Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə “Cumhuriyet” qəzetinin 17 jurnalistinin məhkəməsi başlanır


Terrorçu təşkilatla əlaqədə ittiham olunurlar


Türkiyədə bazar ertəsi Cumhuriyet qəzetinin 17 jurnalisti və meneceri "terrorçu təşkilatla əlaqə" ittihamı ilə məhkəməyə çıxacaq.

PİA.AZ BBC-yə istinadən bildirir ki, əgər təqsirli bilinsələr, onlar birgə 43 il həbs cəzası ala bilərlər. Haqlarında həbs-qətimkan tədbiri seçilən qəzetin işçilərinin 10 nəfəri təxminən doqquz aydır ki, azadlıqdan məhrum edilib.

Təxminən bir həftə öncə Türkiyə, baş tutmamış çevriliş cəhdinin bir illiyini qeyd edib, həmin gün "demokratiyanın zəfəri" adlandırılıb. Lakin tənqidçilər deyirlər ki, həmin gündən az zaman sonra 50 min insanın həbs edilməsi ilə nəticələnmiş fövqəladə halın elan edilməsi əslində kütləvi repressiyanın başlanğıcı idi.

Media azadlığı qrupları deyirlər ki, bu dövrdə 150-dək KİV bağlanıb və 150-dən çox jurnalist saxlanılıb. Lakin hökümət bu rəqəmlərlə razı deyil. Ötən ay BBC-ə danışan prezident  Ərdoğan bildirib ki, ölkədə cəmi 2 jurnalist həbsdədir: "Qalanları ya terrorçudur, ya silah daşıyıb, ya da ki ATM maşınlarını oğurlayıblar”.

Bazar günü qəzetin sabiq redaktoru Can Dündarın da məhkəməsi başlayır. Keçən il ona "casusluq" ittihamı ilə 3 aylıq həbs verilib və sonradan o zaminə buraxılıb. Hazırda o Almaniyada, mühacirətdə yaşayır: "Cənab Ərdoğanın iki nəfər deyəndə kimi nəzərdə tutduğunu bilmək istəyirəm", -Dündar BBC-ə Skype-da deyib.

Hazırda bütün dünya jurnalistləri və media azadlıqları təşkilatları bazar ertəsi məhkəməsi başlayacaq Cumhuriyet qəzetinin jurnalistlərinin işini yaxından izləyir.

Cənab Dündar düşünür ki, bu işin necə bitməsi Türkiyənin gələcəkdəki hərəkətlərinin göstəricisi olacaq: "Cumhuriyet Türkiyədə azad medianın son qəsrlərindən biridir. Bu qəsri itirsək, ölkəmizdə azad media olmayacaq",-deyə  cənab Dündar düşünür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Tbilisidə aksiyaçıların bir qismi dağılışmağa başlayıb - Yenilənib

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar