Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tutuqlanan üç nazir oğlunun Azərbaycanla əlaqəsi varmı?


Türkiyə gecə həbsləri ilə çalxalandı


Qardaş ölkədə baş verən sensasiyalı olaylar heyrətlə yanaşı, çoxlu suallar da doğurur; baş bakan Ərdoğan “Təhdidlərə boyun əyməyəcəyik”, “Heç kimsə mənim ölkəmi qarışdıra bilməz”- deyə, mesajlar verdi.

Dekabrın 16-dan 17-nə keçən gecə İstanbul Baş Prokurorluğunun keçirdiyi əməliyyat nəticəsində ölkənin tanınan iş adamları, bank rəhbərləri, AKP nazirlərinin övladları  korrupsiya və rüşvət ittihamı ilə həbs edilib.  İstanbul və Ankara təhlükəsizlik idarələrinə bağlı polis qrupları 22 müxtəlif ünvanda qəfil əməliyyat keçirib. Saxlanan şəxslərin 1 il boyunca izləndiyi və telefon danışıqlarının dinləndiyi xəbərləri var.

Türkiyə Baş Prokurorluğu məsələ ilə bağlı geniş açıqlama verməyərək saxlanan 37 şəxsdən bəzilərinin adlarını açıqlayıb:

Barış Gülər - daxili işlər naziri Mühəmmər Gülərin oğlu;
Salih Kaan Çağlayan - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu;
Abdullah Oğuz Bayraktar - ekologiya və şəhərsalma naziri
Ərdoğan Bayraktarın oğlu;
Əli Ağaoğlu - Türkiyənin ən böyük və zəngin iş adamlarından biri;
Rza Zərrab - iş adamı (müğənni Əbru Gündəşin həyat yoldaşı);
Mustafa Dəmir - Fatih Bələdiyyə başçısı;
Süleyman Aslan - iş adamı;
Mehmet Ali Kahraman - Ekologiya Nazirliyinin Aparat rəhbəri;
Sadık Soylu - Ekologiya Nazirliyinin sözçüsü;
Müstafa Behçet Kaynar - ekologiya nazirinin sözçüsü;
Onur Kaya - ekologiya nazirinin sözçüsü;
Emrullah Turanlı - Taş Yapının sahibi;
Osman Ağca - Yorum İnşaatın sahibi;
“Halk Bank”ın baş direktoru Süleyman Aslan.

Rza Zərrab saxta sənədlərlə qızıl ixracatında və şübhəli pul köçürmələrində, həmçinin saxlanılan nazir oğlanlarının vasitəsilə Türkiyə vətəndaşı olmayan şəxslərə rüşvətlə vətəndaşlıq verilməsini təmin etməkdə təqsirli bilinir.

Baş verənlər Türkiyə gündəminə bomba kimi düşüb. Sensasion həbslər bir sıra iddiaların ortaya çıxmasına yol açıb. Oğlunun həbsi səbəbindən daxili işlər naziri Müəmmər Gülər Bolqarıstana bu günə nəzərdə tutulan səfərini təxirə salıb.
Nə baş verir?

Türkiyədəki dostlarımızın verdiyi bilgilərə görə, oğulları həbs olunan nazirlər də daxil, tutuqlananlar baş nazir Rəcəb Tayyib Ərdoğanın ən yaxın adamlarıdır. Deməli, burada əsas hədəf hökumət və onun başında dayanan şəxsdir. Türkiyəli millət vəkillərindən biri “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində bu versiyanı təsdiq etməklə yanaşı, deyib ki, “hədəf kim və ya nə olursa-olsun, əsas məsələ budur ki, ortada ciddi bir cinayət var. Əks halda, prokurorluq Ərdoğana ən yaxın simaları həbs etməyə cürət göstərməzdi”.

Saxlananlar arasında polis naziri Mühəmmər Gülərin oğlu Barış Gülərin olması xüsusi diqqət çəkir. Analoqu olmayan bu hadisə Türkiyədə demokratiya və mühakimə-ədalət sisteminin bütün zərbələrə baxmayaraq, müstəqilliyini hələ də qorumasına bir nümunədir. Doğrudur, ortada başqa, “Qurdlar vadisi” serialının ssenarilərinə bənzər nüanslar da var. Lakin bu, bir faktdır ki, dünyanın hətta ən demokratik ölkələrində də vəzifəli şəxslərin özləri və yaxınları cinayət törədəndə bunun üstünü açmaq və cinayətkarları cəzalandırmaq çox çətin olur. Vəzifəsindən, məqamından güc almaq cinayətkarların, ya da onların qruplarının prosesə müqavimətini yaradır və nəticədə əsil suçlular mühakimədən yayınırlar.

İstanbul`da yolsuzluk ve rüşvet operasyonu

İndi isə məlum olur ki, hətta daxili işlər nazirinin özünün xəbəri olmayıb ki, onun əməkdaşları oğlunu həbs edəcəklər. Ümumiyyətlə, bu əməliyyat baş nazir də daxil olmaqla, bütün AKP iqtidarı üçün gözlənilməz olub. Savcılığın-prokurorluğun bir il ərzində gizli olaraq yürütdüyü əməliyyatda o qədər sübutlar toplanıb ki, nəhayətdə cəmiyyətdə şok effekti yaradan həbsləri gerçəkləşdirmək mümkün olub.

Türkiyədəki digər mənbələrin iddialarına görə, bu prosesi aparan prokurorlar (savcılar) qrupundan birini ordu generallarına qarşı qurulan məşhur “Ergenekon” işini aparan prokuror Zəkəriyyə Öz yönləndirir.

Türkiyənin ünlü media quruluşlarından olan “Hürriyet” qəzeti yazır ki, dindirməni aparan üç müstəntiq əməliyyata İstanbul Baş Prokuroruna xəbər vermədən başlayıb. Çox ciddi məxfilik şəraitində keçən dindirmə haqqında Milli İstintaq Səhifəsi Sistemində (bu səhifəyə Türkiyədə aparılan bütün istintaq əməlləri haqqında informasiyalar dərhal yerləşdirilir) də heç bir bilgi yoxdur.

Ankaradakı informasiyalı qaynaqlardan əldə edilən xəbərlərdə isə deyilir ki, hətta Ərdoğan belə bu xəbəri həbslər başlayandan sonra öyrənib.

“Bütün bunlar onu göstərir ki, baş nazir Türkiyədə heç də göründüyü kimi, yeganə güc sahibi deyil. Camaat lideri başa salmağa çalışır ki, onu iqtidar edən, iş başında saxlayan və qoruyan gücə qarşı gələrsə, hər şey tərsinə çevrilər” - deyə, Türkiyədəki siyasi fiqurlardan biri “Yeni Müsavat” a bildirib. Onun iddiasına görə, baş verənlər Türkiyədəki iki nəhəng gücün - “Könüllülər Hərəkatı”nın lideri  Fətullah  Gülənlə  baş nazir Ərdoğanın indiyədək gizli gedən savaşının böyüməsinin nəticəsidir. Onun fikrincə, bu savaşda uduzan tərəf Ərdoğan olacaq:

“Bu ciddi dayağın çəkilməsi Ərdoğan iqtidarını bitirə bilər. Üstəlik, Ərdoğan iqtidarı başdan-ayağa korrupsiyaya bulaşıb və asan hədəfə çevrilən bir duruma düşüb. Son olaylar da göstərdi ki, əslində Türkiyədə gerçək güc kimin əlindədir və üstəlik, Ərdoğan iqtidarı hansı dərəcədə cinayətlərə, yolsuzluğa bulaşıb. T.Ərdoğanın ən yaxınlığındakıları həbs edəcək qədər ortada sübutlar var. Bütün bunlar isə hələlik başlanğıcdır. Heç şübhəsiz, əsas hədəf hökumətdir. Bu üç nazirin istefası artıq gündəmdədir. Ərdoğan yanlış yapıb incitdiyi, özünə qarşı qoyduğu güclərlə anlaşmaya və uzlaşmaya vara bilməsə, onu tamamilə çökdürəcəklər”.

Baş nazir Konyadakı bir açılış törənində bu prosesə sərt təpki verib və onu yolundan kimsələrin döndərə bilməyəcəyi mesajını açıqlayıb. Ərdoğan nitqinə konyalı ruhani Mövlana Cəlaləddin Rumini və keçmiş baş nazir Nəcməddin Ərbakanı anmaqla başlayıb. “Konya ən çətin anlarda bizə yol göstərən qütb ulduzu oldu. Pınarhisar həbsxanasından bu günə qədər nə zaman başımız dara düşsə, bir sıxıntı olsa Konyanın xeyir-dualarını hər zaman yanımızda hiss etdik” - deyə, o, bildirib.

Ərdoğan hansısa güclərin AKP hökumətini devirəcəyi ilə bağlı iddialara eyham vuraraq bildirib ki, heç bir təhdidə boyun əyməyəcək: “İstədikləri qədər çirkin yollara baş vursunlar, kirli ittifaqların içərisinə girsinlər. Mən buradan bir daha bəyan edirəm: Türkiyədə artıq söz millətindir, qərar millətindir, səlahiyyət millətindir. Möhür millətin əlindədir. Arxasına qaranlıq qüvvələri, mafiyaları alanlar bu ölkəyə istiqamət verə bilməzlər. Arxasına sərmayənin, medianın gücünü alanlar, Türkiyə içində və xaricində bir qisim qaranlıq çevrələri alanlar istiqamətimizlə oynaya bilməzlər.

Türkiyə üzərində əməliyyat edilə biləcək ölkə deyil, AKP hökuməti buna icazə verməz. Kimin nə hesabı varsa, özünə güvənirsə 30 martda seçki var, seçkiyə girsinlər. Millətlə orada görüşsünlər. Hesabını seçki qutuları xaricində aparmaq istəyənlərə nə millət, nə biz icazə verməyəcəyik. Türkiyə hansısa 3-cü dərəcəli qəbilə respublikası deyil. İçəridən və ya xaricdən heç kim mənim ölkəmi qarışdıra bilməz. Mənim ölkəmdə çirkin tələlər qura bilməz. Terror bu millətə diz çökdürə bilmədi, çökdürə bilməz və çökdürməyəcək!”

Lakin qarşısında ciddi seçimlər və proseslər durduğu halda, üstəlik, Ərdoğan iqtidarının “Camaat”ı da qarşısına ala bilməyəcəyi gözlə görünür. Əks halda, AK partiya iqtidarı növbəti seçkilərdə düşəcək. Çünki onun qarşısında olan yalnız F.Gülənin könüllüləri deyil. Ölkənin siyasi müxalifəti də heç şübhəsiz, belə bir fürsəti əldən qaçırmayacaq. Üstəlik, onun öz partiyasının içində də durum sadə deyil. Hazırkı prezident A.Güllə də ciddi çəkişmələr mövcuddur və bu durum qüvvələr nisbətini əhəmiyyətli şəkildə dəyişdirə bilər. A.Gül isə F.Gülən tərəfindən hələ də dəstəklənir.

Gecə saatlarında başlayan həbslər Türkiyənin siyasi partiyalarının da gündəminin əsas mövzusu olub. Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Gürsel Tekin yerli mediaya açıqlamasında “ümid edirəm bu əməliyyat dərin dəhlizlərə qədər gedəcək. Əgər dərin dəhlizlərə gedərsə, bu, Türkiyənin lehinə olar. Ancaq bu mərhələdə tamamlanarsa, heç bir məna daşımayacaq” - deyə, bildirib.  
Tekinin sözlərinə görə, ölkədəki korrupsiyanın səviyyəsini təsəvvür etmək üçün nazir övladlarının həyat tərzini müşahidə etmək yetərlidir: “Bunun üçün müstəntiq, prokuror olmağa gərək yoxdur”.

Bununla yanaşı, Tekin övladları korrupsiya ittihamı ilə gözaltına alınan nazirləri istefaya çağırıb: “”Gəzi parkı" olaylarında Ərdoğan vətəndaşlara “övladlarınıza sahib çıxın” deyirdi. İndi mən onun nazirlərinə eyni sözləri söyləyirəm".

CHP başqanının digər müavini Ümid Oran isə baş nazir Ərdoğanı istefaya çağırıb. TBMM-dəki çıxışında o, baş nazirə etimadsızlıq məsələsinin gündəliyə çıxarılmasını təklif edib.
Milliyyətçi Hərəkat Partiyasının başqan yardımçısı Oqtay Vural isə parlamentdəki  çıxışından “bunlar yalnız aysberqin görünən hissələridir” deyib: “Biz illərdir AKP-nin korrupsiya içərisində boğulduğunu deyirik. Gəmilər, özəlləşdirmə sənədləri, bunlar indi gündəmə gələn məsələlər deyil. Türkiyə cümhuriyyət tarixində heç bir hökumət AKP hökuməti kimi korrupsiya və rüşvətə qarışmayıb”.

Əməliyyatla bağlı hələlik geniş ictimaiyyətə açıqlama verilməsə də məsələnin kökündə İrandan çıxarılan pullarının yuyulması dayandığı bildirilir. “Halk Bank”ın baş direktoru Süleyman Aslan və iş adamı Rza Zərrab bu prosesin əsas fiqurları kimi göstərilir.
Azərbaycandakı ciddi bir qaynağımız da söylədi ki, cinayət olayının arxasında dayanan proses İranın çirkli və eyni zamanda dövlətin əlində olan pullarının  “Halk-bank” üzərindən yuyulmasının qarşısının alınmasından gedir. Həmin mənbənin iddiasına görə, eyni proses Azərbaycanda da gedirdi və bunu da hökumət Amerikanın tələbi ilə durdurdu. Burada da əsas vasitəçi fiqur Güney Azərbaycan kökənli iş adamı Rza Zərrabdır.  

Vaxtilə “Yeni Müsavat” qəzeti tərəfindən “Bankosid” adlandırılan Bakıdakı prosesdə İranın pullarını yuyan və transfer edən iki bankın -  “Royalbank” və “Texnikabank”ın rəhbərləri həbs olunmuş, onlarla bərabər olan qruplar da göz altına alınmışdı. Mənbə iddia edir ki, nazirlərin oğullarını da əhatə edən bu çetenin həbs olunmasının əsas səbəbi məhz İran pullarının Türkiyə üzərindən yuyulmasının qarşısının alınması və prosesin tamamilə durdurulmasıdır. “Bütün bunların da arxasında dünya güclərinin iradəsi durur.

Türkiyədəki son olaylar göstərdi ki, həmin dünya gücləri artıq Ərdoğanın arxasında durmur. Yoxsa bu prosesi, Azərbaycanda olduğu kimi, hökumətin özünə yapdırardılar. Türkiyədə isə bunu dünya güclərinin arxasında durduğu qüvvəyə yapdırdılar və prosesdən Ərdoğan hökumətini nüfuzdan salmaq üçün ciddi istifadə etdilər” deyə, mənbə bildirib.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar