Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Qətərdəki hərbi bazasının bağlanmasını ABŞ istəyir? – Ekspert rəyi


Şahin Cəfərli: “Türkiyə hərbi bazasının Qətərdə mövcudiyyəti də Səudiyyə Ərəbistanının regional liderliyinə təhlükə yaradan amillərdən biridir”


“Ər Riyad son illər Dohanın bu siyasətini narahatlıqla izləyirdi və hərəkətə keçmək üçün uyğun zamanı gözləyirdi”.

Bu sözləri politoloq Şahin Cəfərli Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreynin Qətərlə diplomatik əlaqələri bərpa etmək üçün irəli sürdükləri şərtləri və Türkiyənin Qətərdəki hərbi bazasının mövcudluğundan narahatlıqların səbəbini PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi bir neçə həftə əvvəl Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan etdilər. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham etdilər. Bunun ardınca Liviyanın sürgündəki hökuməti, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan etdi. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirdi. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırdı. Qətər böhranı başlayandan az sonra  isə Türkiyə bu ölkədəki hərbi bazasını daha da genişləndirmək haqqında Türkiyə Böyük Millət Məclisində qərar qəbul etdi. 

Dünən axşam saatlarında Associted Press Agentliyinin yaydığı məlumata görə isə Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn Qətərlə diplomatik əlaqələri bərpa etmək üçün bir sıra şərtlər irəli sürüblər. Dohaya yollanılan ultimativ şərtlər arasında İranla diplomatik əlaqələri ləğv etmək, HƏMAS, “Hizbullah”, “Müsəlman qardaşları” kimi, həmçinin “Al-Kaidə” və İŞİD kimi terror təşkilatlarına dəstək verməyi dayandırmağı, dünyaca tanınmış xəbər kanalı olan “Al Jazeera” televiziyasının yayımına son verməyi və Türkiyənin Qətərdəki hərbi bazasını bağlamaq kimi şərtlər də var. 

Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn Türkiyənin Qətərdəki hərbi bazasının mövcudluğundan niyə narahatdırlar və Türkiyənin Qətərdəki hərbi bazasının bağlanması ABŞ-ın maraqları çərçivəsindədirmi?

Bu mövzu ilə bağlı əməkdaşımız politoloq Şahin Cəfərlinin fikirlərini öyrənib. 



Şahin Cəfərli: “Ankaranın “Müsəlman qardaşlar”a dəstəyi, Suriyada İranRusiya ilə yaxın əməkdaşlığı Səudiyyə Ərəbistanını qıcıqlandırır”.


PİA.AZ-a mövzu ilə bağlı danışan politoloq qeyd edib ki, Donald Trampın prezident seçilməsi və Obama dövründə Yaxın Şərqdə fəallıq göstərməyən ABŞ-ın yenidən bölgədə aktiv rol alması Səudiyyə krallığını cəsarətləndirdi və onlar necə deyərlər, boyundan böyük iddialara düşmüş qonşu ölkəni cəzalandırmağa qərar verdilər:

Səudiyyə Ərəbistanı və onun ətrafındakı koalisiyanın Türkiyə hərbi bazasının Qətərdən çıxarılmasını tələb etmələrinin bir neçə səbəbi var. Əvvəla, bu, Səudiyyə dövlətinin regional liderlik iddiası ilə bağlıdır. Əslində Qətər böhranının təməlində də, ümumilikdə bu məsələ yatır. Qətər Səudiyyə Ərəbistanının patronajlığını qəbul etməyərək bölgədə müstəqil siyasət aparmağa çalışırdı. Ər Riyad son illər Dohanın bu siyasətini narahatlıqla izləyirdi və hərəkətə keçmək üçün uyğun zamanı gözləyirdi. Donald Trampın prezident seçilməsi və Obama dövründə Yaxın Şərqdə fəallıq göstərməyən ABŞ-ın yenidən bölgədə aktiv rol alması Səudiyyə krallığını cəsarətləndirdi və onlar necə deyərlər, boyundan böyük iddialara düşmüş qonşu ölkəni cəzalandırmağa qərar verdilər.

Şahin Cəfərli: “Türkiyə hərbi bazası Qətər rəhbərliyini cəsarətləndirən, onun düşmənlərini isə çəkindirən faktordur”.


Türkiyə hərbi bazasının Qətərdə mövcudiyyəti də Səudiyyə Ərəbistanının regional liderliyinə təhlükə yaradan amillərdən biridir. Düzdür, son illər Türkiyə ilə Səudiyyə arasında münasibətlər kifayət qədər inkişaf edib, lakin bu, o demək deyil ki, Ər Riyad bölgə liderliyini Türkiyə ilə bölüşmək fikrindədir. Üstəlik, Ankaranın “Müsəlman qardaşlar”a dəstəyi, Suriyada İranRusiya ilə yaxın əməkdaşlığı da Səudiyyə Ərəbistanını qıcıqlandırır. 

Digər tərəfdən, Türkiyə hərbi bazası Qətər rəhbərliyini cəsarətləndirən, onun düşmənlərini isə çəkindirən faktordur. Səudiyyə dövləti bu faktoru aradan qaldıraraq Qətəri ram etmək istəyir. Yəni, Səudiyyə Ərəbistanını narahat edən səbəblərin bu və ya digər şəkildə ABŞ-ı da narahat etdiyini söyləyə bilərik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar