Türkiyənin təhlükəsizlik qüvvələrinin İstanbulda eyni vaxtda 14 ünvanda keçirdiyi antiterror əməliyyatı nəticəsində terror aktı törətmək hazırlığında olan 8 şübhəli şəxs saxlanılıb
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, həbs edilən şəxslər İŞİD terrorçu qruplaşmasının üzvləridir. Bildirilir ki, yaxalanan şəxslər terrorçu-kamikadze təlimi keçiblər. Dəstəyə daxil olduğu ehtimal edilən digər 3 nəfərin axtarışına başlanılıb.
pia.az