Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç üzvünü itirən köçkün ailəsi yas keçirmək üçün girov qoymalı olub - Video


Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 56 ünvanında yaşayan məcburi köçkünlər etiraz əlaməti olaraq avtomobil şossesini bağlayıblar


Bir neçə dəqiqə avtomobillərin hərəkətində sıxlıq yaranıb. Əraziyə dərhal rayon polis şöbəsinin əməkdaşları cəlb edilib.

Daha sonra məcburi köçkün ailələri tonqal qalayaraq ətrafına yığışıb. Onların bura yığışmasında səbəb isə bir neçə gün əvvəl müvəqqəti sığındıqları evlərinin yanmasıdır. Hətta bu yanğın zamanı ikisi azyaşlı olmaqla üç nəfər yanaraq dünyasını dəyişib.

İndi isə evsiz qalan ailələr məcbur olub küçədə gecələyir. Deyirlər ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsindən əraziyə gəlib baxış keçiriblər. Onlara bildirilib ki, tezliklə burda mənzilsiz qalan ailələr yaşayış evlərilə təmin ediləcək. Bundan başqa yanğın zamanı dünyasını dəyişənlər üçün yas mərasiminin bütün xərcləri komitə tərəfindən ödəniləcək.

Amma yas məclisinin sonunda ailə mərasim zalında pulun ödənməsi üçün girov qoymalı olub. Bu isə məcburi köçkün ailələrinin hiddətinə gətirib çıxarıb.

“Burda 1993-cü ildə məskunlaşan ailələrin nə qazı, nə də işığı var. Qaz olmadığına görə, burda yaşayan isanlar məcburiyyət qarşında qalaraq elektirik enerjisindən istifadə edir ki, sonda elektirik naqillərində qısaqapanma yaranır və nəticədə də yanğın baş verir”, – deyə məcburi köçkün Arif Aslanov bildirib.

Məcburi köçkün Gülər Aydınova deyir ki, "şəhərin mərkəzində yaşayırıq, nə qazımız, nə də işığımız var, bizə diqqət edən yoxdur".

ANS-in əməkdaşı problemlə bağlı Qaçqın və Məcburi Köçkünlrin İşləri üzrə Dövlət Komitəsinin mətbuatı xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxlamaq istəyib. Ancaq o, telefon zənglərinə cavab verməyib.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar