Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA transfer qaydalarını dəyişəcək


UEFA son vaxtlar bir neçə elit klubun transfer bazarında hegemonluğundan narahatdır


“Report”un məlumatına görə, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin Portuqaliyanın paytaxtı Lissabonda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu amil Avrokuboklardakı rəqabətə təsir göstərir və kasıb ölkələrdə futbol liqalarının inkişafına mane olur. A.Çeferin bildirib ki, nisbətən kiçik futbol ölkələri skautların istedadlı oyunçuları gənc yaşlarından topladıqlarından, sonra isə icarəyə verərək, inkişaf etmələrini gözlədiklərindən şikayətlənirlər: “İndi UEFA-nın istifadə edəcəyi bütün mexanizmləri dəqiq deyə bilmərəm. Hələlik məsləhətləşmələr və öyrənilmə prosesi gedir. Ola bilsin ki, oyunçu sayı ilə bağlı sərt limit tətbiq olunsun və ya müəyyən oyunçu sayından əlavə transfer üçün vergi qoyulsun. Hazırkı transfer sisteminin mükəmməliyindən əmin deyilik. Belədirsə, mexanizmə dəyişiklik etməkdən çəkinməyəcəyik”.

UEFA prezidenti indiki reallıqda nəhəng klubların üstün vəziyyətədə olduqlarını və digərlərinə inkişaf şansı qoymadıqlarını söyləyib. O, UEFA-nın buna yol verməyəcəyini qeyd edib: “Axı, UEFA-nın əsas vəzifəsi Avropa futbol ailəsinin bütün üzvlərinə inkişaf üçün normal şəraiti təmin etmək və şansları bərabərləşdirməkdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar