Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə iqtidar-müxalifət qarşıdurması küçələrə daşına bilərmi?


Natiq Miri: ““Hayır” deyən xalqın da səsi mütləq mənada eşidilməlidir”


“Türkiyə müxalifətinin ortaya qoymaq istədiyi şikayətlər və hüquq pozuntuları ilə bağlı hansısa sənədlər, referendumun nəticələrinin ləğv olunmasına gətirib çıxarda bilməz”

Bu sözləri politoloq Natiq Miri dünən Türkiyədə keçirilən referendum seçkilərinin ilkin nəticələrin PİA.AZ-a şərh edərkən deyib. 

Xəbər verdiyimiz kimi dünən Türkiyədə ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendum keçirildi. İlkin nəticələrə görə referendumda bülletenlərin 98 faizi sayılıb. Bülletenlərin 98  faizinin sayılmasından sonra seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.7 faizi əleyhinə səs verib. Referendumda ölkə əhalisinin 84 faizi iştirak edib. Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

Dünən referendumun ilkin nəticələri açıqlandıqdan sonra CHP və HDP nəticələri şübhə altına alıb. Türkiyə YSK-nun rəhbəri belə, seçkilərdə AKP-nin təzyiqləri qarşısında şübhəli səsləri qeydiyyata aldığlarını etiraf edib. Hər hansı bir halda seçkilərin nəticələrinə təsir edə biləcək yeni nəticələrin ortaya çıxması mümkündürmü və bu referendum Türkiyə cəmiyyətinin tamamilə parçalanmasının göstəricisi kimi qəbul oluna bilərmi? İndiki halda bu referendumun nəticələrində şübhələrin yaranması səbəbi ilə Türkiyədə iqtidar-müxalifət qarşıdurması küçələrə daşına bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikirlərini öyrənib.



Natiq Miri: “Bu gündən etibarən Türkiyə yeni bir siyasətlə və çox surətli qərarlarla, önü açıq vəziyyətdə inkişafa doğru irəliləyəcək”.


Natiq Miri qeyd edib ki, Türkiyədə “hayır” və “evet”ə səs verənlərin arasında müqayisə o qədər də çox böyük deyil. Bu baxımdan, bu məsələnin özü hakimiyyətdə olan AKP üçün çox böyük məsuliyyət yaradır. Çünki tərəfdarları qədər, yəni “evet” deyənlər qədər əks tərəfdə duran bir xalq var. Bu xalqın səsi mütləq mənada eşidilməlidir. Buna görə AKP bu məsələdən çox ciddi nəticə çıxararaq, cəmiyyətin bütününü qucaqlayıcı bir siyasət yürütməlidir:

“Əvvəl onu nəzərə almaq lazımdır ki, Türkiyədə keçirilən referendumun nəticələri demək olar ki, bərabər səviyyədə müşahidə olundu. Yəni “hayır” və “evet”ə səs verənlərin arasında müqayisə o qədər də çox böyük deyil. Bu baxımdan mən hesab edirəm ki, bu məsələnin özü hakimiyyətdə olan AKP üçün çox böyük məsuliyyət yaradır. Çünki tərəfdarları qədər, yəni “evet” deyənlər qədər əks tərəfdə duran bir xalq var. Bu xalqın səsi mütləq mənada eşidilməlidir. Buna görə AKP bu məsələdən çox ciddi nəticə çıxararaq, cəmiyyətin bütününü qucaqlayıcı bir siyasət yürütməlidir. Bu siyasətin yürüdülməsi ona görə olmalıdır ki, bundan sonra Türkiyə cəmiyyətində qütbləşmə yaranmasın. Çünki bütöv bir Türkiyə üçün mütləq mənada xalıqn hamısı bilavasitə hakimiyyəti və yeni dəyişiklikləri, yeni siyasi sistemi qəbul etməlidir. Bunun üçün də hakimiyyətin barışdırıcı dialoq və qucaqlayıcı siyasətinə ehtiyac var. Türkiyədə birinci növbədə bu amil vurğulanmalıdır.

Natiq Miri: “Dünənki imtahandan Türkiyə toplumu necə çıxdısa, bundan sonra da gələcək imtahanlardan birləşərək çıxacaqlar”.


Müxalifətin referendum seçkiləri ilə bağlı müəyyən şikayətləri ortaya qoyması və nəticələrlə razı olmaması, həm də referendumun total saxtalaşdırılması haqqında rəy yaratması, mənə elə gəlir ki, bu bilavasitə müxalifətin məğlubiyyətindən doğan siyasi davranışlardır. Çünki “evet” və “hayır” nəticələri arasında 1 milyon 300 min səsə qədər məsafə var. 

Məntəqələrdə çox cuzi olan yanlış addımlar bu miqyasda qətiyyən ola bilməz. Yəni bir neçə məntəqədə qeydə alınan hansısa pozuntular referendumun siyasi nəticələrinə təsir edə biləcək miqyasda deyil. Buna görə mən düşünmürəm ki, müxalifətin ortaya qoymaq istədiyi şikayətlər və hüquq pozuntuları ilə bağlı hansısa sənədlər, referendumun nəticələrinin ləğv olunmasına gətirib çıxarda bilər. Bu mümkün deyil. Çünki əgər “hayır”çıların müəyyən mənada hüququ varsa, ondan da üstün səs verən, yəni 51. 3 səviyyədə səs verən “evet”çilərin də haqqı-hüququ var. 

Bütün bunlara görə mən hesab etmirəm ki, referendumda elə də ciddi total saxtakarlıq olub və bu total saxtakarlıq haqqında Cümhuriyyət Xalq Partiyasının əlində çox ciddi sənədlər var. Söhbət ondan gedir ki, bir neçə möhürlənməmiş bülletinlərin olması, ya da bülletinlərin arxa hissəsinə vurulan möhürün ön hissəsinə vurulması, elə də ciddi problemlər deyil. Bu problemlərlə bağlı da seçki kurulu konkret qərar verdi və möhürsüz bülletinlərin hamısın yetərsiz saydı. Yeri səhv vurulan möhürlü bülletinlərdə isə mahiyyət dəyişmirdir. Yəni səs verən vətəndaş üçün möhürün bülletenin hansı hissəsində olması o qədər də böyük əhəmiyyət daşımır. Müxalifətin dediyi qanun pozuntularından biri də bülletinlərin topa-topa qutulara salınmasıdır. Amma belə faktlar yoxdur. Bütün bunlar onu göstərir ki, nə qədər hüquq pozuntuları olmuş olsa da, bu pozuntular 1 milyon 300 min səs qədər ola bilməz.

Natiq Miri: “Müxalifətin referendumla bağlı nəticələrlə razı olmaması, mənə elə gəlir ki, bilavasitə müxalifətin məğlubiyyətindən doğan siyasi davranışlardır”.


Sadəcə olaraq müxalifət bu məğlubiyyətin siyasi təqdimatını cəmiyyətə verə bilməsi üçün təbii ki, bu cür məsələlərlə etiraz etməlidir. Əslində müxalifətin bu etirazının kiçik əhəmiyyəti var. Yəni həm hakimiyyət, həm də seçim kurulu öz üzərində müəyyən məsuliyyət hiss etsin. Çünki bildiyimiz kimi Türkiyə çox ölkələrdən fərqli olaraq çox gözəl və demokratik seçki keçirdir. Biz də demokratik seçkini bütün günü Türkiyə efirində və məntəqələrində izlədik. Bu da türk toplumu adına çox qürurverici bir hadisədir. Bu baxımdan düşünürəm ki, referendum seçkilərindən sonra Türkiyədə elə də ciddi problemlər olmayacaq. Türkiyə toplumu elə dinakim toplumdur ki, Türkiyə dövləti adına bu həssas bir məqamda çox doğru və strateji qərarı bütün toplum olaraq verə biləcəklər. 

Yəni  dünənki imtahandan Türkiyə toplumu necə çıxdısa, bundan sonra da gələcək imtahanlardan birləşərək çıxacaqlar. Təbii ki, bunun üçün də hakimiyyətin bütün toplumu qucaqlayacaq siyasət yürütməsi lazımdır ki, dünən Türkiyə prezidenti R.T.Ərdoğanın və baş nazir Binəli Yıldırımın çıxışlarında da biz bunu hiss etdik. Türkiyə rəhbərliyi əslində indiki vəziyyətin məsuliyyətini anlayırlar. Bu baxımdan da Türkiyə hakimiyyəti “hayır”çıları itələyici deyil, əksinə birləşdirici və qucaqlayıcı siyasətlə toplumu birləşdirəcək yöndə addımlar atacaqlar. Mən düşünürəm ki, bütün bunların müqabilində Türkiyə qazanacaq və bu gündən etibarən Türkiyə yeni bir siyasətlə çox surətli qərarlarla, önü açıq vəziyyətdə inkişafa doğru irəliləyəcək. İnşallah hər şey Türkiyə üçün xeyirli olacaq”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar