Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə azərbaycanlı tələbə ürəyindən bıçaqlandı


Türkiyənin Uşak vilayətində iki azərbaycanlı tələbə arasında qanlı insident baş verib


Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Uşak Universitetinin tarix fakültəsində oxuyan Azərbaycan vətəndaşı Royal Cumayev tanışı, Azərbaycan vətəndaşı olan digər tələbə tərəfindən bıçaqlanıb. Yaralı ölümcül vəziyyətdə Uşak Universiteti Tibb Fakülətisinin xəstəxanasına yerləşdirilib. Həkimlərin vaxtında müdaxiləsi sayəsində onun ürəyinin tam dayanmasının qarşısını almaq mümkün olub, daha sonra tələbə əməliyyat edilib.

Xəstəxananın ürək-damar cərrahı Murat Yanar bildirib ki, yaralı xəstəxanaya həyat əlamətləri çox zəif halda daxil olub. Zəruri ilkin yardım tədbirlərinin ardınca o, əməliyyat masasına qaldırılıb. “Xəstənin ölümdən xilas olunması təcili yardım xidməti əməkdaşlarının çevik müdaxiləsi və məni vəziyyət barədə məlumatlandırması sayəsində baş verdi. Xəstənin sol ağ ciyər boşluğundan 3 litrə yaxın qan boşaltdıq. Ürəyin ön divarında bıçaq yarası vardı və həmin sahəni cərrahi işlədik. İki gün reanimasiyada qaldıqdan sonra yaralının vəziyyəti sabitləşdi, ümumi palataya köçürüldü”-cərrah bildirib.

Cumayev deyib ki, əvvəldən tanıdığı tanışı ona zəng vurub, harda olduğunu soruşub. “Yerimi söylədim, görüşdük, çatan kimi qaçaraq üstümə atıldı, həmin an bıçaqlandığımı hiss etmədim. Yanımdakı dostlara “hər şey yaxşı olacaq” dedim, sonrasını xatırlamıram. Gözümü xəstəxanada açdım. Öyrəndim ki, məni həkimlər, tibb personalı həyata qaytarıb, onlara nə qədər təşəkkür etsəm azdır”.

Cumayevi bıçaqlayan tələbə Orxan S. hadisədən sonra polislər tərəfindən yaxalanıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar