Xəbər xətti

11 DEKABR

15:19 Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

15:15 Ramil Usubovdan yeni təyinat

15:11 Türkiyənin məşhur mükafatı Röyanın oldu

15:08 “Moldovada Xocalı soyqırımı qurbanlarına abidə qoyulacaq”

15:06 Saakaşvili: “Hərbi əsirəm”

15:02 Nazir: “Tarixi əşyalara yeni baxış formalaşmalıdır”

14:58 Qızcığaz

14:55 Məşhur türk rejissor aktyor tərəfindən öldürüldü

14:51 OPEC+ anlaşması iyunda dayandırıla bilər

14:47 “Əl-Cəzirə” qəzeti ümummilli lider Heydər Əliyevdən yazıb

14:42 Yaddaşsızlığın səbəbi nədir?

14:36 Sabahın hava proqnozu

14:31 Əkrəm Həsənov: “Palata banklara xəbərdarlıq etməlidir”

14:27 Sabah Bakıda bu yollar bağlı olacaq

14:22 Rusiya və onun dostları ABŞ dollarını necə məhv etmək istəyirlər?

14:17 Vladimir Putin Suriyaya səfər edib

14:13 İŞİD üzvü olan 6 min nəfər Afrikaya qayıda bilər

14:10 Qiyməti təsdiqlənmiş dərmanların siyahısı yayılıb

14:06 Tehrandan Ər-Riyada barış şərti

13:59 NATO: “Rusiya Bakı və İrəvana bilərəkdən ziddiyyətli siyasi mesajlar göndərir”

13:55 Yalçın Topçu: “Türkiyə bu məsələdə Azərbaycanın yanındadır”

13:51 ABŞ-ın “Böyük Mərkəzi Asiya” layihəsi - Təhlil

13:45 Nazirin ixtisaslı kadr bəhanəsi: İş var, işçi yox

13:26 Erməni deputat Qarabağda qəzaya düşdü

13:22 Xoşqədəm ölən qardaşı qızından yazdı

13:19 Misirdə 3500 illik mumiya aşkar edilib

13:15 Saakaşvili məhkəməyə gətirilib

13:12 Məşhur futbolçular oyundan sonra dalaşdılar

13:07 Əli Həsənovun nəvəsi barədə qərar verilir

13:03 ABŞ terrorçu PKK-nın Suriyadakı qoluna yarım milyard dollar ayırıb

12:59 Ağır atletika üzrə yığmanın baş məşqçisi istefa verdi

12:56 Ölkədə fiziki qüsurlu doğulan körpələrin sayı açıqlanıb

12:51 Prezident İlham Əliyev: “Rusiya ilə parlamentlərarası əməkdaşlıq genişləndirilməlidir”

12:47 Jirinovskidən Trampın Qüds qərarına reaksiya

12:44 Bu marşrut xəttinin hərəkətində dəyişiklik edilib

12:42 Qüds məsələsinə görə Azərbaycan-İsrail münasibətlərində gərginlik gözlənilirmi?

12:39 Nəsimidə “Ümummilli Lider Heydər Əliyev və qadın siyasəti” mövzusunda tədbir keçirilib

12:36 İran növbəti tələbə hərəkatına hamilədir

12:32 Kazuo İşuquro diplom və medal aldı

12:27 Hacı Məmmədovun bacısı: “Nəyinizə lazımdır Hacının qəbri?”

12:24 Elnur Əliyev “Qoruq siyasəti” ilə özünü kimdən qoruyur?

12:18 Bizim qızlar da 16 yaşında hamilə qalsaydı

12:15 Ramil Səfərov polkovnik-leytenant oldu

12:11 Bu il 13 bank filialı bağlanıb

12:07 Ən şirin mütaliə

12:04 Gənc oğlan metroda qatar relsinə yıxılıb

12:00 Keçmiş nazir müavininin yaxın qohumu 5 milyonu hardan tapdı?

11:52 Nazir: “Əlillərin işlə təminatında problemlər var”

11:48 “Bir az mədəni olsunlar, tərbiyəsizlik etməsinlər”

11:44 Ağa Cəfərli: “Xəyanət etməyin”

11:40 Bank sektorunun cəmi aktivləri azalıb

11:36 “Qaçqınkom” xarici ölkələrin Bakıdakı diplomatik nümayəndələrini Tərtərə apardı

11:32 Qəbələ sakini özünü bıçaqladı

11:31 “Monopoliya naziri” hər il Azərbaycana nə qədər ziyan vurub?

11:29 Heyva çəyirdəklərinin faydaları

11:26 NATO Kremlin Bakıya və İrəvana qarşı “3 C” siyasəti haqda

11:22 Rusiya Dövlət Dumasının nümayəndə heyəti İlham Əliyevin qəbulunda

11:19 Şəkidəki qəzada yaralanan 4 hərbçidən biri vəfat etdi

11:15 Azərbaycanda ombudsman postuna layiqli namizəd tapılmır, yoxsa...

11:12 Bacısının ərini və qayınatasını güllələdi

11:08 2018-ci ilin trend olacaq rəngi müəyyənləşdi

11:04 Belarus Azərbaycanda ticarət evi açmaqda maraqlıdır

11:00 Neft ucuzlaşdı

10:56 İş adamı sevgisinə qarşılıq verməyən 3 uşaq anasını öldürdü

10:52 “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara həmkarlarımı cəlb edəcəyəm”

10:49 Erməni hərbçi qəza törətdi: 1 ölü

10:42 “Hakimiyyətin öz daxilində də böyük müxalifət formalaşmaqdadır”

10:37 Bakıda gənc oğlan “beşbarmaq”la döyüldü

10:33 Bakı-Quba yolunda qəza: yaralılar var

10:28 Andre Villie: “Təzyiqlər məni Azərbaycana daha da yaxınlaşdırdı”

10:24 Ekspertlərin 2018-ə ehtiyatlı Qarabağ proqnozları

10:20 Messi daha bir rekorda imza atıb

10:16 Siyəzəndə sürüşmə: 50 evdə çat əmələ gəlib

10:12 Putinin Türkiyə səfərinin proqramı məlum oldu

10:09 İlhamə Quliyevanın oğlunun həbsinin yeni detalları

10:05 Elxan Şahinoğlu: “Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir”

9:58 “Seçkilərdə prezidentliyə namizədliyimi verəcəyəm”

9:54 Şirvan şəhərində yaşayış evində yanğın olub, ölən var

9:50 Amerika xristianları Trampın Qüds qərarını niyə dəstəkləyirlər?

9:46 Cəbhədə atəşkəs 117 dəfə pozulub

9:42 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

9:38 Xarici diplomatlar və əcnəbi KİV nümayəndələri Tərtərə gəlib –Prezidentin göstərişi ilə

9:34 Bayram ərəfəsi bazara keyfiyyətsiz ərzaq malları çıxarıla bilər

9:30 Röya “Altın Kelebek“ə sahib oldu - Video

9:26 Azərbaycanın bank sektorunun balans kapitalı 3,1 mlrd. manatdır

9:22 Palata: Bank sektoru mənfəətliliyini qoruyur

9:17 Bakıda yeniyetməyə 3 bıçaq zərbəsi vurulub

9:13 Əfqanıstan Yaxın Şərqdən Mərkəzi Asiyaya qapı olacaqmı? - Təhlil

9:09 Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiası

9:05 Tərtərdə ağır yol qəzası baş verib

10 DEKABR

22:00 Süni intellektə malik holoqram təqdim edilib

21:57 Kim Çen: “Belə bir dövlət tanımıram”

21:49 Səidə Natavanla Dadonun boşanmasından danışdı

21:38 İlyasov: “Rusiya çox doğru mövqe sərgiləyir”

21:22 Azərbaycanın fındıq bağları təhlükə altındadır

21:15 Şəkidə yaralanmış hərbçilər hospitala göndərilib

21:03 Ramiz Məmmədov: “Biz Nostradamus deyilik”

20:57 Saakaşvili baş prokuroru məhkəməyə verdi

20:44 Salyanda yol qəzası: yaralılar var

20:37 Cocuq Mərcanlıda gün ərzində 1,30 hektar ərazi tam təmizlənib

20:29 Qətər: “İsrailin bu addımı çirkin cinayətdir”

20:16 Ruhani yeni büdcənin layihəsini təqdim etdi

20:04 Avropanın ən bahalı 20 gənc futbolçusu - Siyahı

19:57 Saakaşvili tərəfdarlarının mitinqi sona çatdı

19:42 Ərdoğan Trampa meydan oxudu

19:39 Sülh üzrə Nobel mükafatının təqdimetmə mərasimi keçirilib

19:25 Rusiyadan Azərbaycana gələn qatarlara yeni hərəkət qrafiki tətbiq edilib

19:13 Mingəçevirdə mənzildən qadın meyiti tapılıb

19:07 Əncirin faydaları

18:55 Tahir İmanov: “İlham Əliyevin konsertlərimizə gəlməməsinin səbəbini bilmirəm”

18:47 Söyün Sadıqovla Saakaşvilinin işbirliyi barədə müdhiş iddialar

18:38 “O mesajı dəfələrlə dinlədim”

18:24 Hindistanda polis öz həmkarlarına atəş açıb

18:11 Əzgilin faydaları

18:05 Avropanın ən kasıb ölkələri müəyyən edilib

17:59 Tanınmış rejissorun metroda səhhəti pisləşdi

17:54 Yağan güclü qar hava limanlarının işini iflic etdi

17:48 Ölkəmizdə “Formula-1” azarkeşlərinin sayı artıb

17:42 İranda qar uçqunu: 9 alpinist öldü

17:36 Türkmən prezident 4 nazirlə vidalaşdı



GÜNDƏM

...

Türkiyə və ABŞ-ın ortaq layihəsi: Fərhad Əliyevin Azərbaycana qayıdışının pərdəarxası

Tarix 16.05.17, 16:58

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə və ABŞ Fərhad Əliyevi Azərbaycan hakimiyyətinin əsas alternativi olaraq görür; Fərhad Əliyev MKİ-nin önəmli simalarından olan Henri Barkeylə hansı bağlantıları var; Bilal Ərdoğan niyə Fərhad Əliyevin ortağına çevrilib…


Bəzi iddalara görə həbsdən azad olunduqdan sonra Azərbaycandan kənarda biznesini genişləndirən Fərhad Əliyevin Azərbaycana böyük sərmayə yatırmasının və özünün də ölkəyə qayıtmasının arxasında böyük siyasi hesablar dayanır.

Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin ölkəyə qayıtması və biznesə başlaması barədə yayılan xəbərlər ölkə gündəmini zəbt edib. Sabiq nazirin Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Alco Lubricant Company” şirkətinin sahibi olduğu deyilir. Fərhad Əliyevin Sumqayıt Kimya Sənaye Parkının ərazisində 2,5 ha torpaq sahəsində sürtgü yağları istehsal edən zavodun tikintisinə başladığı artıq rəsmən təsdiqlənib. 

İddia olunur ki, Fərhad Əliyevin Azərbaycana qayıdıb bizneslə məşğül olmasını Azərbaycan prezidentin İlham Əliyevdən məhz Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xahiş edib. Ərdoğan oğlu Bilal Ərdoğanı isə Fərhad Əliyevə şərik qoşub və bununla da yatırılan sərmayəni və Fərhad Əliyevin təhlükəsizliyini sığortalayıb. Mənbə bildirir ki, Bilal Ərdoğanın Fərhad Əliyevə şərik edilməsini Mərkəzi Kəşfiyyat İdarəsi istəyib və ABŞ-ın bölgədəki uğurlu layihələrinin və planlarının başarılı icraçısı olan Ərdoğan təbii ki, patronlarının bu addımına qarşı çıxmayıb.

Ərdoğana bu göstəriş Graham Fullerdən sonra ABŞ-ın Yaxın və Orta Şərq layihələrindən sorumlu olan Henri J. Berkey tərəfindən verildiyi bildirilir. Qaynağımızın iddiasına görə, Fərhad Əliyevin özü də Mərkəzi Kəşfiyyat İdarəsinin önəmli simalarından olan Henri Barkeylə təmasları qeydə alınıb. Fərhad Əliyevin Azərbaycana qayıtmasının pərdə arxasında isə ABŞ-ın və Türkiyənin ortaq strateji maraqları dayanır. 

Bu barədə cumhuriyyet.az saytına daxil olan məlumatda bidirilir. Hər şeydən əvvəl ABŞ-da İlham Əliyev hakimiyyətini Rusiyaya qarşı təminatlı tərəfdaş kimi qəbul etmirlər və bu üzdən də Fərhad Əliyevin Azərbaycana qayıdışı Vaşinqtonun və Ankaranın Rusiyaya qarşı ehtiyat karta olan ehtyacdan doğan zərurətdir. Mənbə onu da qeyd edir ki, Fərhad Əliyevin Bakıda təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın və Türkiyənin əlində kifayət qədər təsir imkanları var. Ona görə də Fərhad Əliyev ona verilən bu təmnata tam güvənərək Azərbaycvana qayıdıb. Və ardtıq demək olar ki, Fərhad Əliyev mümkün varintlarda Azərbaycanda hakimiyyətə gəlmək üçün ABŞ-ın və Türkiyənin dəstəyini alıb. Faktiki olaraq Fərhad Əliyevin Azərbaycanda hakimiyyətə gətirilmək planı Rusiyanın Azərbaycanda olan nüfuzunun minimuma endirilməsinə planlanıb.

Başına gələnlərdən sonra Fərhad Əliyevin Azərbaycana qayıdaraq Bakıda məskunlaşmiası çoxlu suallar yaratmaqdadır. Hər şeydən əvvəl Fərhad Əliyev bu qərarı alarkən, Azərbaycanda yenidən həbs olunma təhlükəsini nəzərə almalıydı. Bu təhlükə üzərindən onun Azərbaycana sərmayə qoyması, həmçinin öz təhlükəsizliyi ilə bağlı ona verilən sözlərə inanması, heç də inandırıcı görünmür. Hansısa bir məqsəd Fərhad Əliyevi bu təhlükəyə göz yumaraq Azərbaycana qayıtmasını sövq etməlidir. Məntiqlə Fərhad Əliyev öz təhlükəsizliyi üçün təminatı təkcə Azərbaycandan deyil, xarici ölkədən də almalıdır ki, rahat şəkildə Azərbaycana dönərək burda biznes fəaliyyəti ilə məşğul ola bilsin.

Mənbə qeyd edir ki, Fərhad Əliyevin Sumqayıta yatırdığı sərmayədə Ərdoğanın oğlu Bilal Ərdoğanın da payı var və oğul Ərdoğanın Fərhad Əliyev ilə şərikliyi, bu məsələdə sabiq nazirə verilən əsas təminatlardan biridir. Ümumiyytlə isə son zamanla Bilal Ərdoğanla Fərhad Əliyevin bir neçə şərikli biznes layihələri var ki, bu layihələr çərçivəsində Fərhad Əliyevin həm Azərbaycanda, və bir sıra olkələrdə nüfuzunun artmasına hesablanıb. Çünki Fərhad Əliyevi Azərbaycanda hakimiyyətə gətirməyi planlayan ABŞ və Türkiyə özlərinə sadiq olan şəxsin qonşu ölkələrdə böyük nüfuz sahibi olmasını da istəyirlər.

Cumhuriyyet.az saytını bu bardə məlumatlandıran mənbə bildirir ki, Fərhad Əliyev doğurdan da belə bir təminatı xarici ölkədən alıb və bu təminat hər şeydən əvvəl siyasi təminatdır. Qaynağımız bildirir ki, Azərbaycana dönən Fərhad Əliyev Türkiyə və ABŞ-dan özünün və ailəsinin təhlükəsizliyi ilə bağlı təminat alıb və bu təminat ən yüksək səviyyədədir. Belə ki, Türkiyədən alınan təminatın birbaşa Ərdoğan səviyyəsində olduğu bildirilir. Yəni Azərbaycan hakimiyyəti hətta istəsə belə, Fərhad Əliyevi bu dəfə həbs etmək problemli olacaq və Azərbaycan hakimiyyəti buna görə çox ciddi siyasi və iqtisadi nəticələrlə üzləşə bilər. Fərhad Əliyevin həyat yoldaşının Azərbaycan Tibb Universitetində işlə təmin olunması haqqında məlumat onu göstərdi ki, sabiq nazir Azərbaycanda yerləşməyə qərarlıdır.

Fərhad Əliyevin Azərbaycana qayıdışı ABŞ-ın Azərbaycanla bağlı uzaq məqsədli strateji planının tərkib hissəsidir və bu qayıdış birbaşa siyasi məqsədlidir. Mənbə bildirir ki, ilk baxşıdan Ərdoğan iqtidarı ilə ABŞ arasında soyuq müharibə şəraitində nəzərə çarpsa da, əslində bir çox strateji məsələlərdə Ankara və Vaşinqton əlbir çalışmaqdadırlar. Xüsusi ilə Azərbaycan, İran kimi ölkələrlə bağlı planlardı Ankara və Vaşinqton birgə hazırlayır və birgə həyata keçirirlər. Ərdoğan isə hər nə qədər ABŞ əleyhinə fikirlər səsləndirsə də, əslində onu hakimiyyətə gətirən və bu günə qədər hakimiyyətdə qalmasına hər cür dəstək verən Vaşinqtonun bölgədəki maraqlarının əsas təminatçısı kimi çıxış edir. Mənbə onu da qeyd edib ki, əslində 15 iyul hərbi çevrilişi zamanı ABŞ-ın Ərdoğana verdiyi gizli dəstək ortadadır və əslində bu hərbi çevriliş şousu Ərdoğanın hakimiyyətinin daha da güclənməsi üçün həyata keçirilib. Bu ilin aprelində keçirilən referendumdan sonra isə Ərdoğanın Türkiyədə hakimi mütləqə çevriləcəyi heç kimdə şübhə doğurmur.

Fərhad Əliyevin Azərbaycan qayıtması ilə bağlı saytımıza danışan məlumatlı mənbə bildirir ki, Türkiyədə antiazərbaycan koalisiyası yaradaraq vətənə dönən Fərhad Əliyev istər Zülfüqarlı qardaşlarının, istərsə də, Mübariz Mənsimovun dəstəyindən yararlanacaq. Belə ki, yaxın zamanda Fərhad Əliyevdən sonra Zülfüqarlı qardaşlarının da Azərbaycana dönməsi gözlənilir. Zülfıqarlı qardaşlarının Azərbaycana dönüb, burda yenidən sərmayə yatırmalarını isə, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin demək olar ki, öz nüfuz dairəsini itirməsi ilə əlaqələndirəcəklər. Əslində isə Zülfıqarlı qardaşları Fərhad Əliyevin Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün əsas yardımçıları olacaqlar.

Həmçinin Azərbaycan hakimiyyətinin bəzi təşvişləri qarşısında iqtidar komanadasının təmsilçiləri tərəfindən Mübariz Məsimov və Nürəddin Zülfüqarlı ilə ortaqlığı barədə sorğularına cavab olaraq bildirilib ki, adları çəkilən hər iki iş adam Azərbaycan prezidentindən narazı deyil. Guya poladtökmə zavodu əlindən alınan Zülfüqarlı da, SOCAR-ın neft daşımaları layiələrindən uzaqlaşdırılan Mübariz Məsimov da, onlara qarşı atılan addımların arxasında iri çaplı məmurların dayandığını bildirsələr də, bunun prezidentdən xəbərsiz edildiyini söyləyiblər. Əsas hədəf kimi Rusiya kontrolunda olan məmurlar göstərilib.

Mənsimova gəlincə isə, qaynağımız bildirir ki, “Palmali” şirkətlər Qrupunun rəhbəri öz kapitalının əsas hisəsəini ABŞ-a köçürür. Mənbə bildirir ki, artıq Mübariz Mənsimov ona məxsus olan qiymətli kağızları və səhmləri Nyu-York birjasına çıxarılması barədə qərar qəbul edib. Maraqlıdır, niyə Mübariz Mənsimov öz səhmlərini London, Tokio, Honq-Konq birjalarına yox, məhz Nyu-York birjası çıxarmaq haqqında qərar alıb?

Qeyd edək ki, Mənsimov müsahibələrinin birində bildirib ki, guya ABŞ-da çay gəmiçiliyi üçün əlverişli bazar olduğundan bu addımı atıb. Halbuki Mənsimovun gəmiləri əsasən açıq dənizlərdə və okeanlarda üzür. Bundan başqa, daha yaxın ölkələrdə əlverişli bazarlara çıxışı mümkündür və bu daha az məsrəfə başa gəlir. Mənbəmiz iddia edir ki, bu da MKİ-nin planıdır. Daşıma qiymətlərini qaldırdığına görə Azərbaycan neftinin daşınmasından uzaqlaşdırılan və buna görə Azərbaycan hakimiyyətindən narazı düşən Mənsimovun simasında yensi siyasi fiqur formalaşdırılacaq. Mənsimovun isə Türkiyə hüdudlarında ölkəmiz əleyhinə radikal platformalı siyasət yürütməsi isə faktiki olaraq mümkünsüzdür. Xatırladaq ki, ABŞ-a köç etməyə hazırlaşan Mübariz Mənsimovun srağagün SOCAR-ın əleyhinə müsahibəsi yayımlanıb. Bundan əvvəl isə, Mənsimov SOCAR-la gərgin münasibətlərini elə də qabartmırdı.

Xatırladaq ki, 2005-ci ildə Fərhad Əliyev qeyri-rəsmi olaraq xarici ölkə kəşfiyyatı ilə əməkdaşlıqda və dövlətə xəyanətdə ittiham olunaraq həbs atılmışdı və 2013-cü ildə ölkə prezidenti İlham Əliyevin əfv fərmanı ilə azadlığa çıxmışdı. Bundan sonra sabiq nazir Azərbaycanı tərk edərək bir sıra xarici ölkələrdə biznes qurmuşdu. Fərhad Əliyevin biznes qurduğu ölkələr arasında Böyük Britaniya, Türkiyə, Ukrayna, Belarusiya kimi ölkələr yer alırdı və həbs olunarkən demək olar ki, bütün sərvəti əlindən alınan sabiq nazirin bu qədər böyük sərmayəyə sahib olması çox maraqlı nüanslardan xəbər verməkdə idi. Təkcə onu demək kifayətdi ki, Fərhad Əliyev qardaş Türkiyə Cumhuriyyətinə 100 milyon dollarlarla investisiya qoyub. Bu investisiya layihəsi isə Türkiyənin siyasi dairlərinin, xüsusən də hakim AKP-nin qapılarını Fərhad Əliyevin qarşısında geniş şəkildə açıb. Qeyd edək ki, Ərdoğan və ətrafı ilə Fərhad Əliyevin hələ həbs olunmamışdan əvvəl isti münasibətlərinin olması çoxlarına bəlli idi. Həbsdən azad olunduqdan sonra isə Türkiyə prezidenti ilə əlaqələrini bərpa etməsi barədə daha əvvəllərdə məlumatlar dolaşmaqda idi.

Qeyd edək ki, Fərhad Əliyevin siyasi layihəyə çevrilməsi barədə daha əvvəllərdə Azərbaycan mətbuatında iddialar səsləndirilmişdi. Tam bir il əvvəl “Yeni Müsavat” qəzeti “Fərhad Əliyev Azərbaycanda inqilab hazırlayır – sensasion iddia” adlı yazı ilə çıxış etmişdi və bu yazıda göstərilirdi ki, Fərhad Əliyev Milli Şuranı, AXCP-ni, həmçinin “Azadlıq” qəzetini maliyyələşdirir. Bu ilin yanvar ayında isə mətbuata açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirmişdi ki, Fərhad Əliyev rüşvət verərək öz adamlarını strateji vəziflərə təyin etdirir və gələcəkdə bu adamlardan öz siyasi məqsədlərini həyata keçirmək üçün yararlanacaq. Həmçinin Hafiz Hacıyev bildirmişdi ki, Fərhad Əliyev Qərb kəşfiyyatı ilə əlaqəli şəkildə öz planlarını həyata keçirir.

Orjinal

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

Hacı Məmmədovun bacısı: “Nəyinizə lazımdır Hacının qəbri?”

bitmap-img3

Rakurs

Leriki kimlər və necə idarə edir? - Şok siyahı

bitmap-img3

Seçmələr

Şəkidə hərbçilər yol qəzasına düşüb – 4 ölü, 4 yaralı (Yenilənib)

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru