Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və İraqın aparacağı birgə əməliyyat və yeni müharibə...


Politoloq: “Terrora qarşı mübarizə sahəsində Türkiyə-İraq əməkdaşlığı ilk növbədə hər iki ölkənin ərazi bütövlüyü baxımından olduqca böyük əhəmiyyətə malikdir”


PKK ötən ilin sonlarından İraqın Şimalında Qəndil bölgəsində öz hakimiyyətini elan edib. Heç şübhəsiz ki, bu, İraqın ərazi bütövlüyünə birbaşa təhlükədir”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Şimali İraqda PKK terror təşkilatına qarşı birgə keçirilməsi planlaşdırılan əməliyyatla bağlı Ankara və Bağdad arasında aparılan danışıqları PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Şimali İraqda PKK terror təşkilatına qarşı birgə keçirilməsi planlaşdırılan əməliyyatla bağlı Ankara və Bağdad arasında aparılan danışıqların bəzi detalları məlum olub. Belə ki, 7 aydır davam edən danışıqlarda Sincardakı yeddi və Mahmur bölgəsindəki bir düşərgəyə qarşı əməliyyatın keçirilməsi qərarlaşdırılıb. İyun ayında keçirilməsi planlaşdırılan əməliyyat iki ölkənin ilk birgə əməliyyatı olacaq. 

Gözlənilən əməliyyatla bağlı Ankara ilə Bağdad arasında 7 görüşün keçirildiyi bildirilir. Məlumata görə, türk səlahiyyətliləri PKK-nın Qəndil dağlarından Suriyaya uzanan lojistik xətti və 7 keçid nöqtəsi barədə məlumatları iraqlı həmsöhbətləri ilə paylaşıb. Aparılan danışıqların sonunda Sincar bölgəsindəki 7 düşərgə, həmçinin təşkilatın keçən il qurduğu, Qəndil və Suriya arasında əhəmiyyətl lojistik mərkəz olan Mahmur düşərgəsinin 6 kilometrliyində yerləşən düşərgəyə qarşı əməliyyata iyun ayında başladılması barədə razılıq əldə edilib. Beləliklə, İraq sərhədləri daxilindəki 8 düşərgə əsas hədəf olacaq. 

Türkiyə və İraqın aparacağı birgə əməliyyatlar və  bölgədə Türkiyə-İraq əməkdaşlığının perespektivləri ilə bağlı nə demək olar? Bu əməkdaşlıq hər iki dövlətin geostrateji maraqlarına nə qədər xidmət edir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Related image

Nəzakət Məmmədova: “İraq hökuməti Bəşər Əsəddən fərqli olaraq Türkiyənin öz ərazisində terrorçulara qarşı müharibə aparmasına etiraz etmir, əksinə bunun öz ərazi bütövlüyü və təhlükəsizliyi üçün son dərəcə vacib olduğunu başa düşür”.


Şimali İraq Kürd Muxtariyyəti ilə PKK arasında dərin uçurumun olduğunu və Türkiyənin də bu amildən uğurla istifadə etdiyini qeyd edən politoloq Nəzakət Məmmədova PİA.AZ-a açıqlamasında əlavə edib ki, Bərzaninin referendum avantürasından sonra Türkiyənin İraqdakı mövqeləri bir xeyli zəifləyib. İranın isə əksinə, mövqeləri güclənib:

““Fərat qalxanı” və Afrin əməliyyatlarından sonra Türkiyə və İraqın Sincanda PKK-ya qarşı birgə mübarizəsi məsələsi daha real bir şəkildə müzakirə olunmağa başlayıb. Türkiyə PKK/PYD-nin İraqın şimalına keçib orada möhkəmlənməsindən narahat olduğu kimi, İraq da eyni dərəcədə bu təşvişi bölüşür. Odur ki, bu iki ölkənin PKK-ya qarşı ortaq mübarizə aparması anlaşılandır. 

Prezident Ərdoğan da İraqən baş naziri Heydər al-Abadi ilə görüşündə “İraqda, Sincarda və Kandildə PKK-ya qarşı ortaq mübarizədə varıq”, demişdi. Hətta Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu həm İraqdakı, həm Afrindəki əməliyyatlarla bağlı “heç kəsdən qorxmuruq. Ölsək də, bir dəfə ölərik”, ifadəsini dilə gətirmişdi. Burda əlbəttə ki, söhbət yenə də, Türkiyənin hazırda Yaxın Şərqdə terrorun vahid dəstək gücünə çevrilmiş ABŞ-la qarşı-qarşıya gəlməsindən gedir.

PKK ötən ilin sonlarından İraqın Şimalında Qəndil bölgəsində öz hakimiyyətini elan edib. Heç şübhəsiz ki, bu, İraqın ərazi bütövlüyünə birbaşa təhlükədir. Eyni zamanda, Türkiyə üçün də nə qədər böyük təhdid olduğunu deməyə gərək yoxdur. Bununla belə, PKK İranla sərhəddə baza yaradıb və İranla terror təşkilatı arasında gizli razılaşmanın olduğu barədə məlumatlar var. Ona görə də hazırkı mərhələdə İranın PKK-ya qarşı mübarizədə iştirakı istisna edilir. Hətta İran İraqdakı nüfuzundan istifadə edərək buna mane olmağa çalışa bilər. 

Türkiyənin PKK-ya qarşı mübarizədə İraqdakı əsas müttəfiqi əslində Bərzani idi. Lakin Bərzani referendum məsələsində israr etməklə və Türkiyə ilə münasibətləri korlamaqla, həm öz siyasi fəaliyyətində iflas durumuna düşdü, həm də Türkiyə kimi dəyərli müttəfiqini itirdi.

Nəzakət Məmmədova: “Söhbət yenə də, Türkiyənin hazırda Yaxın Şərqdə terrorun vahid dəstək gücünə çevrilmiş ABŞ-la qarşı-qarşıya gəlməsindən gedir”.


Çünki Şimali İraq Kürd Muxtariyyəti ilə PKK arasında dərin uçurum var və Türkiyə bu amildən uğurla istifadə edirdi. Lakin Türkiyənin Bərzaninin referendum avantürasından sonra İraqdakı mövqeləri bir xeyli zəifləyib. İranın isə əksinə, mövqeləri güclənib. İran, həm də Türkiyənin Suriyadakı əməliyyatlarına qarşı çıxır. Buna görə də Türkiyənin yeganə müttəfiqi İraq hökuməti qalır.

Onu da qeyd edim ki, İraq hökuməti Bəşər Əsəddən fərqli olaraq Türkiyənin öz ərazisində terrorçulara qarşı müharibə aparmasına etiraz etmir, əksinə bunun öz ərazi bütövlüyü və təhlükəsizliyi üçün son dərəcə vacib olduğunu başa düşür. Ona görə də Türkiyəyə hərtərəfli dəstək verməyə hazırdır. Ola bilsin ki, Türkiyə yaxın zamanlarda Afrin əməliyyatlarını yoluna qoyub, İraqda PKK-ya qarşı antiterror müharibəsinə başlasın.

Terrora qarşı mübarizə sahəsində Türkiyə-İraq əməkdaşlığı ilk növbədə hər iki ölkənin ərazi bütövlüyü baxımından olduqca böyük əhəmiyyətə malikdir. Eyni zamanda, bəzi böyük dövlətlərin və onların himayə etdiyi terror təşkilatlarının regionda sıxışdırılıb çıxarılmasında böyük rol oynaya bilər. ABŞ-da son vəzifə dəyişikliyinin, dövlət katibinin kəşfiyyat rəhbəri ilə əvəz olunmasının səbəblərindən biri də bu ola bilər ki, Türkiyənin Suriyada və İraqda ABŞ-ın himayə etdiyi terrorçuları sıxışdırmasına qarşı daha  ciddi tədbirlər görülsün”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar