Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə Atatürk ilkelərindən kənar yeni dövlət sisteminin formalaşdırılması prosesi gedir?


Arzu Nağıyev: “Referendumdan sonra yəqin ki, Türkiyənin dövlət sistemində müəyyən yeniliklər olacaq”


Zaur Məmmədov: “Biz yaxın vaxtlarda Türkiyədə sistem dəyişikliklərinin şahidi olacağıq”.

Xəbər verdiyimiz kimi, Türkiyə parlamenti hakim Ədalət və İnkişaf Partiyasının irəli sürdüyü konstitusiya dəyişikliyi paketini müzakirə edir. Konstitusiyaya əsas dəyişiklik Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidi və baş nazir postunun ləğv edilməsini nəzərdə tutur. Layihə, həmçinin, prezidentə partiya üzvlüyünü saxlanılmasını, qanunverici və icra səlahiyyətlərinin genişləndirilməsini, habelə Nazirlər Kabinetini formalaşdırmaq hüququnun verilməsini nəzərdə tutur. Prosedura uyğun olaraq, dəyişikliklərin ratifikasiyası üçün ikinci səsvermə keçirilməlidir. Layihə parlament tərəfindən qəbul olunduqdan sonra  ümummilli səsverməyə çıxarılacaq. Referendumun 2017-ci ilin yazında keçirilməsi mümkündür.

Bu dəyişikliklər referendumda səs çoxluğu qazandığı halda Türkiyədə Atatürk ilkələrindən kənar yeni dövlət sisteminin formalaşması mümkündürmü?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Azru Nağıyevə və Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədova müraciət edib.

Image result for arzu naghiyev
Arzu Nağıyev: “Hökumət artıq parlamentdə etimad səsi almayacaq”.


Politoloq Arzu Nağıyev bildirib ki, əsas  məsələ odur ki, dəyişikliklər baş tutarsa, prezident  ölkəyə və dövlətçiliyə tam nəzarət etmək hüququ qazanacaq. Türkiyədə baş verən son olaylarda isə bu vacib amillərdən biridir:

“Yəqin ki,  parlamentin qəbul etdiyi dəyişiklər paketindən sonra yazda referendum keçiriləcək. Təklif edilən dəyişilkiklərə görə  Baş nazir postu ləğv edilir və Prezident in səlahiyyətləri artırılır və parlamentə deputatlar artıq 25 deyil, 18 yaşından seçilirlər. Eyni zamanda deputatların sayı əhalinin sayı artdığı üçün 550-dən 600-ə qaldırılması da nəzərdə tutulur. Düşünürəm ki, belə bir islahatın keçirilməsi  cənab Ərdoğanın ilk dəfə birbaşa, xalqın səsi ilə prezident seçilməsi ,yəni 2014-cü ildən gündəmə gəldi. İndiki sistemə görə Türkiyədə seçkilər keçirilir və seçilən deputatlar hökuməti qururlar. Təklif olunan sistemdə isə seçicilər lideri seçir və həmin lider parlamentdən asılı olmayaraq hökuməti qurur. Belə bir hökumət artıq parlament tərəfindən etimad səsi almayacaq. Yəni Prezident tam şəkildə öz nəzarətini həyata keçirə biləcəkdir. Məsələn, universitet rektorunun təyinatında universitet tərəfindən üç namizəd irəli sürüləcək, prezident onlardan birini təyin edəcəkdir.

Arzu Nağıyev: “Əsas  məsələ odur ki, prezident  ölkəyə və dövlətçiliyə tam nəzarət etmək hüququ qazanacaq”.


Təbii ki, belə reforma keçiriləcək referendumdan sonra kimin necə reaksiya verdiyini göstərəcək. Düşünürəm ki, Türkiyə çoxsaylı partialardan ibarət dövlət olduğundan kimsə bunu  insan haqları prizmasından təhlil edəcək, digərləri bunu vaxtında atılan addım kimi qiymətləndirəcək. Əsas  məsələ odur ki, prezident  ölkəyə və dövlətçiliyə tam nəzarət etmək hüquq qazanacaq. Türkiyədə baş verən son olaylarda isə bu vacib amillərdən biridir. Təbii ki, bunun nə dərcədə effektli olduğunu gələcək göstərəcəkdir.

Məlumdur ki, bu gün Türkiyə vətəndaşlarını birləşdirən ümumi meyar dövlətçiliyin qorunmasıdır, baxmayarq ki, vətəndaşlar arasında ikitirəlik də mövcuddur. Bunlar Prezident Ərdoğanın siyasətini dəstəkləyənlər, digərləri isə sosial demokratlardır. Bir daha qeyd etmək lazımdır ki, iyul hadisələri vaxtı hər iki  düşərgə məhz dövlətçiliyi dəstəklədi.

Yeni dövlət sisteminin yaranmasına gəldikdə isə təbii ki, referendumdan sonra yəqin ki, onun formalaşmasında müəyyən yeniliklər olacaqdır və təbii ki, konstitisiyada aprılacaq dəyişilkilərdə buna aiddir”.

Image result for zaur məmmədov müsahibə pia.az

Zaur Məmmədov: “Konstitusiya dəyişikliyi öncəsi qardaş ölkədəki siyasi konfiqurasiyaya baxanda, vəziyyətin Ərdoğanın tərəfində olması açıq-aşkar görünür”.


Məsələ ilə bağlı PİA.AZ-a danışan politoloq Zaur Məmmədov isə hesab edir ki, nəzərdə tutulan konstitutsiya məsələləri hakimiyyətin tarazlığı prinsipini  bir siyasi instituta doğru yönəldir:

“Türkiyədə AKP iqtidarı tərəfindən təklif olunan və son bir ildə müzakirə predmeti olan Konstitusiya dəyişikliyi ilə bağlı artıq parlamentdə müzakirələr gedir. Konstitusiyada əsas dəyişikliklərə toxunmazdan əvvəl onu vurğulamaq lazımdır kı, tarixi praktika göstərir ki, dövlətlərin müxtəlif böhranlar keçirdikləri vaxtlarda  hakimiyyətin bir əldə cəmləşməsi effektiv olur. Mövcud vəziyyətdə Türkiyədə güclü vertikal hakimiyyətin bərqərar olması bu istiqamətdən baxarkən məqsədəuyğundur. Xarici qüvvələr, istər ABŞAvropa, istər Rusiya və yaxud Yaxın Şərq ölkələri tərəfindən qarışdırılan Türkiyə çətin bir sınaq qarşısındadır.

Konstitusiya dəyişikliyə öncəsi qardaş ölkədəki siyasi konfiqurasiyaya baxanda,vəziyyətin Ərdoğanın tərəfində olması açıq-aşkar görünür. AKP-nin əsas rəqibi olan CHP-nin Türkiyədəki siyasi proseslərə təsir imkanı o qədər də istədikləri kimi deyil. CHP bu vəziyyətdə ilk olaraq təbii ki özünü günahlandırmalıdır. 

MHP-  yə gəldikdə isə, Dövlət Baxçalı artıq bir neçə ildir ki, partiyada liderliyin yaxasından bərk yapışaraq sükanı kiməsə vermək fikrində deyil. Konstitusiya dəyişiklikləri ilə bağlı MHP də fikir ayrılıqlarına baxmayaraq bu partiya Konstitusiya dəyişikliklərinin lehinə səs verəcək. Bugün Bahçalı çox böyük pressinq qarşısındadır və demək olar kı, milliyətçilərin böyük hissəsi onu dəstəkləmir.

O ki qaldı, HDP-yə, ümumiyyətlə terroru dəstəkləyən partiyanın məclisdə yer alması dünyada analoqu olmayan bir hadisə idi. Onların məclisdə verilən hər hansı bir qərara təsiri minimumdur.

Beləliklə, biz yaxın vaxtlarda Türkiyədə sistem dəyişikliklərinin şahidi olacağıq. Türkiyə xalqı da bu dəyişikliyin tərəfindədir. O ki qaldı, dəyişikliklərin özünə, məsələni tədqiq edən biri kimi  deyə bilərəm  ki, ümumillikdə söhbət parlamentli respublikadan – güclü prezidentli respublikaya keçiddən gedir. Prezidentli respublikanın nə olduğunu bilməyən türk cəmiyyəti üçün bu bir qədər qəribə görünür. Lakin, bugün dünyanın bir çox ölkələrində prezidentli sistem mövcuddur.

Eyni zamanda qeyd etmək yerinə düşər ki, AKP tərəfindən təklif edilən prezidentli sistem modeli heç də ABŞ və ya xut Fransa modeli deyildir. Əgər birinci ölkədə, vitseprezident həm də yuxarı palatanın sədridirsə, ikinci dövlət ümumiyyətlə qarışıq sistemli bir dövlətdir. Fransada Prezident ümumi məsələlər ilə və xarici siyasət ilə məşqul olduğu halda, baş nazir daxili siyasətə cavabdehdir. Yeni qəbul olunacaq türk konstitusiyasında isə, Baş nazir ümumiyyətlə yoxdur, nazirlər isə prezident tərəfindən birbaşa təyin olunacaqlar. Eyni zamanda nazirlər  yalnız prezident qarşısında cavab verəcəklər. Prezidentin müxtəlif səbəblərdən  vəzifəsini icra edə bilmədiyi vatxda isə onu prezidentin köməkçisi əvəzləyəcək. Hakimiyyətin tarazlığı prinsipi göründüyü kimi  bir siyasi instituta döğru yönəlir. 

Prezident və parlament seçkilərinin bir gündə keçirilməsi( bu İsraildə də belədir), prezidentin mütləq çoxluq ilə seçilməsi, parlamentin vaxtının prezident institutu kimi 5 ilə qədər artırılması, deputatların yaş senzinin 25 dən 18 yaşa endirilməsi, 550 deputat sayının  600 -ə qaldırılmasından söhbət gedir.

Nə deyə bilərəm? Xeyirli olsun. Ümid edirəm ki, Türkiyə tez bir zamanda indiki bəlalardan qurtararaq, sabit bir ölkəyə çevriləcək”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar