Çərşənbə, 20 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Türkiyədə lirə 5 dollara qalxa bilər

Qərb banklarının proqnozları


Almaniya bank “Commerzbank” seçkilərdən sonra yaydığı ilk dollar/TL proqnozlarında məzənnənin mərhələli olaraq yüksələcəyini proqnozlaşdırıb.

Bankın təxminlərə görə, bu ilin üçüncü rübünün sonunda dollar/TL məzənnəsi 4,60 səviyyəsində olacaq. İlin son rübündə isə məzənnə 4,70 səviyyəsinə qalxacaq.

Bank 2019-ci ildə də məzənnənin mərhələli yüksəlişinin davam etməsini təxmin edir. Növbəti ilin ilk rübünün sonunda məzənnə 4,75 səviyyəsinə qalxacaq, ikinci rübün sonunda isə məzənnə 4,85 səviyyəsində olacaq. Bank 2019-cu ilin sonunda isə dolların 5 lirəyə qalxacağını proqnozlaşdırır.

MORGAN STANLEY 5 SƏVİYYƏSİNİ BU İL NƏZƏRDƏ TUTUR

ABŞ-ın investisiya bankı “Morgan Stanley” ilin son rübündə dollar/TL (Türk lirəsi) məzənnəsinin 5 səviyyəsini aşacağını nəzərdə tutur.

Seçkilərdən sonra ilk dollar/TL  proqnozlarını açıqlayan bankın proqnozlarına görə, bu ilin üçüncü rübünün sonunda dollar/TL məzənnəsi 4,90 səviyyəsində olacaq. Bankın qiymətləndirmələrinə görə, ilin 4-cü rübünün sonunda isə dollar/TL 5,05 lirə olacaq. Bank bu proqnozları ilə seçkilərdən sonra dollar/TL proqnozları açıqlayan qurumlar arasında 5 səviyyəsini ilk tələffüz edən qurum olub.

Bankın qiymətləndirmələrinə görə, 2019-cu ildə dollar/TL məzənnəsi mərhələli olaraq geri çəkiləcək. Bank 2019-ci ilin ilk rübünün sonunda məzənnəni 5 səviyyəsində, ilin ikinci rübündə isə 4,85 səviyyəsində reallaşmasını gözləyir. 2019-cu ilin sonunda isə bank yenidən 5 səviyyəsini nəzərdə tutur.

 İLİN İKİNCİ RÜBÜNDƏN SONRA YAVAŞLAMA GÖZLƏYİR

Türkiyə iqtisadiyyatının ilk rübdə 7,4 faiz olmaqla güclü bir böyümə göstərdiyinə işarə edən Morgan Stanley, ancaq 2018-in ikinci rübündən etibarən artımın ləngiməsini gözlədiklərini bildirib.

Son dövrdəki pul siyasətinin sərtləşdirilməsi və bazar oynaqlığına görə Türkiyə iqtisadiyyatında artımın 4 faiz ətrafına və ya aşağı düşəcəyini nəzərdə tutduqlarını qeyd edən “Morgan Stanley”, “İqtisadiyyatda daha çox ləngimə isə, maliyyə siyasətlərinin 2018-in ikinci yarısındakı istiqamətinə bağlı olacaq” deyib.

Türkiyə üçün 2018-ci il  üzrə ÜDM artımı proqnozunu 4,2 faiz olaraq davam etdirən “Morgan Stanley”, bu proqnoz üçün risklərin açıq şəkildə aşağı yönlü olduğunu vurğulayıb.(Marja.az)

pia.az
Etiket:
loading...