Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Naxçıvanda hərbi baza açma ehtimalı və Rusiyanın adekvat cavabı...


Əvəz Həsənov: “Azərbaycanla Türkiyə arasında imzalanan hərbi sənədə görə baza yaradılmasına imkan yoxdur, ancaq gələcəkdə sənədə belə əlavələrin olması qaçılmazdır”


Zaur Məmmədov: “Türkiyə və Azərbaycan arasında yüksək səviyyədə olan hərbi əməkdaşlıq daha da dərinləşdirilməlidir”.

Ötən həftəsonu Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general Andranik Makaryan açıqlamalar verdi ki, onun rəhbərlik etdiyi hərbi birləşmə Dağlıq Qarabağdakı əməliyyatlara da qoşula bilər və hətta bunu Putinin göstərişi olmadan belə, həyata keçirmək iqtidarındadır. Bildiyimiz kimi həmin ərəfədə Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi və bu təlimlər Azərbaycan-Türkiyə strateji müttəfiqliyini daha da güclədirdi. Və bu təlim əslində Ermənistana həm göz dağı, həm də xəbərdarlıq kimi qiymətləndirildi. Elə bu üzdən də erməni general Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının Dağlıq Qarabağdakı əməliyyatlara da qoşula bilməsi barədə yuxarıda bəhs edilən bəyanatı verdi və heç bir real əsasa dayanmayan bu bəyanat təbii ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimləriindən yararnan tədirginliyin və təlaşın nəticəsi idi.

Son zamanlar isə Türkiyənin Naxçıvanda hərbi baza formalaşdırması haqqında məlumatlar dolaşmaqdadır. Onu qeyd edek ki, Azərbaycan milli təhlükəsizlik konsepsiyasında başqa dövlətin Azərbaycanda hərbi bazasının varlığı göstərilməyib. Ancaq sənəddəki həmin müddəanı dəyişmək də olar. Bəzi müşahidəçilərin fikrincə isə, “Qars müqaviləsi”nə görə Naxçıvanın qarantı olan Türkiyənin ən azı Naxçıvanda hərbi bazası olmalıdır və bu normal hal kimi qəbul olunmalıdır. Çünki Dağlıq Qarabağ və ətraf rayonlarla müharibə başlayarsa, Naxçıvana Ermənistan isqtiqamətindən təhlükə yarana bilər və bundan əvvəl də hər kəs bu təhlükənin şahidi olub. 1990-94-ğü illərdə Ermənistan Naxçıvana dəfələrlə hücum etmişdi və bu hücumlar zamanı hər iki tərəfdən yüzlərlə insan həlak olmuşdu. Həmin təhlükədən qorunmaq üçün Türkiyənin Naxçıvanda hərbi bazasının olması bu günün tələbidir və bu da beynəlxalq qaydalara uyğundur. 

Türkiyənin Naxçıvanda hərbi baza formalaşdırması haqqında yayılan məlumatları nə qədər səhih məlumat hesab eləmək olar? Ümumiyyətlə, Türkiyənin Naxçıvanda hərbi baza formalaşdırmasdırması mümkündürmü və buna görə bölgədə disbalans pozula bilərmi, həmçinin Rusiyanın buna adekvat cavabı nə ola bilər?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı konfliktoloq Əvəz Həsənova və politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədova müraciət edib.

Image result for əvəz həsənov pia.az

Əvəz Həsənov: “Naxçıvanda belə bir baza yaradılsa, bu Rusiya ilə Türkiyə arasında konfliktə gətirib çıxara bilər”.


Mövzu ilə bağlı PİA.AZ-a danışan konfliktoloq Əvəz Həsənov qeyd edib ki, Türkiyə Naxçıvan hərbi bazasının yaxın zamanda yaranması ağıla batan deyil. Çünki konfliktin həll olunmadığı bir dövrdə Türkiyənin Naxçıvanda hərbi bazasın yerləşdirməsi Türkiyənin özü üçün müəyyən qədər siyasi problemlərin yaranmasına səbəb ola bilər:

“Türkiyənin Naxçıvanda hərbi baza formalaşdırması haqqında tam dəqiq məlumatlar heç kəsdə yoxdur. Amma Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq sazişi gələcəkdə belə bir bazanın yaradıla bilməsin heç də istisna etmir. Çünki hərbi əməkdaşlıq o deməkdir ki, ən azından Türkiyənin hərbi instrukturlarının köməyi ilə Azərbaycan ordusunun potensialı artsın. Həmçinin Azərbaycan və Türkiyə arasında birgə təlimlərin və olsa bilsin ki, hətta sərhəd mühavizəsinin belə aparılması mümkün olsun. Bildiyimiz kimi Naxçıvan Türkiyə üçün çox yaxın bir ərazidir və Ermənistanla sərhəddə yerləşir. Buna görə də Türkiyənin Naxçıvana hərbi köməkliyinin olması qaçılmazdır. 

Lakin mən hesab edirəm ki, Türkiyə Naxçıvan hərbi bazasının yaxın zamanda yaranması ağıla batan deyil. Çünki konfliktin həll olunmadığı bir dövrdə Türkiyənin Naxçıvanda hərbi bazasın yerləşdirməsi Türkiyənin özü üçün müəyyən qədər siyasi problemlərin yaranmasına səbəb ola bilər. Xüsusən də əgər Naxçıvanda belə bir baza yaradılsa, bu Rusiya ilə Türkiyə arasında konfliktə gətirib çıxara bilər. Amma onu da unutmaq olmaz ki, faktiki olaraq Rusiya Ermənistanda öz bazasın yerləşdirib. Əslində Rusiyanın bu bazası NATO ölkələrinə və eyni zamanda da Türkiyəyə qarşıdır. Yəni Türkiyə getdikcə, NATO-la münasibətlərini zəiflədəcksə, Rusiya Ermənistandakı  bazasın dərinləşdirməyəcək və o baza necə var elə də qalacaq. Amma əgər Türkiyənin NATO ilə münasibətləri genişlənəcəksə, Rusiya oz bazasını daha çox texnika ilə təhciz edəcək və hərbi potensialını daha çox Ermənistanda artıracaq. 

Əvəz Həsənov: “Rusiya Ermənistanda bazasını genişləndirəcəksə, Türkiyənin də Naxçıvanda baza açması yaxın 10 ildə mümkün ola bilər”.


Bu da əsas verəcək ki, əgər Azərbaycan tərəfində geosiyasi vəziyyət imkan versə, Türkiyə belə bir analoji bazanı Naxçıvanda yerləşdirsin. Onu da qeyd edim ki, əgər o vaxta qədər Türkiyənin NATO ilə münasibətləri hamar qalsa, ya da indiki vəziyyətdən daha yaxşı olsa, Türkiyə Naxçıvanda yaradacağı bazanı NATO-un bazası kimi də təkmilləşdirə bilər. Əgər belə olsa, yenə Türkiyə ilə Rusiya arasında konflikt yaranacaq. Bu gün Türkiyənin özünə də lazımdır ki, Ermənistandan gələn təhlükələri və xüsusən də Rusiyanın oradakı bazasından gələ biləcək hər hansı təhlükəni nəzarətdə saxlaya bilsin. Ola bilsin ki, Azərbaycanla Türkiyə arasında imzalanan hərbi sənədə görə baza yaradılmasına imkan yoxdur, ancaq gələcəkdə sənədə belə əlavələrin olması qaçılmazdır. 

Türkiyə özü geosiyasi vəziyyətindən asılı olaraq gələcəkdə Azərbaycanın ərazisində belə bir bazasının yerləşdirilməsinə maraqlı olmalıdır. Çünki Naxçıvan Türkiyə üçün həm Ermənistanın, həm də Rusiyanın nəzarətdə saxlanılması üçün bufer zonadır. Buna görə də Türkiyə ilk növbədə özünün hərbi təhlükəsizliyi üçün Naxçıvanda müəyyən addım atsa, ya da baza yerləşdirsə, beynəlxalq siyasətdə bunun izahın tapmaq çox asan olacaq. Bütün bunlara görə mən hesab edirəm ki, əgər Rusiya Ermənistanda bazasın genişləndirəcəksə, Türkiyənin də Naxçıvanda baza açması yaxın 10 ildə mümkün ola bilər”.



Zaur Məmmədov: “Naxçıvanda türk hərbi bazasının olması indiki şəraitdə lazımlıdır”.


Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov isə son zamanlar RusiyaErmənistan arasında çox sıx hərbi əməkdaşlığa nəzər salaraq qeyd edib ki, aprel hadisələrindən sonra Ermənistan ordusunda bir sıra islahatların keçirilməsi, Rusiya qoşunlarının say və hərbi texnika baxımından sayının artırılması  və güclənməsi prosesi baş verir:

“Ötən həftəsonu Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general Andranik Makaryan özündənrazı şəkildə bəzi açıqlamalar verdi. Erməni generalın iddiasına görə, onun rəhbərlik etdiyi hərbi birləşmə Dağlıq Qarabağdakı əməliyyatlara da qoşula bilər və hətta bunu Putinin göstərişi olmadan belə, həyata keçirmək iqtidarındadır. Son zamanlar RusiyaErmənistan arasında çox sıx hərbi əməkdaşlığın şahidiyik. Aprel hadisələrindən sonra Ermənistan ordusunda bir sıra islahatların keçirilməsi, Rusiya qoşunlarının say və hərbi texnika baxımından sayının artırılması  və güclənməsi prosesi baş verir.

İndiki şəraitdə Suriya problemini bəhanə edərək, Rusiya tərəfinin guya ki, rus hərbi bazasının gücləndirilməsinin səbəbi kimi Suriya, Türkiyə kimi istiqamətlərini göstərilməsi daha çox bəhanədir. Məsələ Azərbaycanın torpaqları azad etməsi qorxusundan gedir. Bütün bu amilləri nəzərə alaraq, Türkiyə və Azərbaycan arasında yüksək səviyyədə olan hərbi əməkdaşlıq daha da dərinləşdirilməlidir. 

Zaur Məmmədov: “Aprel hadisələrindən sonra bəzi qüvvələrin rəsmi Bakı qarşısında öhdəliyi var”.


Təbii ki, Naxçıvanda türk hərbi bazasının olması indiki şəraitdə lazımlıdır. İlk növbədə bu, ermənilərə qarşı  psixoloji təzyiqə səbəb olacaq. Azərbaycan tək deyil. Müharibə olacağı təqdirdə Şimali Qafqazdan tutmuş Pakistana qədər hər bir müsəlman bizimlə savaşa qoşulacaq.

Aprel hadisələrindən sonra bəzi qüvvələrin rəsmi Bakı qarşısında öhdəliyi var. Onlar unutmasınlar kı, eyni hal ikinci dəfə təkrarlanmayacaq. Azərbaycan ilə əməkdaşlıq etmək lazımdır. Azərbaycana arxa çevirmək, ona təzyiqlər etmək , bizimlə təzyiq dili ilə danışmaq lazım deyil. Müstəqilliyimizin müxtəlif illərində hətta Türkiyə ilə olan münasibətlərdə rəsmi Bakı sübut etdi ki, o bərabərhüquqlu tərəfdaşdır. Rusiya da anlamalıdır kı, Pyotrun nəsihətləri XXI əsr üçün şəklini bir qədər dəyişməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar