Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədən oyuncaq içərisində Bakıya gətirilən psixotrop həblər




DTX-nın həbs etdiyi şəxslərin məhkəməsi- Bakıda gənclərə həb satmaq istəyiblər


Qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə külli miqdarda psixotrop maddə olan MDMA həbləri (ekstazi) gətirməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.

Onlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

Musavat.com xəbər verir ki, saxlanılan 3 nəfərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutub.

Təqsirləndirilənlərdən Ələkbər Məmmədov istintaqa fərqli ifadə verməsini təzyiqlərin olması ilə izah edib.

Ələkbər Məmmədov, Şəmistan Mustafayev və digər təqsirləndirilən şəxs Cəlal Qasımov psixotrop maddədən istifadə etdiklərini etiraf ediblər. Lakin onlar satış məqsədi ilə həmin maddələri almadıqlarını qeyd ediblər.

Şəmistan Mustafayev Ələkbər Məmmədovla tanış olduqlarını, bir neçə dəfə Türkiyədən satış məqsədi ilə tikinti materialları, daha sonra isə avtomobil ehtiyat hissələri gətirdiklərini deyib.

Məhkəmədə Şəmistan Musyafayevlə Ələkbər Məmmədov arasındakı telefon danışıqları və mesajlar elan edilib. Məlum olub ki, onlar bir neçə dəfə telefonda danışqlarında Türkiyədən külli miqdarda ekstazi həbləri almalarını və necə gətirəcəklərini müzakirə eiblər.

Onlar mal almaq adı ilə Türkiyəyə Metin adlı şəxsə pul göndərdiklərini, sonuncu məbləğin isə 800 dollar olduğu qeyd edilir.

Mesajlardan o da məlum olub ki, həblər Azərbaycana qaçaq yolla göndərilib. Belə ki, Türkiyədən Şəmistan və Ələkbərin aldığı oyuncaq maşınların içərisinə yerləşdirilən həblər karqo şirkətlərindən biri vasitəsi ilə Azərbaycana gətirilib.

Həblər 4-5 dollara Türkiyədən alınıb. Bakıda isə təqsirləndirilən şəxslər tərəfindən ayrı-ayrı şəxslərə müxtəlif qiymətlərə satılıb. Onlar sonuncu dəfə Türkiyədən göndərilən malı götürmək istəyərkən DTX tərəfindən həns ediliblər. Əməliyyat zamanı psixotrop maddələr oyuncaq maşınların içərisində aşkar edilib.

İttihamda yazılır ki, adı çəkilən şəxslər dəfəkərlə eyni yolla ölkəyə psixotrop maddələr gətiriblər. Bu məqsədlə ilk dəfə Türkiyəyə gedərəknorafa müxtəlif şəxslərlə görüşüblər. Qeyd edilən həblərin Türkiyədən alınmasında, Azərbaycana göndərilməsində əsas iştirakçılar arasında bir neçə nəfər Türkiyə vətəndaşı da var.

Məhkəmənin davamında Ələkbər Məmmədov 800 dolları Türkiyəyə nə məqsədlə göndərməsini belə izah edib: "Mən maşın ehtiyat hissələri alırdım. Buna görə borcum qalmışdı. Pulu da bu məqsədlə göndərmişəm. Telefon danışıqlarımda kimdənsə psixotrop maddə almaq istəməyim yoxdur. Mən özüm bu həblərdən istifadə etmişəm, amma kimlərəsə satmaq niyyətim olmayıb".

Amma istintaq materiallarında yer alan telefon danışıqlarından məlum olur ki, Şəmistan və Ələkbər həbləri kimlərə satmaları, müştəri tapmaqları haqda dəfələrlər bir-birləri ilə əıaqə saxlayıblar.

Məhkəmə baxışı davam edir. Növbəti prosesdə təqsirləndirilən şəcslərin məhkəmə və istintaqdakı ifadələri arasındakı ziddiyyətlərlə bağlı araşdırmalar aparılacaq.

Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu, Mustafayev Şəmistan Əli oğlu və Qasımov Cəlal Sübhan oğlu 2017-ci il martın 15-də saxlanılıblar.

Məlumata görə, araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici “Preqabalin” maddələri aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ə.Məmmədov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri saxlama, satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), Ş.Mustafayev 29, 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd, külli miqdarda törədildikdə) və C.Qasımov 29, 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd) maddələri ilə ittiham olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar