Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uçuş zamanı doğulan uşağa ömürlük təyyarə bileti veriblər


"The İndependent" xəbər verir ki, Jet Airways hava yolları şirkətinin təyyarəsində, 10 min metr yüksəklikdə və vaxtından əvvəl doğulmuş oğlan uşağına həmin şirkətin ömürlük aviabileti verilib


Uşaq Səudiyyə Ərəbistanının Dammam şəhərindən Hindistanın Koçin şəhərinə uçan sərnişin təyyarəsində doğulub.

Ananın ağrıları vaxtından əvvəl başlandığından təyyarənin marşrutu Mumbay şəhərinə dəyişdirilib. Hamilə qadının bəxti onda gətirib ki, təyyarədə doğuşları qəbul etmək üçün təlim görmüş həkim də olub.

Məqalədə deyilir ki, bu, qərargahı Hindistanda olan aviaşirkətin tarixində uçuş vaxtı ilk doğuş idi və elə buna görə də körpəni dərhal ömürlük təyyarə bileti ilə təltif ediblər.

Ümumilikdə isə ötən il ərzində uçuş vaxtı beş uşaq doğulub, amma onların heç birinin bəxti bilet sarıdan belə gətirməyib.

Bundan əvvəl təyyarədə uçuş zamanı doğulan uşağa istənilən istiqamətlərə və istənilən vaxt ömürlük pulsuz bilet 2009-cu ildə AirAsia şirkəti tərəfindən verilib. Bu uşaq Penanq şəhərindən cəmi iki saatlıq reys zamanı doğulmuşdu.

Ümumiyyətlə isə əksər hava şirkətləri göydə doğulan uşaqlara sevinirlər, çünki bu, bir növ onlar üçün reklama çevrilir.
Buna baxmayaraq hava şirkətlərinin heç də hamısı Jet Airways və AirAsia kimi səxavətli olmur.

Məsələn, Virgin Atlantic hava şirkəti uçuş vaxtı doğulmuş sərnişinə o yalnız 21 yaşına çatanadək pulsuz bilet verib.

Ötən il Cebu Pacific Air hava şirkətinin Dubay-Manila reysində dünyaya göz açan uşağa isə pulsuz bilet yox, bir milyon mil uçuş güzəşti veriblər.

1990-cu ildə British Airways şirkətinin Qana-London reysində doğulmuş Shona Owen-ə isə sadəcə olaraq 18-ci ad günü üçün birinci dərəcəli salona pulsuz bilet verilib.

2016-cı ildə havada doğulan başqa bir körpəyə şirkətin şərəfinə Jetstar adı verilsə də, Jetstar Asia şirkəti ona hədiyyə olaraq yalnız 1000 dollar verib.

Lakin ən böyük "simicliyi" Türk Hava Yolları şirkəti edib. Bu ilin aprel ayında şirkətin Qvineyanın Konakri şəhərindən Burkina Fasonun Uqaduqu şəhərinə uçan reysində doğulmuş körpə qəzet başlıqlarına çıxmışdı.

Amma şirkət ana və çağanın yalnız yerli xəstəxanaya aparılmasının pulunu ödəmişdi (BBC).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar