PKK terrorçularının yola yerləşdirdikləri əldəqayırma partlayıcı işə salınıb
Türkiyənin Mardin şəhərində terror aktı törədilib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hadisə Kızıltepe-Viranşehir avtomobil yolunda zirehli polis avtobilinin keçidi zamanı baş verib.
Məlumata görə, PKK terrorçularının yola yerləşdirdikləri əldəqayırma partlayıcının işə salınması nəticəsində 3 polis əməkdaşı şəhid olub.
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb.
pia.az