Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin baş naziri Bineli Yıldırım referendumda səs verib


Türkiyənin baş naziri Bineli Yıldırım ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendumda iştirak edib


Baş nazir Gölcüklər rayonundakı Adnan Olcay orta məktəbi ərazisindəki 1085 saylı seçki məntəqəsinə gələrək səs verib.

Burada baş naziri böyük izdiham qarşılayıb. Bineli Yıldırım jurnalistlərə açıqlamasında "Vətəndaşlıq vəzifəmizi icra etdik. İndi də iş-gücümüzlə məşğul olacağıq. Bu gün Türkiyənin 81 vilayətinin hər yerində vətəndaşlarımız dinclik-qardaşlıq içində səslərini verirlər. Seçki qutuları açıldıqca nəticələr çıxacaq. Nəticə nə olursa-olsun, başımızın tacıdır. Millətimizin verdiyi qərar ən gözəl qərardır." – deyə bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendum keçirilir. Ölkənin şərq əyalətlərində seçki məntəqələri Bakı vaxtı ilə 08:00-da, digər regionlarında seçki məntəqələri 1 saat gec, Bakı vaxtı ilə 09:00-da açılıb. Seçki məntəqələri saat 18:00-a qədər işləyəcək.

Ölkə tarixində sayca yeddinci olan bu referendum konstitusiyanın 18 maddəsinə düzəliş edilməsini nəzərdə tutur.

Referendum üzrə 167 min 140 seçki məntəqəsində 55 milyon 319 min 222 vətəndaş səs verə biləcək. Eyni zamanda, həbsxanalarda daha 461 seçki məntəqəsi yaradılıb. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar