Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə Maral Akşənər dönəmi başlaya bilər?

Siyasi şərhçi: “İYİ Partiya ətrafında Türkiyə ictimaiyyətində elə bir ciddi gözləntilər yoxdur. Çünki yeni partiyanın nüvəsinin siyasi gücü gözləntilərin altında oldu”


Dövlət Baxçalı prezident seçkilərinin qalibinin, yəni Ərdoğanın koalisiya ortağı olacaqsa, İYİ Partiyanın MHP-dən daha çox HDP-dən səs alacağına inanıram. Bu da ola bilsin ki, İYİ Partiyanın parlamentdə təmsil olunnması üçün yetərli olmasın”.

Bu sözləri Maral Akşənərin yeni yaratdığı İYİ Partiyanın 2018-ci ildə hakimiyyətə gəlmək ehtimalını PİA.AZ-a şərh edərkən “Yenicag.az” xəbər portalının baş redaktoru, Türkiyə üzrə mütəxəssis və siyasi şərhçi Aqil Ələsgər bildirib.

Qeyd edək ki, Türkiyədə “Gezici” araşdırma mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxan nəticəyə görə respondentlərin 23,2%-i Maral Akşənərin qurduğu İYİ Partiyasına səs verə biləcəyini söyləyib. Bununla bərabər Türkiyənin 44,6%-i ölkənin yeni partiyaya ehtiyacı olduğunu düşünür. Bu fikrə qarşı çıxanların sayı isə 45,3%-dir.

Şirkət həmçinin İYİ Partiyanın iştirakı olmadan keçirilə biləcək seçki ilə bağlı da insanların fikrini öyrənib. Sorğuya əsasən belə bir seçki olarsa, əhalinin 47,1%-i AKP-yə, 26,8%-i CHP-yə, 13,5%-i MHP-yə, 9,8%-i isə HDP-yə səs verəcəyini söyləyib.

Sorğuda maraqlı məqam İYİ Partiyanın seçkidə iştirakı ilə bağlıdır. İYİ Partiya seçkiyə qatılacağı təqdirdə sorğuda iştirak edənlərin 43,8%-i AKP-yə, 18,5%-i CHP-yə, 8,8%-i MHP-yə, 19,5%-i İYİ Partiyaya, 7%-i HDP-yə səs verəcəyini bildirib.

Türklərin prezident kimi görmək istədiyi şəxslər siyahısında da böyük dəyişiklik olub. Belə ki, bu siyahıda ilk yeri Rəcəb Tayyib Ərdoğan (47,8%) tutub. Sonrakı pillələrdə isə Maral Akşener (38%), Kamal Kılıçdaroğlu (14,9%), Əhməd Türk (9,4%) qərarlaşıblar.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Yenicag.az” xəbər portalının baş redaktoru, Türkiyə üzrə mütəxəssis və siyasi şərhçi Aqil Ələsgərin filirlərini öyrənib. 

Agil Alesger adlı şəxsin şəkli.

Aqil Ələsgər: “İYİ Partiya parlamentə girərsə, MHP-nin parlamentdən kənarda qalmaq ehtimalı da mümkündür”.


2018-ci ildə Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində bir müddət əvvəl MHP-dən kənarlaşdırılan Maral Akşənərin liderliyi ilə yeni yaradılan İYİ Partiyanın şanslarını PİA.AZ-a dəyərləndirən Aqil Əlsgərə görə seçkidən bir il əvvəl bu tipli sorğuların keçirilməsi daha çox imic formalaşdırmağa xidmət edir. Türkiyə siyasət palitrasına yaxından bələd olan siyasi şərhçinin fikrincə Maral Akşənərin prezident seçkilərində uğurindan danışmağa belə dəyməz və İYİ Partiyanın parlamentə düşmə ehtimalı belə aşağıdır:

““Gezici” araşdırma mərkəzi artıq neçənci dəfədir ki, Ak Partiyasının hakimiyyətdən gedəcəyini, yıxılacağını, CHP-nin hakim partiyaya çevriləcək səs toplayacağı barədə xəbərlər yayır. Türkiyədə çox sorğu mərkəzi var, “Gezici”-də onlardan biridir. Amma “Gezici” araşdırma mərkəzi əksər hallarda proqnozu tutmayan sadəcə adına görə tanınan mərkəzlərdən biridir. Bu araşdırma mərkəzi Maral Akşənrin partiyası ilə bağlı da çox ciddi bir səs-küy qaldırdılar. Ümumiyyətlə partiya elan olunmamışdan öncə reaksiyalar daha böyük idi, nəyinki partiya elan edildikdən sonra. Onu qeyd edim ki, Maral Akşənər partiyasını elan etdikdən sonra, onun Türkiyəyə ciddi nə isə qazandıracağına dair azacıq ümidlər də suya düşdü. Atrıq İYİ Partiya ətrafında Türkiyə ictimaiyyətində elə bir ciddi gözləntilər yoxdur. Çünki yeni partiyanın nüvəsinin siyasi gücü gözləntilərin altında oldu. 

Mən hesab edirəm ki, seçkilərə bir il qalmış hansısa partianın qalib gələ bilməsi haqqında sorğular keçirmək daha çox imic formalaşdırmağa xidmət edir. Keçirilən sorğunun da məhz bu məqsədlə keçirildiyini, yəni gizli təbliğat xarakterli olduğunu düşünürəm. 

Nəzərə almaq lazımdır ki, partiya yarananda onun yeni simaları olur. Məsələn AK Partiya yarandığı zaman mərkəzdən, sağdan olan çox önəmli, hətta ilk dönəmdə soldan Ərtoğrul Gunay kimi önəmli olan isimləri olmuşdu. Amma yeni yaranan partiyada daha çox MHP-dən küsən, narazı olan qruplar var. MHP-də də o qruplar birlikdə olduğu zaman aldıqları səs ortada idi. Yəni MHP 10-15 faiz səs toplaya bilirdi. Bu şəxslərin də yeni bir partiyada 30-25 faiz səs alması ehtimalını mən çox zəif görürüəm. Çünki nəzərə almaq lazımdır ki, bu partiyanın qarşısında Ərdoğan var və Ərdoğanın qatılacağı seçkilərdə bundan əvvəl də bir çox insanlar namizəd olmuşdular. İndi də Maral Akşənrin Ərdoğanı yıxacağı iddia olunur. 

Aqil Ələsgər: “Maral Akşənərin prezident seçkilərində uğurundan danışmağa belə dəyməz”.


Mən bu tipli ehtimallara inanmıram və hesab edirəm ki, nə qədər ki, Türkiyə siyasətində Ərdoğan var o qədər də Türkiyə siyasətində qalib Ərdoğan olacaq. Ərdoğan siyasətdən çəkilməyincə Türkiyənin siyasi mənzərəsində dəyişiklik olmayacaq. Bu mənim qənaətimdir və hesab edirəm ki, Türkiyəsinin siyasi palitrası haqqında danışırkən, bu faktoru nəzərdən qaçırmamaq lazımdır. 

Bu baxımdan indi yaranan İYİ Partiyası ola bilər ki, Ərdoğandan xoşlanmayanları, hətta ona nifrət edənləri öz ətrafına çəkə biləcək. Məsələn soldan, sağdan Ərdoğana qarşı olanlar İYİ Partiyana gələcəklər. Amma mən İYİ Partiyının parlamentə düşmə ehtimalını da zəif görürəm. Hətta o partiya parlamentə düşsə belə, ən yaxşı halda 10-12 fazidən artıq səs almaları imkansız görünür. İYİ Partiya parlamentə girərsə, MHP-nin parlamentdən kənarda qalmaq ehtimalı da mümkündür. Mən düşünürəm ki, İYİ Partiya daha çox MHP və HDP-nin elektrotından səs alacaq. AK Partiya, CHP-dən isə elə də ciddi səs qopara bilməyəcək. 

Amma qarşıda bir il var və bu bir ildə MHP-nin necə bir siyasət sərgiləyəcəyi və kimləri transfer edəcəyi hələ ki, bəli deyil. Bundan başqa prezident seçkilərinə AK Partiya və MHP-nin koalisiya şəraitində getmələri ehtimalı da var və bu olarsa, Dövlət Baxçalının əli güclənəcək. Bu üzdən də Dövlət Baxçalı prezident seçkilərinin qalibinin, yəni Ərdoğanın koalisiya ortağı olacaqsa, İYİ Partiyanın MHP-dən daha çox HDP-dən səs alacağına inanıram. Bu da ola bilsin ki, İYİ Partiyanın parlamentdə təmsil olunnması üçün yetərli olmasın. Maral Akşənərin prezident seçkilərində uğurindan isə danışmağa belə dəyməz”.

Xatırladaq ki, Türkiyədə Milliyyətçi Hərəkat Partiyasından (MHP) ayrılmış Maral Akşənər yeni partiyanı sentyabrın sonunda elan edib. O, İstanbulda 1500-dən çox tərəfdarı ilə görüşdən sonra açıqlamalar verib. Xanım siyasətçi deyib ki, yeni quracaqları partiyada Türkiyənin fərqli ölkələrində səfir işləmiş və hazırda təqaüddə olan Əhməd Ərozan, Tuqay Uluçevik, habelə sabiq nazirlərdən Aydın Tümən və Suat Çağlayan da təmsil olunacaq. Keçmiş deputatlardan Cevhər Cevhəri, Kazım Ataoğlu, biznesmen Gidəm Özər, Tokio Universitetinin müəllimi Əlif Çökdəmir, sabiq polis rəisi Fatih Əryılmaz da Akşənərin yanında yer alıb.

Lakin MHP-nin aparıcı simalarından biri, əslən azərbaycanlı olan eks-deputat, Maral Akşənərlə birlikdə Dövlət Baxçalının yürütdüyü siyasətə qarşı çıxdığına görə MHP-dən xaric edilən Sinan Oğan Maral Akşənərin yaratdığı partiyadan kənarda qalıb. Türkiyə mətbuatına açıqlamasında əslən Sianan Oğan yeni partiya yaradılmasına qarşı çıxıb:

“İMHP-də olacaq dəyişikliklərdən sonra yeni partiya olan İYİ Partiya məntiqsiz olacaq. Niyə? Yeni partiya niyə yaradılıb? MHP-dəki mübarizə uğurlu olsaydı, yeni partiya qurula bilərdimi? 18 mart 2018-də biz MHP-də dəyişiklikləri gerçəkləşdirəcəyik. Dəyişikliklər olsa, yeni partiyaya gedən dostlar geri dönəcəklərmi? Əlbəttə, MHP-yə geri dönəcəklər. MHP bu dəyişikliklərdən sonra iqtidara doğru can atan partiya olacaq. Dostlarımız geri dönəndən sonra yeni partiyanın anlamı qalmayacaq”.

Qeyd edək ki, Maral Akşənər Türkiyə siyasətində uzun illərdir ki, fəaliyyət göstərir. 90-cı illərin sonlarında o, Tansu Çillərin hökümətində Daxili İşlər naziri postunu tutub. Daha sonra isə MHP-də siyasi fəaliyyətini davam etdiriib. Ərdoğana qarşı müxalif siyasətçilərdən biri kimi tanınb. Bu üzdən də davamlı olaraq MHP başqanı Dövlət Baxçalının yürütdüyü siyasətə qarşı çıxıb. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar