Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜAK-ın yerinə yeni Azərbaycan diaspor təşkilatı yaradılır


Rusiyada qeydiyyatı ləğv olunmuş ÜAK-ın yerinə yeni Azərbaycan diaspor təşkilatı yaradılır


Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerinə yeni Azərbaycan diaspor təşkilatı yaradılır. 

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, Rusiya Federasiyasının regionlarındakı Azərbaycan icmalarının rəhbərləri yeni təşkilatın yaradılması və ona liderlik etməsi üçün akademik Fazil Qurbanova müraciət ediblər.

Müraciətdə qeyd olunub ki, regiondakı Azərbaycan icması nümayəndələri qüsursuz reputasiyaya, işinə xüsusi və professional yanaşan, fəal həyat mövqeyi ilə seçilən akademik Fazil Qurbanovun Rusiyadakı Azərbaycan diasporunun lideri olmalı olduğunu hesab edirlər.

O da vurğulanıb ki, Rusiyada çoxlu sayda fərqli Azərbaycan diaspor təşkilatları olmasına baxmayaraq Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi bu istiqamətdə böyük boşluq yaradıb.

"Rusiya prezidenti Vladimir Putin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin razılığı yaradılan Ümumrusiya Azərbaycan Konqresi təəssüf ki, Rusiya Federasiyasının ictimai həyatında oynadığı aktiv rolu itirdi. Çoxlu səhvlər buraxıldı. Rusiyada indiki zamanda, yəni demokratik prinsiplərin və qanun aliliyinin hökm sürməyə başladığı bir dövrdə belə səhvlər ÜAK üçün ölümcül oldu",- deyə müraciətdə vurğulanıb.

Regiondakı Azərbaycan icmalarının rəhbərləri Fazil Qurbanovun fəaliyyətini qeyd edərək ondan Rusiyadakı həmvətənlərimizi birləşdirəcək yeni təşkilata rəhbərlik etməsini, eləcə də Azərbaycan icmasının Rusiya cəmiyyətində vacib və güclü qüvvəyə çevrilməsi üçün bütün şəraitin yaradılmasını xahiş ediblər. 

Müraciətə Rusiya Federasiyasının 16 respublikası, 8 əyaləti, 33 vilayəti, 3 muxtar vilayəti və MoskvaSankt-Peterburq şəhərlərindəki Azərbaycan icmalarının rəhbərləri imza atıblar.

Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.

Sentyabrın 19-da Ali Məhkəmənin Apellyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar