Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan ilk turda qalib gəldi! (Yenilənib)


Türkiyədə keçirilən prezident və parlament seçkilərində yerli vaxtla saat 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatıb


Sandıqlar artıq açılıb, səslər sayılmağa başlanıb. Yayın yasağı aradan qaldırıldıqdan sonra ilkin nəticələr açıqlanmağa başlayıb.

“AzPolitika.info” xəbər verir ki, bülletenlərin artıq 98 faizi sayılıb.

İlkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 52,6 faiz səs toplayıb. Muharrem İncə 30,8 faiz səs alıb.

Selahettin Demirtaş 8,1  faiz, Meral Akşener 7,4 faiz, Temel Karamollaoğlu 0,9 faiz, Doğu Perinçek 0,2 faiz səs alıb.

Millət vəkili seçkilərində “Cümhur ittifaqı” 53, 78% (AK Partiya 42,42 %, MHP 11,24%), “Millət ittifaqı”34% (CHP 22,67 %, İP 10,09%, SP 1,38%), HDP isə 11,4 % səs alıb. Artıq səslərin  97%-i sayılıb.

Qeyd edək ki, türkiyəli ekspertlər artıq nəticələrdə ciddi dəyişiklik olmayacağını, Ərdoğanın ilk turda yenidən Prezident seçildiyinin şübhə doğurmadığını bildirirlər. 



***21:20

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 65 faizi hesablanıb.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ilk yeri səslərin 55,47%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan  tutur. İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (29,22%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,47%).
 
Namizədlərdən heç biri 50%-dən artıq səs toplaya bilməsə, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də  keçiriləcək ikinci turda mübarizə aparacaq.

***20:50

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, sayılan səslərə əsasən Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 59,6 faiz, CHP-nin namizədi Məhərrəm İncə 26,1 faiz səs toplayıb.
 
İyi Partiyanın sədri Meral Akşener 7,7 faiz, və Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 5,5 faiz, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu 0,9 faiz, Vətən Partiyasının sədri Doğu Perinçək 0,2 faiz səs toplayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar