Türkiyədə axtarışda olan Türkiyə vətəndaşı Mingəçevirdə tutulub
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə vətəndaşı Ferruh Turkis tutulub.
F.Turkisin barəsində Türkiyə Cəza Qanunun bir neçə maddəsi ilə axtarış elan edilib.