Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədəki hərbçimiz sabah Bakıya qayıdır



Avqustun 9-dan Türkiyədə müalicə olunan Azərbaycan Milli Ordusunun yaralı hərbçisi Elvin Əsgərovun xəstəxanadan çıxdığını xəbər vermişdik


PİA.AZ modern.az-a istinadən xəbər verir ki, Elvin Əsgərov sabah Türkiyədən Azərbaycana qayıdır.

Qarın nahiyəsindən ağır güllə yarası almış 23 yaşlı gizir Elvin Əsgərov Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi sayəsində Ankaradakı Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicəsini başa vurub. Elvin Əsgərov xüyli müddət idi ki, Ankarada müalicədən sonrakı reabilitasiya kursu keçirdi.

Elvin Azərbaycana onunla birgə Türkiyədə olan anası ilə qayıdır. Qeyd edək ki, Elvin Əsgərov bu il iyulun 31-də gecə saatlarında cəbhənin Goranboy istiqamətindəki döyüşlərdə ağır yaralanmışdı. O, həqiqi hərbi xidmətini başa vurandan sonra öz istəyi ilə manqa komandiri kimi Goranboyda müddətdən artıq hərbi xidmət keçirdi.

E.Əsgərov Sabirabad rayonunun Güdəzühür kəndindəndir. Hərbçimiz müalicəsini bitirəndən sonra yenə döyüş bölgəsinə getmək istəyir. O, nişanlıdır.

Azərbaycanın 3 yaralı hərbçisi  müalicə olunmaq üçün avqustun 9-da Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi sayəsində xüsusi tibbi təyyarə ilə Bakıdan Ankaraya aparılaraq, Atatürk Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilmişdilər. 

Elvindən öncə hər iki ayağı amputasiya edilən 19 yaşlı əsgər Sərxan Tahirzadə də xəstəxanadan çıxarılıb. Həkimlər onun ayaqlarına protez qoyublar və Sərxan artıq sərbəst yeriyə bilir. O hazırda Ankarada TİKA-nın dəstəyi sayəsində reabilitasiya kursu keçir.

Ankarada müalicə olunan üçüncü əsgərimiz bir gözünü itirmiş Ədalət Məmmədovdur. Onun da səhhəti qaydasına düşüb. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar