Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ucarda təhlükəli epidemiya yayılıb


Ucar rayonunun Təzə Şilyan kəndində bir həftə ərzində xəstəlikdən ən azı 100 inək ölüb


Kənd sakinlərinin ANS PRESS-ə bildirdiyinə görə, Təzə Şilyan kəndində nodulyar dermatit virus xəstəliyi mal-qaranı məhv edib. Kənddə hər gün demək olar ki, 20-ə yaxın inək ölür.

Sakinləri narahat edən məsələlərdən biri isə bundan ibarətdir ki, baş vermiş hadisə ilə bağlı dövlət qurumlarından heç biri maraqlanmır. Baytarlıq idarəsi xəstəliyin qarşısının qalınması məqsədilə heç tədbir görmür.

"Şikayət edirik, amma bizi dinləyən yoxdur. Ölən heyvanları basdırmaq üçün bizə heç texnika da vermirlər. Axı ölən inəklər bir deyil, iki deyil. Söhbət yüzdən çox inəkdən gedir. Hələ bunlar bir həftə ərzində ölənlərdir", deyə sakinlər bildirir.

Onlar tələb edirlər ki, rayonda olan Baytarlıq idarəsi xəstəliyin digər heyvanlara keçməməsi üçün müvafiq tədbirlər həyata keçirsinlər. Kənd sakinləri xəstəlikdən ölən mal-qaranın sayının sürətlə artacağından narahatdır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar