Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəni ürəyindən İsrailə görəmi vurdular?


Terrorçulardan birinin Rusiya, Qırğızıstan və Özbəkistan vətəndaşı olduğu məlum olub


İyunun 28-də İstanbulun Atatürk Hava Limanında partlayış törədən terrorçuların hansı ölkə vətəndaşları olduğu müəyyənləşib.

 “Milliyet”in verdiyi xəbərə görə, terrorçulardan birinin Dağıstan sakini olan Rusiya vətəndaşı, digərinin Qırğızıstan, üçüncüsünün isə Özbəkistan vətəndaşı olduğu məlum olub.

Almaniyanın “Bild” qəzetinin məlumatına görə, hava limanının partladılması əmrini İŞİD-in Türkiyə nümayəndəliyinin rəhbəri İlhami Balı verib.(axar.az) 

“Bild” qəzeti məlumatı Türkiyənin təhlükəsizlik qüvvələrindən aldığını qeyd edib. Xəbərdə İlhami Balının Türkiyədəki adamlarına 2 min 500 dollar maaş verdiyi də bildirilir.
Qeyd edək ki, iyunun 28-də aeroportda törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb. İstanbulda iyunun 30-da  keçirilən əməliyyat zamanı terror hadisəsi ilə əlaqəsi olan 13 nəfər saxlanılıb. Onlardan 3-ü əcnəbidir. İlkin ehtimala görə, terror aktının arxasında İŞİD dayanır.

Bundan əvvəl isə Türkiyə mətbuatı terror aktını Tacikistan əsilli terrorçuların törətdiyini yazmışdı və üç terrorçu-kamikadzenin fotoşəklini də dərc etmişdi. Yalnız bu xəbərdən sonra Tacikistan prezidenti Emoməli Rəhmonun qanlı terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verdiyi və terror aktını qınadığı barədə xəbər yayıldı. Hətta Ermənistan prezidenti Serj Sərkisyan da İstanbulda törədilən terror aktına görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. 

Türkiyə ilə Suriyanın sərhəd ərazisində iki “canlı bomba” öldürülüb. 2 İŞİD terrorçusu sərhəddə xəbərdarlığa məhəl qoymayaraq qaçmağa çalışan zaman təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Terrorçulardan  birinin kəşfiyyat hesabatlarında Ankara, yaxud Adanada özünü partlatmaq istəyən Məhəmməd Ərəb adlı  şəxs olduğu ortaya çıxıb. Terrorçunun üzərindən 21 iyul tarixində Dəməşqdən Qamışlıya gəldiyini göstərən təyyarə bileti tapılıb. Digər terrorçuların də şəxsiyyəti aşkarlanıb. İki terrorçunun da suriyalı olduğu bildirilib.



Türkiyədə baş verən terrorun Ankara-Təl-Əviv və Ankara-Moskva münasibətlərinin normallaşdığı günlərə təsadüf etməsi daha çox müzakirə olunur. 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İsrailin Türkiyə ilə barışması terrorçu İŞİD qruplaşmasına və onun arxasında dayanan mərkəzlərə sərf eləmir: “Çünki Türkiyə-İsrail münasibətləri keçmiş illərdəki tərəfdaş səviyyəsinə qalxsa, o zaman bu iki dövlət yalnız iqtisadi və ticarət tərəfdaşı olmayacaqlar, həm də hərbi və təhlükəsizlik sahəsində ciddi əməkdaşlığa başlayacaqlar. Bu isə terrorçu təşkilatları vahiməyə salır. Ona görə də terrorla Türkiyəni cəzalandırmaq istəyirlər”. E.Şahinoğlu qeyd etdi ki, DAİŞ Türkiyənin Rusiya ilə barışmasından da qəzəblidir: “Ona görə ki, Rusiya-Türkiyə əməkdaşlığı İsraillə olduğu kimi, təhlükəsizlik sahəsini də əhatə edəcək. Mən onu da ehtimal edirəm ki, Rusiya ilə Türkiyə Suriyada terrora qarşı mübarizədə əməkdaşlığa da başlaya bilərlər. Əməkdaşlığın əsas qayəsi isə DAİŞ-in neytrallaşdırılmasına yönələ bilər”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar