Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə dollar 3,60 lirədən aşağı enib


Yaxın vaxtlarda dolların bir qədər bahalaşması mümkündür


Türkiyənin nağd valyuta bazarında ABŞ dollarının məzənnəsi bu gün 3,60 TRY/USD səviyyəsindən aşağı enib. "Report" xəbər verir ki, Türkiyədə dolların məzənnəsi bu il yanvarın 11-də tarixi maksimal səviyyə - 3,9423 TRY/USD-yə qədər yüksəldikdən sonra düşməyə başlayıb. Hazırda maksimal səviyyədən olan azalma 8,6% təşkil edir. Bu ilin minimal səviyyəsi isə yanvarın 2-də qeydə alınıb (3,5243 TRY/USD) və hazırda məzənnə bu səviyyədən 2,1% yuxarıdır. 

"Report"un analitik qrupu bildirir ki, qlobal valyuta bazarında dolların məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Türkiyədə dollar ucuzlaşır. Bu da inkişaf etməkdə olan ölkələrdə dolların məzənnəsinin son zamanlar kəskin artması ilə əlaqədardır.

Analitik qrup hesab edir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması ehtimallarının güclənməsinə baxmayaraq Türkiyədə dolların məzənnəsi bu il sabit qalacaq və əsasən 3,60-3,80 TRY/USD diapazonunda dalğalanacaq. Yaxın günlərdə Türkiyədə dolların məzənnəsinin bir qədər artması və 3,70 TRY/USD-yə çatması mümkündür: "Bu da FED-in martın 14-15-də keçirəcək iclasında uçot dərəcəsini artırması ehtimalları ilə bağlıdır. Daha sonra isə dolların yenidən ucuzlaşacağı gözlənilir".

"Report"un analitikləri Türkiyənin ixrac həcminin artmasının bilavasitə dolların məzənnəsinin artmasına bağlı olmasını nəzərə alaraq dollar üzrə kəskin ucuzlaşma gözləmir. Hazırda isə məzənnə 3,6055 TRY/USD səviyyəsində qərarlaşıb.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar