Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəli nazir Şəhidlər Xiyabanında



Bu gün Azərbaycanda Türkiyənin Mədəniyyət Günlərinə start verilib


Bu gün Türkiyə Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi Heydər Əliyev Mərkəzində keçiriləcək.

Mədəniyyət günləri ilə əlaqədar Azərbaycanda səfərdə olan Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyində görüş keçirilib. Görüşdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan və Türkiyədə bu ölkələrin mədəniyyət günlərinin keçirilməsi iki ölkə arasında əməkdaşlığın daha da inkişafına öz töhfəsini verir.

Ömər Çelik isə öz növbəsində deyib ki, bu gün bütün sahələrdə olduğu kimi iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq strateji tərəfdaşlığa çevrilib.

Qonaqlar gün ərzində Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi ilə tanış olacaqlar.

Türkiyə Mədəniyyət Günləri noyabrın 27-ə kimi davam edəcək. (trend)

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar