Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəyə qarşı “Holland sindromu”- Azərbaycan tərəfini dərhal seçdi


Türkiyə ilə Niderland arasında görünməmiş diplomatik skandal


Qardaş ölkənin rəsmi şəxslərinə qarşı hörmətsizliyə Bakının reaksiyası gecikmədi

Martın 11-dən Türkiyə ilə Hollandiya arasında siyasi gərginlik yaşanır. Belə ki, Hollandiya hökuməti Türkiyə dövlətinin rəsmilərinə və vətəndaşlarına qarşı diplomatik rəzalətə imza atıb.


Türkiyənin Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya Rotterdamdakı Konsulluğa gələcəyini bəyan edib. Ancaq Hollandiyanın rəsmi dairələri türkiyəli nazirin konsulluğa girişinə icazə verməyiblər. Bununla da beynəlxalq diplomatik qaydaları kobud şəkildə pozublar.

Bundan xəbər tutan Hollandiyada yaşayan türklər nazirə dəstək məqsədilə konsulluğun qarşısına axın ediblər. Onlar “Türkiyə yalnız deyil”, “Türkiyəni tək qoymayacağıq” şüarları səsləndiriblər.

Hollandiya hökumətinin diplomatik rəzaləti bundan sonra ən yüksək həddə çatıb. Əllərində Türkiyə bayrağı olan insanların artmaması üçün konsulluq istiqamətində olan yollar bağlanılıb. Konsulluq ətrafında toplaşan dinc nümayişçilərə isə atlı polislər sərt şəkildə müdaxilə ediblər. Dinc insanlara TOMA maşınları vasitəsilə təzyiqli su vurulub, onlara qarşı köpəklərdən istifadə edilib.

Eyni zamanda, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə eniş icazəsini də ləğv edib. Nəticədə türkiyəli nazirin təyyarəsi Fransaya istiqamət almaq məcburiyyətində qalıb.

Göründüyü kimi, Hollandiya dünyanın diplomatiya tarixində görünməmiş rəzalətə müəlliflik edib.

Image result for Çavuşoğlu
 
Avropanın göbəyində, özünü “demokratiyanın beşiyi” adlandıran Hollandiyada antitürk, antimüsəlman əhval-ruhiyyəsinin güclənməsi, siyasi-təbliğat kampaniyaların milli və dini ayrıseçkilik üzərində qurulması ciddi narahatlıq doğurur. Çünki bu, demokratik dəyərləri əlində bayraq tutan Avropanın, eləcə də, 420 min türkün də yaşadığı Hollandiyanın artıq irqçilik və faşizm meyllərinə təslim olmaq üzrə olduğunu sübuta yetirməkdədir.

Hollandiyanın, eləcə də, bu ölkənin üzv olduğu Avropa Birliyinin bu rəzalətdən sonra yenidən demokratik dəyərlərdən necə danışacağı hələlik bəlli olmasa da, rəsmi Ankara baş verən hadisələrə sərt reaksiya verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binali Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlu bu diplomatik rəzaləti kəskin ifadələrlə qınayıblar.

Çavuşoğlu bəyan edib ki, “Hollandiya türk nazirlərin ölkəyə girişinə qadağa qoymaq qərarına görə cavab verəcək: ”Niderland nə edir etsin, Türkiyə on dəfə artığını edəcək. Biz heç nədən çəkinmirik. Niderland siyasətçilərinin hərəkətləri insanlıqdan kənardır".

Image result for Türkiye Hollanda
Türkiyəli nazir Fatma Betül Sayan Kaya da açıqlama verib. O deyib ki, Avropada həqiqətən də ağılasığmaz bir hadisə yaşanır: “Hollandiya iclas və səyahət haqlarını gözdən keçirtməlidir. Buradakı avropalı türklər bizim vətəndaşlarımızdır”.

“Niderland tərəfindən Çavuşoğlunun təyyarəsinin enişinə qadağa qoyulmasını anlaya bilmirəm”. Bunu isə Niderlandın sabiq XİN rəhbəri Ben Bot deyib.

Sabiq nazir hesab edir ki, bu cür yanaşma Niderlandda keçiriləcək seçkilərlə bağlıdır: “Bu yanlış addım Niderlandın həmişə müdafiə etdiyi demokratiya dəyərlərini və insan hüquqlarını pozur”.

Martın 12-də isə Hollandiya prezidenti Mark Rutte Türkiyənin baş naziri Binəli Yıldırıma zəng edib. Hollandiya prezidenti baş nazirə məyusluğunu çatdırıb. İki liderin gərginləşmiş vəziyyətdən çıxmaq üçün səy göstərməyin vacibliyini vurğuladığı bildirilir.

Martın 12-də Hollandiyanın İstanbuldakı konsulluğunda və Ankaradakı səfirliyində giriş-çıxış bağlanılıb. Məlumata görə, Hollandiya konsulluğu binasının qapılarını bağlayan polis, binaya giriş və çıxışı qadağan edib. Hollandiyanın Ankaradakı səfirliyində də təhlükəsizlik səbəbilə giriş və çıxışlara icazə verilmir.

Türkiyəyə qarşı Hollandiya və Almaniyanın timsalında atılan addımlar Azərbaycanda da həssaslıqla izlənir və hiddətlə qarşılanır.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Avropa İttifaqı üzvlüyünə namizəd olan Türkiyəyə qarşı Hollandiya və bəzi digər Avropa ölkələrinin heç bir diplomatik qaydalara sığmayan davranışı təəssüf və hiddət yaradır: “Türkiyə son illərdə Avropaya qaçqın axınının qarşısının alınmasında, həm də qaçqınları öz ölkəsində yerləşdirməklə Avropanı çox böyük sosial bəladan xeyli dərəcədə xilas edib. Avropada türklər önəmli rol oynayırlar. Xüsusən Almaniyanın ikinci dünya müharibəsindən sonra iqtisadiyyatının bərpa edilməsində, dirçəldilməsində türk işçilərin rolu çox böyük olub. Münhenin baş meydanlarının birində Türkiyəli işçinin şərəfinə böyük bir heykəl ucaldılıb. Hollandiyanın da iqtisadiyyatının dirçəlməsində orada yaşayan türklərin ciddi rolu olub. İndi də bu rol qalmaqdadır. İndiyə qədər Avropa ölkələri seçkiqabağı kampaniyada Avropada yaşayan türklərin iştirak etməsinə, hətta mitinq keçirməsinə, bu mitinqlərdə Türkiyədən gələn siyasilərin iştirakına etiraz etmirdilər.

Apreldə keçiriləcək referendumla əlaqədar olaraq isə birdən-bir Avropanın səsi birdən-birə dəyişib. Mitinqlərin keçirilməsinə icazə verilməməsi insanların toplaşmaq hüququnun pozulmasıdır, nazirlərin isə ölkəyə buraxılmaması diplomatik protokol qaydalarının pozulmasıdır. Həmçinin Avropanın ona üzv olmağa can atan bir böyük dövlətə qarşı sərgilədiyi irqçi siyasətdir. Bu irqçi siyasətin zərərini Hollandiya da daxil olmaqla Avropa görəcək.

Image result for <a href=Qabil Hüseynli">
Konsulluğun qarşısında dinc toplaşmış insanların üzərinə köpəklərlə, atlarla basqın edilməsi bu ölkədə irqçiliyin artıq dövlət siyasəti səviyyəsinə qaldırıldığına bir sübutdur. Almaniya, Hollandiya və digər Avropa ölkələri unutmamalıdırlar ki, Türkiyə NATO-nun bölgədə ən vacib və ciddi üzvü olan böyük bir dövlətdir. Türkiyədən özlərinə bu cür çirkin yollarla düşmən qazanmaları Avropanın özünə daha çox ziyan vura bilər”.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirib ki, Niderlandda Türkiyədə keçiriləcək referendumla bağlı təşkil edilən aksiyaya, Türkiyə nazirlərinə qarşı sərgilənən münasibət bütövlükdə Avropa İttifaqının Türkiyəyə olan münasibəti kimi qəbul olunmalıdır. Bu münasibət əsrlərdir ki, davam edir: “Soyuq müharibə dönəmində Türkiyə SSRİ-yə-Rusiyaya qarşı mübarizədə çox vacib bir müttəfiq idi. Həm NATO üzvü, həm yüksək döyüş qabiliyyətinə malik silahlı qüvvələri olan bir ölkə, həm də bufer zonası kimi Türkiyəsiz keçinmək mümkün deyildi. İndi geosiyasi vəziyyət tamamilə fərqlidir. Türkiyə-Rusiya münasibətləri strateji müstəviyə qədəm qoyur. Avropa bunun qarşısını almaq üçün ən müxtəlif təxribatlara əl atsa da buna nail ola bilməyib. AKP-nin illərdir təkbaşına iqtidar olması Qərbin müxtəlif institutlarının Türkiyədə hakimiyyət böhranı yaratmaq imkanlarını da heçə endirib. Prezidentlik üsul-idarəsinin tətbiqindən sonra Qərbin Türkiyənin daxili siyasətinə təsir imkanları hətta nəzəri baxımdan da sıradan çıxacaq. Başqa bir amil Brexitdən sonra Avropa İttifaqı-Böyuk Britaniya münasibətlərində yaranmış çatla bağlıdır. Britaniya strategiyasını dəyişir. Bu amil ABŞ və İsraillə bağlı da yeni reallıqların meydana gəlməsinə, ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya və İsrail tandeminin formalaşmasına səbəb ola bilər. Şübhəsiz ki, Avropada isterik səviyyəyə qalxan ultramillətçilik meyllərini, Türkiyəyə və islam dünyasına qarşı körüklənən anti-türk, anti-islam kampaniyalarını da nəzərə almaq lazımdır. Artıq Belçika parlamentinə hakim koalisiya tərəfindən hətta vətəndaşlığı olan miqrantların da ölkədən çıxarılmasına imkan yaradacaq qanun layihəsi təqdim olunub. Bu layihə qəbul olunarsa ciddi presedent yarada və bütün Avropanı bürüyə bilər. Baş verənlər sivilizasiyaların qarşıdurmasının yeni və kəskin ziddiyyətlər mərhələsinə qədəm qoyduğunu göstərir. Qütbləşmə dərinləşir. Əslində bütün bunlar nə zamansa baş verməliydi. Sadəcə Suriya böhranı və miqrant problemi prosesi bir qədər tezləşdirdi. Niderlandın davranışları isə nəinki demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına, diplomatik normalarına ziddir, hətta düşməncəsinə və çox ləyaqətsiz bir davranışdır”.

Image result for Elman Nəsirov


Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, deputat Elman Nəsirov isə bildirib ki, Niderlandın, bundan öncə isə Almaniyanın Türkiyəyə münasibətdə tutduğu yol qəbuledilməzdir: “Bu hadisələr təsdiqləyir ki, bir çox Avropa ölkələrində, o cümlədən Niderlandda islamafobiya və ksenofobiya var. Mart ayında Niderlandda parlament seçkiləri keçiriləcək. Radikal Azadlıq Partiyasının, onun lideri Geert Vildersin bu seçkilərdə qalib gəlmək şansı yüksək qiymətləndirilir. Geert Vilders Niderlandda məscid tikilməsinin, ölkəyə müsəlmanların daxil olmasının qadağan edilməsinin tərəfdarı olduğunu bəyan edir, islamı faşizmlə, Quranı Hitlerin faşizmi təbliğ edən əsəri ilə eyniləşdirir. Bu gün Türkiyə hədəf seçilib, sabah başqa ölkə hədəf seçilə bilər. Bəşəriyyət faşizmin, İkinci Dünya müharibəsinin nəticələrini unutmamalıdır”.

E. Nəsirov deyib ki, prezident İlham Əliyevin səsləndirdiyi bir fikrin haqlı olduğu bir daha isbatlanmış oldu: “Prezident vurğulayıb ki, bu gün Avropada çox qorxulu tendensiyalar baş verməkdədir, radikal sağ qüvvələr hakimiyyətə iddialıdır. Dövlət başçısı qeyd edib ki, bir gün onlar Avropada hakimiyyətə gələrsə, nə baş verər? İlham Əliyev ”Rossiya-24" telekanalına son müsahibəsində də bunu söyləmişdi. İndi Türkiyəyə qarşı təzyiqlər Avropada islamofobiya və ksenofobiya dalğası başladığını göstərir. Bu, Türkiyəni güclənmək yolundan döndərməyəcək. Referendumda AKP qalib gələcək.

Ərdoğan bundan əvvəl Avropanı Türkiyəyə qarşı təzyiq göstərməyə son qoymağa çağırıb demişdi ki, Fransa və digər ölkələrin də Avropa İttifaqından ayrılması prosesi baş verə bilər, Türkiyənin alternativləri var. Bu alternativlərdən biri kimi isə Şanxay Əməkdaşlıq Təşkilatını göstərmişdi. Mövlud Çavuşoğlu da bildirdi ki, əgər Türkiyə vətəndaşlarının Avropa İttifaqına vizasız daxil olması barədə vəd yerinə yetirilməzsə, Türkiyə Avropa İttifaqı ilə miqrasiya prosesinin tənzimlənməsinə dair keçən il imzalanan sazişdən imtina edəcək".

Azərbaycan Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirib. XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib ki, bəzi Avropa təsisatları və xüsusilə Avropa Parlamentindəki bir sıra dairələr, həmçinin Niderland hər bir fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda “mentorluq” etməkdə və başqalarına irad tutmaqda “adətkarlıq” nümayiş etdirir.

H.Hacıyev qeyd edib ki, insan hüquqları və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda Niderland hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, Niderlandda yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır: “Bu, Diplomatik və Konsulluq münasibətləri haqqında Vyana konvensiyası, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması ilə müşayiət olunur. Bu kimi davranış eləcə də diplomatik-etik çərçivələrdən tamamilə kənardır. Bütün bunlar hal-hazırda Avropada yayılmaqda olan İslamafobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyllərinin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu bir daha göstərir”.


pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar