Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin baş naziri “BBC Türk“ün efirindən Vaşinqtona səsləndi


Türkiyənin Baş naziri Binəli Yıldırım Amerikanın ölkəsinə gizli embarqo qoyduğunu bəyan edib


Strateq.az xəbər verir ki, o, bu barədə "BBC Türk"ə müsahibəsində açıqlama verib.

Baş nazir bildirib ki, hazırda Türkiyənin əsas gündəmi Afrindir: "Afrinin cəmi 3 min 800 km-lik ərazisi var. Yəni "Fərat qalxanı" əməliyyatının əhatə etdiyi ərazidən iki dəfə kiçikdir. Ancaq bizim bu kiçik ərazi ilə 135 km-lik sərhədimiz var və hər metrəsi də ölkəmiz üçün  təhdiddir. Biz buranı terrordan təmizləyirik".

Baş nazir bundan sonra ABŞ-ın Türkiyəyə qarşı tutduğu anlaşılmaz mövqedən danışıb, maraqlı fakt açıqlayıb: "Sən NATO ortağına hər anlamda dirsək çevirirsən, etmək lazım olduğunu etmirsən. NATO müttəfiqinə düşmənlik edən, onu bölməyə, parçalamağa çalışan çapulcularla qol-boyun olursan. Çevrilişçini (Fətullah Güləni nəzərdə tutur – Strateq.az) ver deyirik, vermirsən. Terrorçu ilə iş görmə deyirik, davam edirsən. Günahsız yerə bank müdirinin müavinini tutursan və s. Bu, necə olacaq? Amerika zatən bizə gizli embarqo tətbiq edib".

ABŞ-ın gizli embarqonu necə tətbiq etməsinə də aydınlıq gətirən Binəli Yıldırım baş verənləri rəzillik sayıb: "Əfəndim, polislərə verilən qıçı qırıq tapançalar var ha, onu da istəyəndə deyirlər ki, Konqresə sənədi göndərək, keçsə, baxarıq. Qardaşım, sən tanklar dolu təyyarələri  PYD-yə, YPG-yə göndərərkən, Konqresdən soruşdunmu? Bu, nə rəzillikdir?! Zənn edirlər ki, biz heç bir şey bilmirik. Ancaq hər şeyi çox gözıl bilirik…".


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar