Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə həbslər və işdən çıxarmalar genişlənir


Türkiyədə 15 iyul hərbi çevrilişində qiyamçılarla əlbir olmaqda şübhə edilən 7 mərkəz valisi, 1 vali müavini, 3 rayon icra nümayəndəsi həbs ounub


 Həbs edilənlərin arasında İstanbul valisi Hüseyn Avni Mutlu da var.Hüseyn Avni Mutlu 2010-2014-cü illər arasında İstanbula rəhbərlik edib.

Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, polis keçmiş valini İstanbulda, onun Üsküdardakı evində həbs edib.

Türkiyədə Daxili işlər nazirliyində aparılan təmizləmələr bununla bitməyib. Xatırladaq ki, daha öncə Daxili işlər nazirliyində çalışan 8 min 777 məmur işdən çıxarılıb. Vəzifədən qovulanlar arasında 1 vilayət valisi (Sinop), 29 mərkəz valisi, 52 mülki müşavir, 16 hüquq müşaviri, 246 şöbə rəisi, 1 polis rəisi müavini və 2 departament rəisi var.

Xatırladaq ki, hərbi çevrilişdən sonrakı ilk günlərdə 2745 hakim və prokuror işdən azad olunub. Onlardan bir çoxu həbs olunub. Həbs olunanlar arasında 2 Konstitusiya Məhkəməsi, 5 Məhkəmə və Hüquq Şurası üzvü də var.

Bundan başqa digər nazirliklərdən də “paralel çete” ilə əlaqədə şübhəli bilinən yüzlərlə bürokrat işlərindən azad olunub. Kütləvi işdən çıxarmalara ən çox məruz qalan qurum Təhsil nazirliyidir – 42767 (buraya orta ali və orta təhsil müəssisələrinin müəllimləri də daxildir).

Bundan başqa İnkişaf Nazirliyindən 82, Elm, Sənaye və Texnologiyalar Nazirliyindən 560, İqtisadiyyat Nazirlyindən 15, Ailə və Sosial Siyasət Nazirliyindən 599, Nəqliyyat, rabitə və dənizçilik nazirliyindən 529, Müdafiə nazirliyindən 262, Ətraf mühit və şəhərsalma nazirliyindən 70, Elmi texnologiyalar və rabitə qurumundan 228, TRT-dən 300, Meşə və Su idarəsindən 197, Dövlət hava meydanları idarəsindən 139, Xəzinə idarəsindən 62, Statistika komitəsindən 21, Tütün və Spirt Bazarı Tənzimləmə İdarəsindən 8, Kütləvi yaşayış massivlərinin tikinti idarəsindən (TOKİ) 8, Türksat-dan 29, Radio və Televiziya Şurasından (RTÜK) 29 məmur vəzifədən uzaqlaşdırılıb.

Bundan başqa hərbi çevriliş sonrası Türkiyə Silahlı Qüvvələrinin 6 min 38 hərbçisi həbs edilib.

Onlardan 126 nəfəri general və admiral rütbəsindədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar