Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin ABŞ-ın hücumuna dəstəyi hansı nəticələr doğuracaq?


Ankaranın xarici siyasətindəki yanlışlar - Təhlil


Mətin Gürcan

“Al-Monitor”

 
Keçən həftə Birləşmiş Ştatların Suriyadakı hərbi hava bazasına etdiyi zərbə geniş olmasa da, ciddi nəticələr doğurub.

Şərqi Aralıq dənizində yerləşən iki esminesdən buraxılan “Tomahawk” qanadlı raketləri, hesabatlara əsasən, 20 təyyarə, bəzi təyyarə sığınacaqları və sursat anbarını məhv edib.

Rusiya dərhal bildirdi ki, 59 raketdən yalnız 23-ü öz hədəflərinə çatıb və ən azı 24 saat sonra Şayratdan havalanan təyyarələr yenidən Xan Şeyhunu bombalayıb.

Rusiya, İran və Şimali Koreya buna etiraz etdiyi halda, Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı ABŞ-ın əməliyyatından məmnun idi. Çin sakit qaldı.

Bu, yəqin ki, kosmetik hücum idi və yerdəki taktiki şəklə təsir etmədi. Birləşmiş Ştatların İŞİD-i məhvetmə prioritetini kənara qoyduğunu və var qüvvəsini Əsədin aradan götürülməsinə cəmləşdirdiyini demək hələ çox tezdir. Bu, yalnız Fərat çayının qərb hissəsindəki hədəflərə ABŞ-ın hücumlarının ikinci və ya üçüncü dalğasında, Dəməşq və ya başqa məntəqələrdəki hava məkanında üstünlük olduqda mümkündür.

ABŞ prezidenti Donald Trampa gəlincə, o, sabiq prezident Barak Obamanın 2013-cü ildə Qutada həyata keçirə bilmədiyi əməliyyatı gerçəkləşdirdi və bir növ, dünyaya xatırlatdı ki, onun 140 “tweet”dən də kənar seçənəkləri var.

Bu hücumla Tramp bir neçə xal qazandı:

– bu, onun milli səviyyədə azalan reytinqinin yüksəlməsi, mediada geniş işıqlanma və göylərə qaldırılan güclü profilinə doğru yaxşı addım idi;

– Tramp birbaşa Əsədin Dəməşqdəki strateji qərargahına zərbə endirərək ona daha ağır cəza verə bilərdi, amma bunu etmədi;

– bu hücum Birləşmiş Ştatlara Suriyada və Fəratın Rusiyaya verilən qərb hissəsindəki regionda nüfuzunu və təşəbbüsü bərpa etməyə kömək edə bilər;

– müasir S-400 hava hücumdan müdafiə sisteminə baxmayaraq, Rusiyaya ABŞ-ın regiondakı hərbi üstünlüyü xatırladıldı. Şübhəsiz, bu, həm də İran və Şimali Koreyaya lazımi xəbərdarlıq idi.

Müdafiə analitiki Arda Mevlutoğlunun sözlərinə görə, “Tomahawk” raketləri 1991-ci ildən etibarən demək olar ki, bütün diplomatik böhranlarda ABŞ-ın hərbi müdaxilələrinin avanqardı olub və “cəza" sistemi kimi tanınır. "Nəticələr göstərir ki, Əsəd rejimi həqiqətən də, kimyəvi hücum həyata keçirib. Birləşmiş Ştatlar öz hücumu ilə Əsəd rejimini cəzalandırıb, bununla bərabər, Rusiyanın Suriya hava məkanında fəaliyyət azadlığını çətinləşdirib", – deyə A.Mevlutoğlu “Al-Monitor”a bildirib.

ABŞ-ın hücumundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Əgər həqiqətən bir əməliyyat varsa, üzərimizə düşəni etməyə hazırıq". Hücumdan sonra Ərdoğan: "Hücum müsbət addımdır, lakin kifayət qədər deyil", – dedi.

Ötən il gündəmdə olmuş Əsədin devrilməsinə dair Ankaranın gözləntilərinin kosmik sürətlə artması ilə yanaşı, ABŞ-ın fəaliyyəti Türkiyənin sünni müxalifəti gücləndirilməsi və İdlib üzərində uçuşa yasaq bölgənin yaradılmasına ümid verdi.

Ankarada bir çoxları hesab edir ki, ABŞ-ın hücumu Rusiya-İran-Əsəd blokunun zərərinə yeni balans yaradıb. Bu, açıq dilə gətirilməsə də, Ankarada bəzi şəxslər güman edirlər ki, hücum ABŞ-ın YPG döyüşçülərindən asılılığını azaldacaq – Türkiyə də məhz bunun həsrətindədir.

Lakin Ankara ABŞ-ın hücumunu hər növ dəstəklə təmin edəcəyi barədə lüzumsuz, tələsik bəyanat verdi. Bu, Tramp və Rusiya prezidenti Vladimir Putin arasında məngənə ola bilər. Həm də Türkiyənin kəskin dönüşlərə ehtiyacı olmadığı vaxtda. Post-İŞİD mərhələsində Suriyanın yenidən qurulması zamanı Türkiyənin Tramp və ya Putin ilə sövdələşə biləcəyi məsələsi hələ də açıq qalır. Ankaranın siyasəti daha ölçülü-biçili, sakit və proseslərin inkişafına əsaslanmış olmalıdır.

Suriyanın gələcəyi ilə bağlı RusiyaABŞ arasında nüfuz mübarizəsi gedir və Türkiyə bu ikisi arasına ordan-burdan dürtülməklə büdrəyir.

Ankara bəzən son dərəcə Vaşinqtonpərəst və bəzən Moskvapərst olur. Buna görə Türkiyə ziddiyyətli, gözlənilməz və etibarsız oyunçu kimi qəbul olunur. Xarici siyasət impulsiv təpkilər deyil, yaxşı düşünülmüş, möhkəm prinsiplərə əsaslanmalıdır.

Türkiyənin qeyd-şərtsiz dəstək təklifi yaxşı addım deyildi. Bu, Dəməşq və Rusiya ilə ciddi suallar doğura bilər. Ən azı, Türkiyə belə səfeh bəyanat vermək əvəzinə, Birləşmiş Ştatlarla nədəsə sövdələşə bilərdi. Bu, həm də Türkiyənin əvvəlkitək hələ də Əsədin gedişinə ümid etməsi təəssüratı yaradır ki, Rusiya Ankaraya həmin məqsədi unutduraraq, İŞİD-ə qarşı mübarizə prioritetinə diqqət yetirməsinə çalışırdı.

ABŞ-ın hücumuna Rusiyanın mühüm təpkilərindən biri hava əməliyyatlarının təhlükəsizliyini təmin etmək üçün RusiyaABŞ müdafiə nazirlikləri arasında rabitə müqaviləsini dayandırmaq idi. Rusiyanın bu qərarı mütləq Türkiyəyə təsir edəcək. Suriyanın şimalında öz təsadüfi uçuşlar etməsi və hələ də orada min əsgərinin olması Türkiyəni həm də öz qoşunlarının təhlükəsizliyi üçün ABŞRusiya ilə koordinasiya aparmağa məcbur edir.

İndiyə qədər elə görünür ki, Ağ Evdəki üçüncü ayında Trump güc tətbiq etməkdən çəkinməyən ABŞ prezidenti kimi rekord qazanıb.

Çox güman ki, Suriyaya dair ABŞ-Rusiya münasibətlərində uzun və əhəmiyyətli gərginlik olacaq. Tramp Yaxın Şərqdə öz iradəsini təklikdə tətbiq edə bilmədiyinə dair Rusiyaya mesaj göndərdi. Hətta bir həftə əvvəl Moskvapərəst görünən Türkiyənin davranışını olduqca tələsik və Vaşinqton ilə eyni cərgədə olduğu ortaya çıxdı.

Vaşinqton ilə eyni cərgədə yer alan və "Əsəd getməlidir" doktrinasına dönən Türkiyə belə davranmaqla, yeni bir səhvə yol veribmi? Türkiyənin Əsədə qarşı düşmənçiliyi Rusiya ilə münasibətlərdə yeni gərginliyə səbəb olacaqmı? Suriya hava məkanında ABŞRusiya arasında koordinasiya və rabitənin ləğvi Türkiyənin əməliyyatlarına necə təsir edəcək?

Düşünürəm ki, cavablar üçün çox gözləmək lazım olmayacaq.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar