Türkiyədə terrorçuların təhlükəsizlik qüvvələrinə qarşı hücumu zamanı 1 əsgər həlak olub
PİA.AZ "Report"-a istinadən xəbər verir ki,hadisə Hakkari vilayətinin Çukurca rayonunda qeydə alınıb.
Belə ki, terrorçuların təhlükəsizlik qüvvələrinə açdığı atəş nəticəsində 1 əsgər yaralanıb. O, Hakkari Dövlət Xəstəxanasına yerləşdirilsə də, həkimlər yaralının həyatını xilas edə bilməyiblər.
Silahlıların hansı terror qruplaşmasına mənsub olduqları açıqlanmır.
Faktla bağlı araşdırma aparılır.
pia.az