Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna prokurorluğu 17 Azərbaycan şirkəti və təşkilatı barədə istintaq başlatdı


Ukrayna Təhlükəsizlik Xidmətinin təqdimatı ilə bu ölkənin Baş prokurorluğu aprelin 20-dən 22-nə qədər Krımın Yalta şəhərində keçirilən III Beynəlxalq iqtisadi forumun iştirakçılarına qarşı istintaq tədbirlərinə başlayıb


Virtualaz.org Ukrayna mənbələrinə istinadən xəbər verir ki, prokurorluq həmin iqtisadi forumun iştirakçılarının ölkənin “müvəqqəti işğal altında olan ərazilərinə daxil olmaq qaydalarını” pozmaqda günahlandırır. İştirakçılar arasında Azərbaycanın 17 iri dövlət və qeyri-dövlət müəssisələrinin nümayəndə heyətləri də var.

Açıqlamada deyilir ki, vətəndaşları həmin “forumda” iştirak edən ölkələrə müraciət olunaraq Ukrayna qanunlarını pozan bu şəxslərin ekstradisiyası tələb olunacaq. Habelə Ukrayna prokurorluğu forumun maliyyələşdirilməsində iştirak edən ayrı-ayrı müəssisələrin hərəkətinə hüquqi qiymət verəcək.

Yalta Beynəlxalq İqtisadi Forumunun informasiya xidməti bildirir ki, həmin forumda Azərbaycandan 17 təşkilatın və şirkətin nümayəndələri iştirak edib. Bunlardan bəzilərinin adlarını diqqətə çatdırırıq: Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Beynəlxalq Bankı, “Azərkosmos” ASC, “Azərsun Holding”, SOCAR, Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi, Azərbaycan İqtisadçılar Birliyi və s.

Bu isə o deməkdir ki, adları çəkilən təşkilatlar və şirkətlər artıq Ukrayna prokurorluğunun qaldırdığı cinayət işində fiqurantlardır. Yalta forumunu Krım hökuməti Rusiya prezidenti Administrasiyası ilə birlikdə təşkil edib.

Ukraynada qəbul edilmiş qanuna görə Krım və Donbass “müvəqqəti işğal olunmuş” ərazilər statusundadır, bu ərazilərə Kiyevin razılığı olmadan getmək qanun pozuntusu kimi qiymətləndirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar