Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜAK-ın qeydiyyat problemində “Lapşin izi”


Azərbaycanlıların Rusiyadakı əsas təşkilatının bağlanması cəhdləri arxasında Lapşin insidenti dayanır? Ekspert: “Rusiya Azərbaycanın müstəqil siyasətindən narahatdır”


Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı Rusiya Ədliyyə Nazirliyinin ölkənin Ali Məhkəməsinə müraciət etməsinin arxasında hansı məqamların dayana biləcəyi barədə araşdırmalar müxtəlif nəticələrə, ehtimallara gətirib çıxarır. 

ÜAK-a problemlərin yaradılmağa başlanmasının ötən ilin dekabrında Rusiya, İsrail və Ukrayna vətəndaşı olan blogger Aleksandr Lapşinin Azərbaycanın açdığı cinayət işi əsasında Belarusda tutulmasından sonra müşahidə edilməsi maraq doğurmaya bilməz.

Məlumdur ki, Lapşin işğal altındakı ərazilərə qanunsuz səfər etdiyi, Dağlıq Qarabağdakı separatçı rejimi müstəqil dövlət kimi təbliğ etdiyi, eyni zamanda Azərbaycan sərhədini qanunsuz keçdiyi üçün onun haqqında konkret maddələrlə cinayət işi açılıb. O, beynəlxalq axtarışa verilib və Rusiyanın etirazlarına baxmayaraq, Belarusda həbs edildikdən sonra Azərbaycana ekstradisiya olunub. Bundan sonra ÜAK-ın qeydiyyat məsələsi ortaya çıxıb.

Bu barədə “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynliyə görə, ÜAK-ı bağlamaq istəyirdilər, Lapşinin həbs olunub Azərbaycana gətirilməsi hadisəsinin bu məsələdə detenator rolu oynadığı istisna deyil: “ÜAK-ı bağlamaq istəyirlər, ona görə ki, Rusiyadakı azərbaycanlıların siyasiləşməsini, ictimai həyatda aktivləşməsini və nəticə etibarilə hansısa bir zamanda mobil siyasi qüvvəyə çevrilməsini istəmirlər. ÜAK da müəyyən mənada bu istiqamətdə fəaliyyət göstərirdi və azərbaycanlıların ictimai-siyasi həyatda fəallaşmasını təmin edə bilərdi. Son zamanlar isə bu qurumun sıraları xeyli genişlənmişdi və daha çox azərbaycanlı onun işində iştirak edirdi. Yəni Rusiyadakı azərbaycanlıların ictimai-siyasi fəallığında yüksəliş hiss olunmaqdaydı. Ona görə də Rusiyanın müəyyən dairələri ÜAK-ı bağlamaqda marıqdaydılar və bəhanə gəzirdilər. Ola bilsin ki, Lapşinin həbsindən sonra yaşananlar həmin dairələrin öz planlarını gerçəkləşdirməsi üçün fürsət rolunu oynayıb. Lapşinin Azərbaycana ekstradisiya edilməsinə qarşı Rusiya xeyli mübarizə apardı. Daha çox Belarusa təzyiq edildi. Azərbaycana da Lapşinin Azərbaycana gətirilməsi təkidindən əl çəkməsi üçün mesajlar verildi. Amma Azərbaycan haqlı olaraq axıra qədər dirəndi və Belarus da kifayət qədər əzmkarlıq göstərdi. Lapşinin Azərbaycana ekstradisiyası Rusiyanı çox qəzəbləndirdi. Çünki ilk dəfə idi ki, postsovet məkanında Rusiyanın iradəsi qarşısına siyasi iradə qoyulurdu və ilk dəfəydi Rusiya bu cür konfliktli vəziyyətdə uduzurdu. Bu, həm də Vladimir Putinin siyasi reytinqinin müəyyən zədə alması demək idi. Bu nöqteyi-nəzərdən Moskva Ümumrusiya Azərbaycanlıları Konqresində səhvlər axtarmağa başladı. Rusiya mətbuatında xəbərlər yayılmağa başladı ki, ÜAK-ın nizamnaməsinə və qanunvericiliyə uyğun olmayan bəzi hərəkətlərə yol verilib”.

Image result for <a href=Qabil Hüseynli">

Politoloqun sözlərinə görə, illər uzunu fəaliyyət göstərən bir təşkilatı birdən-birə qısa müddətdə nizamnaməni və Rusiya qanunvericiliyini pozmaqda təqsirləndirmək açıq qərəzdən və sanki nəyinsə heyfini almaq istəyindən xəbər verir: “Qorxuram ki, ÜAK-ın qeydiyyatının ləğvindən sonra başqa növ təzyiqlər də işə salınsın. Azərbaycanla münasibətləri xeyli soyutduqdan və Ermənistanı da danışıqlar prosesindən uzaqlaşdırdıqdan sonra Rusiya hər addımda ölkəmizə problem yaratmağa çalışır. Qeydiyyatı olmayan azərbaycanlıların Rusiyadan çıxarılması prosesi də son vaxtlar müşahidə edilməyə başlayıb. Azərbaycanı bununla da sınağa çəkməyə çalışırlar. Bir sözlə, Rusiya Azərbaycan tərəfinin yeritdiyi müstəqil siyasətdən, xüsusilə Rusiya-Gürcüstan-Türkiyə üçlüyünün son zamanlar bir sıra ciddi layihələrə əl atmasından, yaxınlarda isə bu üçlüyün ordularının Gürcüstanda birgə təlimlər keçirməsindən də narahatdır. Azərbaycanın meyvə-tərəvəz daşıyan TIR-larının guya Türkiyədən gətirilirmiş kimi Dağıstanda saxlanması, onlardan birinin yandırılması, sürücünün ölümcül döyülməsi təsadüfi deyil”.

Politoloq hesab edir ki, bu günlər Rusiya-Azərbaycan münasibətləri əslində gərgin dövrünü yaşayır: “Azərbaycan bu münasibətlərin normal qaydada, bərabərhüquqlu qonşuluq münasibətləri səviyyəsində davam etdirilməsinin tərəfdarıdır. Bunun üçün əlindən gələni edir. Amma Rusiyanın vəziyyəti gərginləşdirmək istiqamətində atdığı addımlar bu məsələnin normal məcraya düşməsinə mane olur. Azərbaycan tərəfi açıq diplomatiyadan istifadə edərək bu məsələlərə müdaxilə etməlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar