Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna, “Normand dördlüyü“ və unudulan Qarabağ...

Qubad İbadoğlu: "Rusiyanın Qarabağı qaytarmaq gücünə inansam da, onun bu məsələdə maraqlı olmasını düşünmürəm"


"Ukrayna, Suriya münaqişələrinin irəli çıxması Qarabağ münaqişəsini arxa plana keçirib".

Bu sözləri ADR sədri Qubad İbadoğlu ATƏT-in Minsk Qrupunun 20 ildən artıqdır ki, öz yerində saymasına rəğmən "Normand dördlüyü" çərçivəsində Ukraynada Donbas münaqişəsinin həllində ciddi addımların atıldığını şərh edərkən bildirib.

Məlumdur ki, "Normand dördlüyü" liderləri Ukrayna probleminin həlli üçün davamlı kontakt halındadır və artıq Ukrayna probleminin həllində ciddi addıımlar atılıb. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin liderləri 20 ildən artıqdır bir zaman çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir görüş keçirməyiblər. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin liderlərinin toplantısını xahiş etsə, hansısa nəticə əldə etmək mümkün ola bilərmi? 

PİA.AZ-ın əməkdaşı bu suallarla Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğluna müraciət edib.



Qubad İbadoğlu: "Ruslar  indiyə qədər ki fəaliyyətlərində Qarabağ probleminin heç vaxt ədalətli həll formuluna üstünlük vermədiyindən bu Azərbaycanın maraqlarına cavab verməyəcək".

Qubad İbadoğlunun fikrincə, Ukrayna, Suriya münaqişələrinin irəli çıxması Qarabağ münaqişəsini arxa plana keçirib:

"Dağlıq Qarabağ münaqişəsi  20 ildən çox davam etdiyinə və onun həlli beynəlxalq səviyyəyə qalxdığına görə, başqa formatda müzakirələr effekt verməyəcək. Çünki  bu problemi indiki şərtlərlə lokallaşdırmaq mümkün deyil. Minsk Qrupun fəaliyyəti dövründə heç bir irəliləyiş (sərhəddə monitorinq və prezidentlər, xarici işlər naziri arasında danışıqlardan savayı)  əldə etməsə də status- kvonu  qoruya  bilib. Bununla da sülh danışıqlarının davam etməsində marağını nümayiş etdirir. Amma hazırda orda təmsil olunan 2 dövlətin təmsil etdiyi düşərgə ilə Rusiya arasındakı münasibətlərdə Ukrayna, Suriya münaqişələrinin irəli çıxması Qarabağ münaqişəsini həm arxa plana keçirib, həm də bu problemin həllində onlar arasında kompromis imkanlarını  azaldıb".

Xatırladaq ki, bəzi ekspertlər Dağlıq Qarabağın ətrafında işğal olunmuş rayonların geri qaytarılacağı ehtimalını irəli sürürlər. Rusiya hazırkı beynəlxalq gərginlik fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda hansısa addımlar ata bilərmi, sualını cavablandıran Q.İbadoğlunun fikrincə, Qarabağ probleminin həlli  Rusiyanın maraqları çərçivəsində deyil:

"Rusiyanın Suriyaya müdaxiləsi, Ukrayna münaqişəsi onu göstərdi ki, Qarabağ probleminin həlli  onun maraqları  çərçivəsində deyil. Odur ki, mən Rusiyanın Qarabağı qaytarmaq gücünə inansam da, onun bu məsələdə maraqlı olmasını düşünmürəm. Hətta marağı olsa da ruslar  indiyə qədər ki, öz fəaliyyətlərində Qarabağ probleminin heç vaxt ədalətli həll formuluna üstünlük vermədiyindən bu Azərbaycanın maraqlarına cavab verməyəcək".

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar