Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna prezidenti ilə BBC arasında qalmaqal

Poroşenko Trampla görüş üçün rüşvət verdiyinə dair iddialara qəzəblənib


Ukrayna prezidenti Petro Poroşenko ABŞ prezidenti Donald Trampın müvəkkilinə ötən il 400 min dollar rüşvət verildiyinə dair BBC məlumatını “ağ yalan” adlandırıb. 

Xəbərdə bu pulun vəkilə iki liderin görüşünü təşkil etmək üçün verildiyi iddia olunur. Poroşenkonun ofisi təkzib bəyanatını mayın 23-də, BBC materialı dərc olunduqdan bir neçə saat sonra verib. BBC materialında iddia edilir ki, ödəniş araçıların vasitəsilə Maykl Koenə edilib. Guya Koen bu ödənişin müqabilində Poroşenko və Tramp arasında məxfi kommunikasiya kanalı açmalıymış. BBC-nin reportajında Kiyevdə adı çəkilməyən mənbəyə istinad edilir. Poroşekonun mətbuat xidmətinin bəyanatında deyilir: “Ağ yalan, iftira və saxta məlumatdır. Biz bu dezinformasiyanı belə qiymətləndiririk”. Bəyanatda daha sonra deyilir ki, “bu dezinformasiyanı” yayanlar Ukrayna-ABŞ münasibətlərinə ziyan vurmaq istəyirlər: “Bu həm də Ukrayna və ABŞ prezidentlərinə qarşı şəxsi hücumdur”.

Bəyanatda BBC-dən materialı silmək tələb edilir və bildirilir ki, məsələ ilə bağlı hüquqi müstəvidə tədbir görülə bilər. Koen bu barədə “Reuters”in sualına SMS-lə cavab verib: “Bu məlumat tamamilə saxtadır”.

BBC-nin bu məlumatı Koenin üzərinə təzyiqlərin artdığı bir vaxta təsadüf edir. O uzun müddətdir ki, Trampın şəxsi müvəkkilidir və onun imperiyası üçün müxtəlif sövdələşmələrin əldə olunmasında əsas rollardan birini oynayıb.

Koen habelə 2016-cı ildə porno aktrisasının Trampla keçmiş münasibətləri barədə susması üçün qadına ödəniş edilməsini təşkil edib. Tramp bu qadınla hər hansı intim münasibətlərini inkar etsə də, ona 100 min dollar ödəndiyini təsdiqləyib. Ötən ay federal xəfiyyələr Koenin evinə və ofisinə reyd keçiriblər.

Məhkəmə sənədlərindən məlum olur ki, qaynatası Ukrayna mühaciri olan Koen bank fırıldaqçılığında, seçki qanunlarını pozmaqda və başqa qanunsuz əməllərdə şübhəli bilinir. Hüquq ekspertləri deyirlər ki, aktrisa Stephanie Clifforda ödəniş qanunsuz kampaniya ödənişi kimi təfsir edilə bilər.

Ukraynadakı mənbə BBC-yə bildirib ki, Poroşenko ABŞ seçkisində Hillari Klintonun qələbəsinə inanırmış və 2016-cı ilin avqustunda “The New York Times” qəzetində dərc olunmuş sənədin sızmasına məhz o xeyir-dua verib.

Həmin sənəddən görünürdü ki, Trampın ovaxtkı kampaniya rəhbəri Paul Manafort Ukraynadakı rusiyayönlü partiyadan milyonlarla dollar alıb. Bu məqalənin dərcindən bir neçə gün sonra Manafort istefa vermişdi.

Ötən il xüsusi prokuror Robert Mueller Manaforta qarşı iki rəsmi ittiham irəli sürüb.(Azadlıq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar