Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədəki həbslərin Azərbaycanla hansı əlaqəsi var?


Qardaş ölkədə baş verən sensasiyalı olaylar heyrətlə yanaşı, çoxlu suallar da doğurur...


Türkiyədə 3 nazirin oğullarının və çox sayda iş adamının, cəmiyyətdə tanınan isimlərin tutuqlanması diqqətləri yenə də qardaş ölkənin üzərinə yönəldib. Saxlananlar arasında polis naziri Mühəmmər Gülərin oğlu Barış Gülərin olması xüsusi ilə diqqət  çəkicidir. Analoqu olmayan bu hadisə Türkiyədə demokratiya və mühakimə-ədalət sisteminin bütün zərbələrə baxmayaraq, müstəqilliyini hələ də qorumasına bir nümunədir. Doğrudur, ortada başqa, “Qurdlar vadisi” serialının ssenarilərinə bənzər nüanslar da var.  Lakin bu bir faktdır ki, dünyanın hətta ən demokratik ölkələrində də vəzifəli şəxslərin özləri və yaxınları cinayət törədəndə bunu üstünü açmaq və cinayətkarları cəzalandırmaq çox çətin olur. Vəzifəsindən, məqamından güc almaq cinayətkarların, ya da onların qruplarının prosesə müqavimətini yaradır və nəticədə, əsil suçlular mühakimədən yayınırlar.

İndi isə məlum olur ki, hətta daxili işlər nazirinin özünün xəbəri olmayıb ki, onun polisləri doğma oğlunu həbs edəcəklər. Ümumiyyətlə, bu əməliyyat baş nazir də daxil olmaqla, bütün AKP iqtidarı üçün gözlənilməz olub. Savcılığın –prokurorluğun bir il ərzində gizli olaraq yürürtdüyü əməliyyatda o qədər sübutlar toplanıb ki, nəhayətdə 3 nazirin birinci dərəcədən olan yaxınlarını, nəhəng iş adamlarını, məmurları qəfil əməliyyatla həbs etmək mümkün olur. 

Həbs olunanların ilkin siyahısı maraq doğurur: 

Barış Gülər – Daxili işlər naziri Mühəmmər Gülərin oğlu
Salih Kaan Çağlayan – İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu
Abdullah Oğuz Bayraktar – Ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu
Əli Ağaoğlu – Türkiyənin ən böyük və zəngin iş adamlarından biri 
Reza Zerrab – iş adamı
Mustafa Dəmir – Fatih Bələdiyyə başçısı
Süleyman Aslan – iş adamı
Mehmet Ali Kahraman – Ekologiya Nazirliyinin Aparat rəhbəri
Sadiq Soylu - Ekologiya Nazirliyinin sözçüsü
Müstafa Behçet Kaynar – Ekologiya nazirinin sözçüsü
Onur Kaya - Ekologiya nazirinin sözçüsü
 

Türkiyədəki dostlarımızın verdiyi bilgilərə görə, oğulları həbs olunan nazirlər də daxil, tutuqlananlar baş nazir Rəcəb Tayyi Ərdoğanın ən yaxın adamlarıdır. Deməli, burada əsas hədəf hökumət və onun başında dayanan şəxsdir. Türkiyəli millət vəkillərindən biri bizimlə söhbətində bu versiyanı təsdiq etməklə yanaşı, dedi ki, hədəf kim və ya nə olursa olsun, əsas məsələ budur ki, ortada ciddi bir cinayət var. Əks halda, savcılıq (prokurorluq) bu qədər qüdrətli insanların birinci dərəcədən olan yaxınlarını, T. Ərdoğana ən yaxın simaları həbs etməyə cürət göstərməzdi.

Onun dediyinə və Türkiyədəki digər mənbələrin iddialarına görə, bu prosesi aparan savcılar qrupundan birini ordu generallarına qarşı qurulan məşhur “Ergenekon” işini aparan Zəkəriyyə Öz adlı prokuror yönləndirir.

Türkiyənin ünlü media quruluşlarından olan “Hürriyət” qəzeti yazır ki, dindirməni aparan 3 müstəntiq əməliyyata İstanbul Baş Prokuroruna xəbər vermədən başlayıb. Çox ciddi məxfilik şəraitində keçən dindirmə haqqında Milli İstintaq Səhifəsi Sistemində (bu səhifəyə Türkiyədə aparılan bütün istintaq əməlləri haqqında informasiyalar dərhal yerləşdirilir) də heç bir bilgi yoxdur.

Ankaradakı informasiyalı qaynaqlardan əldə edilən xəbərlərdə isə deyilir ki,  baş nazir Rəcəb Tayyib Ərdoğan üç nazir oğlu da daxil olmaqla, xeyli nüfuzlu şəxsin həbs edilməsi xəbərini həbslər başlanandan sonra öyrənib. 

“Bütün bunlar onu göstərir ki, Türkiyədə T. Ərdoğan heç də göründüyü kimi, yeganə güc sahibi deyil. Camaat lideri başa salmağa çalışır ki, onu iqtidar edən, iş başında saxlayan və qoruyan bir güc var, o gücə qarşı gələrsə, hər şey tərsinə çevrilər”. Bu yorum da Türkiyədəki siyasi fiqurlardan birinin qəzetimizə verdiyi şərhlərdəndir. Onun iddiasına görə, baş verənlər Türkiyədəki iki nəhəng gücün – “Könüllülər Hərəkatı”nın lideri  F. Gülənlə  baş nazir T. Ərdoğanın indiyədək gizli gedən savaşının böyüməsinin nəticəsidir. Onun fikrincə, bu savaşda uduzan tərəf T. Ərdoğan olacaq. Çünki hər bir halda, iqtidarı təmsil edir. F. Gülən və onun camaatı AKP iqtidarının əsas dayağı olub: “Bu dayağın çəkilməsi AK Parti iqtidarını bitirə bilər. Üstəlik, T. Ərdoğan iqtidarı başdan-ayağa korrupsiyaya bulaşıb və asan hədəfə gələn bir duruma düşüb. Son olaylar da göstərdi ki, əslində Türkiyədə gerçək güc kimin əlindədir və üstəlik, AK Parti iqtidarı hansı dərəcədə cinayətlərə, yolsuzluğa bulaşıb. T. Ərdoğanın ən yaxınlığındakıları həbs edəcək qədər ortada sübutlar var. Bütün bunlarsa hələlik başlanğıcdır. Heç şübhəsiz, əsas hədəf hökumətdir. Bu 3 nazirin istefası artıq gündəmdədir. Ərdoğan yanlış yapıb incitdiyi, özünə qarşı qoyduğu güclərlə anlaşmaya və uzlaşmaya vara bilməsə, onu tamamilə çökdürəcəklər.  

Doğrudur, Tayyib Ərdoğan Konyadakı açılışda bu prosesə sərt təpki verib və onu yolundan kimsələrin döndərə bilməyəcəyi mesajını açıqlayıb. Lakin qarşısında ciddi seçimlər və proseslər durduğu halda, üstəlik, “Camaat”ı da qarşısına ala bilməyəcəyi gözlə görünür. Əks halda, AK parti iqtidarı növbəti seçkilərdə düşəcək. Çünki onun qarşısında olan yalnız F. Gülənin könüllüləri deyil. Ölkənin siyasi müxalifəti də heç şübhəsiz, belə bir fürsəti əldən qaçırmayacaq. Üstəlik, onun öz partiyasının içində də durum sadə deyil. Hazırkı prezident A. Güllə də ciddi çəkişmələr mövcuddur və bu durum qüvvələr nisbətini əhəmiyyətli şəkildə dəyişdirə bilər. A. Gül isə F. Gülən tərəfindən hələ də dəstəklənir”.

Azərbaycandakı ciddi bir qaynağımız isə söylədi ki, cinayət olayının arxasında dayanan proses İranın çirkli və eyni zamanda, dövlətin əlində olan pullarının “Xalqbank” üzərindən yuyulmasının qarşısının alınmasından gedir. Həmin mənbənin iddiasına görə, eyni proses Azərbaycanda da gedirdi və bunu da hökumət Amerikanın tələbi ilə durdurdu. Burada da əsas vasitəçi fiqur Reza Zərrab  -  Güney Azərbaycan kökənli iş adamıdır (Əbru Gündəşin əri). Vaxtilə “Yeni Müsavat” qəzeti tərəfindən “Bankosid” adlandırılan Bakıdakı prosesdə İranın pullarını yuyan və transfer edən iki bankımızın -  “Royalbank” və “Texnikabank”ın rəhbərləri həbs olunmuş, onlarla bərabər olan qruplar da göz altına alınmışdı. Mənbə iddia edir ki, nazirlərin oğullarını da əhatə edən bu çetenin həbs olunmasının əsas səbəbi məhz İran pullarının Türkiyə üzərindən yuyulmasının qarşısının alınması və prosesin tamamilə durdurulmasıdır: “Bütün bunların da arxasında dünya güclərinin iradəsi durur. Türkiyədəki son olaylar göstərdi ki, həmin dünya gücləri artıq T. Ərdoğanın arxasında durmur. Yoxsa bu prosesi, Azərbaycanda olduğu kimi, hökumətin özünə yapdırardılar. Türkiyədə isə bunu dünya güclərinin arxasında durduğu qüvvəyə yapdırdılar və prosesdən Ərdoğan hökumətini nüfuzdan salmaq üçün ciddi istifadə etdilər ”. (musavat,com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar