Çərşənbə, 16 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ukraynada “Apple Pay” işə düşdü

Ukrayna ərazisində “Apple Pay” mobil ödəniş sistemi işə düşüb


Lent.az-ın Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, rəsmi şəkildə “Apple Pay” ölkədə mayın 17-də fəaliyyətə başlayacaq. Lakin artıq bir çox “iPhone” sahibi xidmətin əlçatan olduğunu görüb. Öz müştərilərini sistemə ilk qoşan bank “Privatbank” olub.

“Apple Pay” sistemi bank kartları sahiblərinin “iPhone” vasitəsilə alış-veriş etməsinə imkan verir. Bunun üçün smartfonu terminala yaxınlaşdırmaq kifayətdir.

Qeyd edək ki, “Apple” Messages əlavəsi vasitəsilə istifadəçidən istifadəçiyə pul köçürmələrinə imkan verən “Pay Cash” funksiyasını da işə salıb.

pia.az
Etiket:
loading...