Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə Atatürkə olan münasibət yumşalıb


Elə tarixi şəxslər var ki, onların şəxsiyyətinə və irsinə, xidmətlərinə hər zaman xüsusi münasibət olub. Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürk də onlardan biridir. Məhz bu səbəbdən ölkəmizdə də uzun müddətdir, Atatürk Mərkəzi fəaliyyət göstərir


Digər tərəfdən zaman-zaman Atatürk haqqında fərqli fikirlər də səsləndirilir. Maraqlıdır, hazırda Türkiyədə Atatürkə olan münasibət əvvəlki illərlə müqayisədə necədir?

Bununla bağlı Azərbaycandakı Atatürk Mərkəzinin rəhbəri, deputat Nizami Cəfərov Modern.az-la düşüncələrini bölüşüb:
“Mənə elə gəlir ki, Atatürkə münasibət müəyyən qədər loyallaşır. Yəni onun Türkiyə Cümhuriyyətinin banisi, müasir Türkiyə dövlətinin yaradıcısı kimi  mövqeyini getdikcə daha yüksək qiymətləndirməyə başlayırlar.
 
Xüsusilə  son illərki hadisələrdən sonra bu proses daha da sürətlənib. Fətullahçı Terror Təşkilatının hərəkatı, ölkənin qanuni hakimiyyətinə qarşı çıxan aqressiv iddialar göstərdi ki, Atatürkə, onun ideologiyasına, qurduğu dövlətə, idarəçilik üsullarına və ümumiyyətlə o tarixə böyük hörmətlə yanaşmaq  lazımdır. Çünki o tarix  Türkiyə Cümhuriyyətinin bu günündə iştirak edir. Bu mənada düşünürəm ki, əvvəlki dövrlərdə Atatürkə qarşı özünü göstərən  müəyyən gərginliklər tədricən aradan qalxır”.
 
N.Cəfərov Azərbaycandakı  Atatürk Mərkəzinin fəaliyyətindən, digər ölkələrdəki mərkəzlərlə əlaqəsindən də söz açıb:
 
“Əvvəlki zamanlarda, yəni Atatürk mərkəzi yeni yaranan vaxt digər mərkəzlərlə əlaqə  daha sıx idi. Sonrakı vaxtlarda bu münasibətlər gücləndi. Lakin son dövrlərdə münasibətlərdə bir qədər soyuqluq yarandığını etiraf etmək lazımdır.
 
İndi tədricən münasibətlər düzəlir. Türkiyədəki Atatürk mərkəzlərində müəyyən fərqli baxışlar var. Bizi əsas  dövlət səviyyəsində, dövlətin birbaşa nəzarəti altında olan mərkəzlərlə, xüsusilə “Atatürk Kültür, Dil və Tarix Qurumu”,  “Atatürk Kültür Qurumu”, “Atatürk Araşdırma Mərkəzi” ilə   münasibətlər daha çox maraqlandırır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar