Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada yayılan qızılca xəstəliyindən Azərbaycanda da aşkarlanıb


Günay Rəsulova: “İnfeksiya zamanı uşağı xəstəxanaya aparmaq yox, həkimi evə çağırmaq lazımdır, çünki...”


Yanvarın əvvəlindən başlayaraq Ukraynanın paytaxtı Kiyevdə uşaqlar arasında kəskin qızılca xəstəliyi yayılıb. 61 nəfərin qızılcaya tutulduğu aşkarlanıb. Onlardan 49-u uşaqdır. Hətta artıq 5 yaşlı bir uşaq bu xəstəlikdən dünyasını dəyişib. Kiyevdə qızılca xəstəliyinin yayılması ilə bağlı şəhərdə kütləvi tədbirlərin keçirilməsi bir ay müddətində məhdudlaşdırılıb.

Azərbaycancanda da bu xəstəliyə yoluxma halları müşahidə edilir. Ölkəmizdə uşaqlar vaxtında qızılcaya qarşı peyvənd olunur və valideynlərin əksəriyyəti bu mövzuda olduqca məsuliyyətlidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızılcadan ildə ortalama 150 min insanın vəfat etdiyini bildirib. Bunların əksəriyyəti 5 yaşınadək olan uşaqlardır.

Qızılca epidemik, yoluxucu bir xəstəlikdir. Xəstəlik ən irəli gedən hallarında sətəlcəm və beyin iltihabı kimi vəziyyətlərə  yol aça bilir. 6 aydan əvvəlki körpələrdə nadir rast gəlinir. Çünki anadan alınan anticisimlər körpəni bu xəstəlikdən qarşı qoruyur. Xəstəlik uşağa yaxın təmas və hava-damcı yolu ilə keçir. Xəstəlik virusu bədənə girdikdən təqribən 10 gün sonra əlamətlərini göstərməyə başlayır.

Bəs bu xəstəlikdən körpələri necə qoruya bilərik və yoluxma zamanı nə etmək lazımdır? Pediatr Günay Rəsulova qızılca xəstəliyinin spesifik xüsusi bir müalicəsinin olmadığını bildirdi: “Qızılca uşaq infeksion xəstəlikləri sırasında gedir. Azərbaycanda uğurla tətbiq edilən peyvəndlər, vaksinlər sayəsində bunun qarşısı xeyli alınmaqdadır. Hazırda Azərbaycanda qızılcanın yayılması ilə bağlı hər hansı qorxu yoxdur. Mən bunu şəxsi praktikama əsasən deyirəm. Qızılca peyvəndi elə bir peyvənddir ki, onun heç bir yan təsiri olmur. Ona görə də valideynlər qorxmadan uşaqlarına qızılca peyvəndini etdirirlər. Bu xəstəliyin əsas simptomları qızdırmanın yüksəlməsi, qızdırma ilə yanaşı, gözdə qızarma və üç gün ərzində mərhələli şəkildə iltihablı səpgilərlə müşahidə olunur. Bu uşaqlarda səpgilər adətən üzdən başlayır, xəstəliyin ikinci günündə gövdənin ön hissəsinə, qarına, üçüncü gün isə ayaqlara və qollara yayılır. Başladığı yerdən də solmağa başlayır. Yəni öncə üzdən, sonra da bədəndən solur. Qızılca xəstəliyinin spesifik xüsusi bir müalicəsi yoxdur. Sadəcə olaraq simptomatik müalicə ilə xəstəliyin öz müddətini başa vurmasını gözləyirik. Qızılca zamanı uşaqda qızdırma varsa, qızdırma salıcı dərman, həmçinin çoxlu maye verilir, uşaqlar karantinə alınır. Uşaq 15-20 günlük karantin müddətini başa vurduqdan sonra sağlam hesab edilərək normal həyatına davam edir. Qızılca xəstəliyindən sonra yaranmış immunitet çox vaxt ömürlük olur. Çox nadir halda ola bilər ki, bir dəfə qızılca tutmuş uşaq təkrar tutsun. Xəstəliyin kataral dövrü 3-5 gün çəkir, ondan sonra 5-8 günlük səpgi dövrü başlayır, daha sonra tədricən sağalma dövrü başlayır. Amma 15-20 gün ərzində bu xəstələr yoluxucu hesab oluna bilər. Çünki hələ səpgidən öncəki dövrdə, səpgi dövründə və sağalma dövründə də hətta viruslar yoluxdurucu hesab edilə bilərlər”.

G.Rəsulova insanlar arasında qızılca, su çiçəyi kimi infeksion xəstəliklərə mütləq yoluxulur düşüncəsinə gəlincə isə bunun tamamilə yanlış bir fikri olduğunu dedi: “Heç bir infeksion xəstəliyə mütləq yoluxmaq lazımdır deyə bir şey yoxdur. Təbii ki, bu bir deyimdir. Bu bir növ xəstəlik keçirən uşağın valideynlərinin psixologiyasına müsbət təsir göstərir. Hətta bəzi valideynlər buna sevinir ki, nə yaxşı keçirtdi, bir də keçirməyəcək və s. kimi. Kontakt olmadan heç bir infeksion xəstəlik keçirməyən uşaqlar da var. Peyvənd vaksinasiya da ona görə aparılır ki, uşaq heç bir infeksion xəstəlik keçirməsin. Ancaq onu da qeyd edim ki, peyvənddən sonra da uşaq da infeksion xəstəliklər müşahidə edilə bilər. Çünki peyvəndin qoruyuculuğu 100 faiz deyil. Peyvənddən sonra uşaq xəstəlik keçirərsə, peyvənd olunmamış uşağa nisbətə daha yüngül keçirir və heç bir ağırlaşma halı müşahidə edilmir. Qızılca əsas uşaq infeksion xəstəlikləri sırasında getsə də çox nadir hallarda böyüklərdə də müşahidə edilə bilər. Təbii ki, bu böyüyün immun sistemindən asılıdır”.

Pediatr valideynlərə tövsiyələrini də verdi: “Valideynlərə ilk növbədə tövsiyəm odur ki, uşaqlarına qızılca peyvəndini mütləq etdirsinlər. Biz buna qızılca, səpgi deyirik, amma bu infeksion xəstəliklərin çox pis, xoşagəlməz ağırlaşmalar ola bilər. Misal üçün, pnevmoniya, ən uzaq fəsad kimi 12 il sonra baş verəcək ağır nevroloji xəstəlik və s. Su çiçəyinin də çox pis ağırlaşmaları olur. Bu ağırlaşmaların baş verməməsi, uşaqların bu infeksion xəstəliklərə tutulmaması üçün mümkün qədər profilaktik peyvəndləri etməlidirlər. İnfeksion xəstəlik baş verdikdə uşağı xəstəxanaya aparmaq yox, həkimi evə çağırmaq lazımdır. Çünki uşağı xəstəxanaya apardıqda sağlam uşaqları da bu xəstəliyə yoluxdura bilərlər”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar