Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədən Gümrüyə silah daşınır?


Gümrüyə İran və Gürcüstandan silah daşınır, bəs Türkiyədən necə?


Gürcüstanda mübahisələr: Gümrü bazasına hərbi yüklər ölkənin hava məkanından keçir və rəsmilər də bunu inkar etmir, bununla belə ortaya ciddi suallar çıxır...

Rusiya Ermənistan ərazisindəki 102-ci hərbi bazanı yeni hərbi texnika və silahlarla təchiz etmək üçün Gürcüstanın hava məkanından və İran ərazisindən istifadə edir.

Virtualaz.org saytı xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərindən sonra Gürcüstanda bu məsələ gündəmə gəlib və müzakirələrə səbəb olub.

Putinin səfərindən və Gümrü bazasına yeni silahların yerləşdiriləcəyi açıqlanandan sonra Gürcüstan ictimaiyyətində Rusiyanın ölkənin hava məkanından qanunsuz olaraq Ermənistana silah daşımaq üçün istifadə etdiyi barədə rəy yaranıb.



Gürcüstan KİV-lərinin xəbərlərinə görə, Putinin səfərindən sonra Gümrü bazasındakı hərbi texnikanın intensiv şəkildə yenilənməsi prosesi gedir. Hərbi baza Gürcüstan sərhədlərinbdən 33 kilometr, paytaxt Tiflisdən 130 kilometr məsafədə yerləşir.

Məsələyə münasibət bildirən Gürcüstan DİN-in informasiya-analitik departamentinin rəhbəri David Sudjaşvili ölkənin hava məkanından Gümrü bazasına silah və texnika daşınması üçün istifadəni inkar etməyib. Lakin bildirib ki, bu zaman söhbət Gürcüstanın nəzarəti altında olan hava məkanından yox, Abxaziyanın hava məkanından gedir.

“Mən Gürcüstanın nəzarətində olan hava məkanında belə halın qeydə alındığını təsdiq etmirəm. Lakin Abxaziya üzərindən uçuşlar həyata keçirilir. Onlar bizim işğal edilmiş və nəzarət etmədiyimiz ərazilərimizdən istifadə edirlər” - deyə D.Sudjaşvili bildirib.



Virtualaz.org saytında hələ Putinin Ermənistana səfərindən aylar əvvəl belə məlumatlar vardı ki, Rusiya Gümrü bazasına hərbi texnika və canlı qüvvə daşımaq üçün Gürcüstanın hava məkanından istifadə edir. Bununla belə daşınmanın hansı marşrutla həyata keçirildiyi dəqiq məlum deyildi.

İndi Gürcüstan rəsmisi Rusiya hərbi-nəqliyyat təyyarələrinin Gümrüyə silah daşımaq üçün separatçı Abxaziyanın hava məkanından istifadə etdiyini açıqlayır. Ancaq buradan daha mühüm detal ortaya çıxır: Abxaziya bölgəsinin Ermənistanla bilavasitə sərhədləri mövcud deyil. Deməli, Rusiya hərbi-nəqliyyat təyyarələri bu bölgənin hava məkanından keçib Ermənistana uçmaq üçün hökmən ya Gürcüstanın nəzarətində olan ərazilərin, ya da Türkiyə ərazilərinin üzərindən keçməlidir.

Nəzəri olaraq silah daşıyan Rusiya təyyarəsi Abxaziya üzərindən keçib Gümrüyə uçmaq üçün Gürcüstanın Axalkalaki və azərbaycanlılar yaşayan Dmanisi bölgələrinin üzərindən keçməlidir. Əks halda təyyarə Abxaziya hava məkanını tərk etdikdən sonra kursu dəyişib Türkiyə hava məkanına daxil olmalı, Qars və Ərdəhan bölgələrinin üzərindən keçməklə Ermənistana uçmalıdır.

Bəs Rusiya təyyarələri bu iki marşrutun hansından istifadə edir? Hərbi ekspert Georgi Tavdqiridze deyir ki, əgər Rusiya Gümrü bazasını təchiz etmək üçün Gürcüstanın nəzarətində olan hava məkanından istifadə edirsə, burada qanun pozuntusu yoxdur: “Bu, birmənalıdır ki, Gümrü bazası hava yolu ilə təchiz olunur. Çünki yerüstü marşrut mövcud deyil. Deməli, istənilən silahlanma Gürcüstan hava məkanından istifadə olunmaqla həyata keçirilir. Lakin bu zaman Gürcüstanın hava məkanından istifadəyə dair Rusiya ilə bağlanmış müqaviləyə əlavəyə istinad olunur".



Hərbi ekspertin sözlərinə görə, Rusiya Gürcüstanın hava məkanından istifadə etmək hüququna malikdir. Lakin burada müəyyən məhdudiyyətlər var. Rusiya Gürcüstan hava məkanından Ermənistana döyüş materialları yox, hərbi inventar çatdıra bilər.

“Təəssüf ki, Rusiya təyyarələrinin nə daşıdığına nəzarət etmək mümkün olmur” - deyə o bildirib.

Georgi Tavdqiridze deyir ki, Gümrü bazasının iki məqsədi var. Birincisi, Rusiya orada hava qruplaşmasını yerləşdirməklə göstərmək istəyir ki, Zaqafqaziyanın hava məkanına nəzarət edə bilər. İkinci məqsəd isə Ermənistanın Azərbaycandan müdafiə olunmasıdır.

“Hərbi bazanın yerləşməsi Ermənistanın müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bu, müstəmləkə idarəçilik formasıdır. Ermənistanın nə daxili, nə də xarici siyasəti müstəqil deyil. Ölkənin bütün siyasəti Gümrüdən idarə olunur. Bütün qərarları Rusiya xüsusi xidmət orqanlarının Gümrü bazasından baş qərargah kimi istifadə edən nümayəndələri qəbul edirlər” - deyə ekspert bildirib.

Tiflisdəki Qafqaz Strateji  Araşdırmalar Mərkəzinin rəhbəri Mamuka Areşidze də bu mövqeyi dəstəkləyir. Lakin Areşidze hesab edir ki, ruslar Gümrüyə hərbi texnikanı daşımaq üçün İran ərazisindən istifadə edirlər: “Hesab edirəm ki, onlar texnikanı İrandan daşıyırlar. Hava yolu ilə Gürcüstandan keçməklə hərbi inventar daşınır,  bu da razılaşmaya uyğundur. Mən dəqiq bilirəm nə baş verir”.



M.Areşidzenin sözlərinə görə, Gümrü bazası Gürcüstan üçün təhdid təşkil etmir. Çünki Ermənistan Gürüstandan asılıdır və bu ölkəyə yüklər Poti limanından daşınır. 2008-ci ilin avqust müharibəsində də Gümrü bazasından istifadə edilmədi.

Beləliklə, tamamilə  ağlabatandır ki, Rusiya Ermənistana böyük raket komplekslərini, tank və zirehli maşınları, artilleriya qurğularını və nəhəng “Smerç” reaktiv yaylım atəşi sistemlərini İran üzərindən daşıyır. Çünki bu yükləri hava yolu ilə daşımaq hərbi nəqliyyat təyyarələrinin yüzlərlə reys həyata keçirməsi hesabına və çox baha başa gələrdi. Lakin Rusiya bu yükləri Xəzər dənizi üzərindən gəmilərlə İranın Ənzəli limanına, oradan isə quru yolu ilə Gümrüyə asanlıqla və ucuz çatdıra bilər.

2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan Rusiya hərbi yüklərinin ölkə üzərindən tranzitini dayandıran qanun qəbul edib və bununla da Gümrü bazası faktiki olaraq quru blokadasına düşüb. Belə vəziyyətdə bazanı ağır silahlarla təchiz etmək üçün yeganə quru və dəniz yolu olaraq İran qalır.

Rusiya hərbi nəqliyyat təyyarələrinin Gümrüyə uçuşuna gəldikdə isə Gürüstan DİN-in rəsmisinin açıqlamasına əsasən Türkiyə hava məkanından istifadənin mümkünlüyü meydana çıxır. Doğrudur, Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətləri bu variantı istisna edə bilər. Ancaq hər halda Gürcüstan rəsmisi deyirsə ki Rusiya işğal altındakı Abxaziyanın hava məkanından yararlanır, o zaman Türkiyə hava məkanından istifadə ehtimalına aydınlıq gətirilməlidir. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar