisi hazırda konqresimizdə fəaliyyət göstərir”.

Yazıda adı hallanan qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar