Cümə axşamı, 21 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ufadan Bakıya yeni birbaşa aviareys açılır


Rusiyanın Ufa şəhərindən Bakıya yeni birbaşa aviareyslər açılır


 Uçuşları "Saratov Hava Yolları" şirkəti həyata keçirəcək.

Daşıyıcı ötən gündən etibarən sözügedən istiqamətdə biletləri satışa çıxarıb.

Ufa-Bakı-Ufa reysləri martın 29-dan başlayaraq "AN-148" hava gəmiləri vasitəsi ilə cümə axşamları yerinə yetiriləcək. Ufa beynəlxalq aeroportundan uçuş yerli vaxtla 21:55-də, Heydər Əliyev hava limanına eniş isə Bakı vaxtı ilə cümə günü gecə saat 00:15-də olacaq. Uçuş vaxtı 3 saat 20 dəqiqədir. Geri uçuşlar Bakı vaxtı ilə 05:40-a, Ufaya eniş isə yerli vaxtla 10:00-a təsadüf edəcək.

Hər iki istiqamətdə uçuş biletinin promo-tarif üzrə minimal qiyməti təqribən 600 manat (20 516 rubl) təşkil edir. (report.az)

pia.az
Etiket:
loading...