Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ucarda dəmiryolunun yaxınlığında mina tapıldı - Foto


Aprelin 16-da saat 14:39-da Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən, saat 15:48-də isə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ucar rayonunda dəmiryol xəttinin yaxınlığında minanın tapılması barədə məlumat daxil olub


ANAMA-dan bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri tərəfindən qeyd olunmuş ərazidə Bakı-Qazax dəmiryol xəttinin 295-ci kilometrinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində heç bir hərbi təyinatı olmayan metal əşya aşkar olunub. Həmin sursat agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Metal əşyanın tapıldığı yerin ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1–dən aprelin 16-dək ANAMA tərəfindən 3444 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 60 min 715 kvadratmetr ərazi yoxlanılıb.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar