Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə azərbaycanlı tələbə döyüldü


Türkiyədə azərbaycanlı tələbə Orxan İbrahimov döyülüb


Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə iki həftə əvvəl azərbaycanlı tələbənin təhsil aldığı Sakarya Universitetində baş verib.

Universitetin Siyasi elmlər fakültəsinin 3-cü kurs tələbəsi olan 27 yaşlı Orxan İbrahimov İqtisadiyyat dərsində müəllimi F. S. tərəfindən təhqirə məruz qalıb.

Azərbaycanlı tələbə yaşanan hadisədən sonra universitetin təhlükəsizlik işçiləri tərəfindən qandallanaraq onların otaqlarına aparıldığını, orada döydüyünü iddia edir.

O bu hadisə ilə bağlı Sakarya Məhkəməsinə də şikayət edib:

"İqtisadiyyat dərsində müəllim F. S. məni və ölkəmi təhqir etdi. Bununla bağlı ali məktəb rəhbərliyinə şikayət etdim. Lakin müəllim mənə böhtan ataraq dəli olduğumu iddia etdi. Sonra da “bu bizi narahat edir" deyə təhlükəsizlik əməkdaşlarını işə qarışdırdı. İki həftə əvvəl mühakiməsiz edama aparan kimi qollarımı bağladılar, otaqlarına aparıb orada döydülər. Mən müxtəlif təhqirlərə məruz qaldım. Məhkəməyə də şikayət etdim, haqqımı tələb edəcəyəm", - deyə O. İbrahimov şikayətində bildirib.

Sakarya Universiteti Rektorluğundan isə hazırda bu məsələ ilə bağlı araşdırma aparıldığını deyiblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar