Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜAK-ın bərpası məsələsi gündəmə qayıdır


Politoloq: “Oktyabr ayında məsələsi daha da aktuallaşacaq”


Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin bərpa olunması istiqamətində məsələlər yenidən gündəmə gətirilir. Belə ki, Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli HüseynliMoskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru” adlı beynəlxalq konfransda çıxışı zamanı bu məsələyə də toxunub.

Ə.Hüseynli ümid etdiyini bildirib ki, Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin apellyasiya şikayətinə ədalətli baxacaq. Bəs qurumun bərpası mümkündürmü?

Politoloq Mübariz Əhmədoğluya görə, ÜAK-ı əvəzləyən təşkilatın yaradılması məsələsi indi o qədər də aktual deyil: “Prinsipial şəkildə hesab edirəm ki, ilk olaraq ÜAK məsələsi öz həllini tapmalıdır. Çünki Rusiya ilə Azərbaycanın arasında gərginlik yaratmaq istəyən böyük bir mexanizm var. Ermənilər hər zaman çalışacaqlar ki, Azərbaycan üçün problem yaratsınlar, o cümlədən onların ən çox problem yarada biləcəkləri sahə də Azərbaycan-Rusiya münasibətləridir. Azərbaycanla Rusiyanın dostluğunu istəməyənlərin bəhanəsini kəsmək üçün ən yaxşı variant, ÜAK-ın fəaliyyətinin bərpa olunmasıdır. Özü də deyim ki, bizim deputatların, ekspertlərin Rusiyada toplantı keçirmələri də müsbət haldır. Avropada və digər yerlərdə belə iclaslar keçirməklə yanaşı, Rusiya ərazisində də bunu etməliyik. Bir şeyi də xatırlayaq ki, yayın əvvəlində ÜAK məsələsi aktuallaşan zaman son qərar belə oldu ki, məhkəmə oktyabr ayına qədər təxirə salınsın. Yəni yeni məhkəmə iclası olacaq və orada ÜAK-ın qeydiyyat məsələsinə baxılacaq. Əgər məhkəmə məsələsini gündəmə gətiriblərsə, o deməkdir ki, Rusiya hökumətində müəyyən qüvvələr ÜAK-ın qeydiyyatının ləğv olunması ilə razılaşmırlar. Ona görə də oktyabr ayında bu mövzu daha da aktuallaşacaq. ÜAK qeydiyyata alındıqdan sonra ola bilər ki, Azərbaycan hökuməti götür-qoy edib, Rusiya ərazisində təşkilatın struktur məsələsinə baxsın və ehtiyac yaranarsa, yeni təşkilat barəsində düşünülsün. Ancaq hesab edirəm ki, indiki məqamda prinsipial mövqe ÜAK-ın fəaliyyətinin bərpasına yönəlməlidir”.

Image result for <a href=Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli">

Politoloq təşkilatın illərdir fəaliyyəti barəsində də danışıb: “Doğrudur ki, təşkilatın son zamanlar fəaliyyəti elə də hiss olunmurdu. Bunda bütün günahı Rusiya tərəfinin üzərinə qoymaq istəmirəm. Ancaq burada başqa bir nüans da var ki, ÜAK ləğv olunandan sonra bəlkə də bizim könlümüzü almaq və ya lazımı mesajları verməkdən ötrü Rusiya daha başqa bir addım atdı. Belə ki, Rusiya ardınca ”Ümumrusiya Özbəklər və Özbəkistanlılar Konqresi"nin də qeydiyyatını ləğv etdi. Yəni Rusiya, Azərbaycanla münasibətlərinin normallaşması üçün o hadisədən sonra daimi mesajlar verib. Ona görə də hesab edirəm ki, biz ÜAK-ın qeydiyyatını bərpa etdikdən sonra düşünməliyik ki, bu təşkilat nə üçün vaxtında zəif işləyib. Günahkarları araşdırıb, fəaliyyəti gücləndirmək üçün konkret işlər görməliyik. Çünki hazırda Rusiyada fəaliyyət göstərmək əvvəlki dövrlərlə müqayisədə daha artıq dəyərə malikdir. İndi hətta Avropa da Rusiyaya meyl edib. 

Belə olan halda biz tarixi əlaqələrimiz olan Rusiya məkanından nə üçün imtina etməliyik? Bu baxımdan hökmən orada güclü təşkilatımız olmalıdır. Rusiya-Azərbaycan münasibətlərinin inkişaf məsələsinə gəlincə isə bu barədə konkret fikir söyləmək çətindir. Əgər məsələyə Dağlıq Qarabağ fonunda yanaşarsaq, tam səmimi deyirəm ki, Rusiya ermənipərəst dövlət deyil. Qarabağ məsələsində Rusiyanın özünün maraqları var. Bu yaxınlarda dini liderlərin görüşü də birbaşa olaraq Putinin göstərişi ilə baş tutdu. Rusiya yenə çalışır ki, vətəndaş cəmiyyəti xətti ilə Dağlıq Qarabağ məsələsində tənzimləyici rolunu oynasın. 

Ancaq bu ayrı məsələdir ki, Rusiyanın ən böyük arzusu Azərbaycanın Suriyaya sülhməramlılar göndərməsidir. Lap mina təmizləyən də olsa, sülhməramlı da olsa ora qoşun göndərməyimizi istəyirlər. Çünki Rusiya Suriyada qələbəni yalnız özünün hərbi kosmik qüvvələri ilə əldə edib. Quru qoşunlarda isə Rusiya vəziyyəti İrana uduzub. İndi Rusiya çalışır ki, Qazaxıstan, Qırğızıstan, ErmənistanAzərbaycandan yerüstü qoşunlar göndərməklə Suriyada özünə bağlı qüvvələri artırsın. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Bu məsələni Rusiyanın nə zaman bağlaması isə bilinmir. Ona görə Rusiya münasibətlərdə Azərbaycanın xeyrinə olanların inkişafına, zərərinə olanların isə dayanmasına nail olmalıyıq".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar