Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə terrora qarşı iki cəbhədə savaşacaq


Cəmi bir həftə bəs etdi


 Bir həftə ərzində baş verən bir neçə hadisə Türkiyəni qorxulu olayların içinə atdı. Suruçda Kobaniyə yardım aparan solçu gənclərə qarşı terror, ardınca PKK-nın meydanlara çıxması və İŞİD-in Türkiyə hərbçisinə hücum edərək qətlə yetirməsi. Bu hadisələr sanki bir göz qırpımında baş verdi və artıq həftənin sonunda Türkiyə böyük miqyaslı hərbi əməliyyatlara cəlb olunmuşdu. 

Əslində Türkiyənin nə zamansa Suriya ərazilərindəki terror qruplarını, İŞİD-i vuracağı gözlənilən idi. PKK ilə də atəşkəsin kövrək olduğu, nə zamansa pozulacağına çoxları inanırdı. Amma hər ikisi qəfil oldu və Ankara iki cəbhə ilə birdən savaşmaq qərarına gəldi. Hazırda Türkiyə ordusu havadan və uzaqvuran artilleriya vasitəsilə qurudan Suriya ərazisindəki İŞİD mövqelərini və İraqın şimalındakı dağlarda PKK mağaralarını bombalayır. Eyni zamanda paralel olaraq polis və xüsusi xidmətlər ölkə ərazisində İŞİD və PKK tərəfdarlarını ifşa edərək həbs edir. Amma hər kəsə aydındır ki, bu əməliyyatlar bu cür davam etməyəcək, edə bilməz. 

Türkiyənin qarşısında çətin seçim var. Ya əməliyyatları irəli aparacaq, PKK-nın ölkə daxilində və İraq, eləcə də Suriya ərazilərindəki mövqelərini tamamilə sıradan çıxarmaq üçün genişmiqyaslı quru əməliyyatları başladacaq, həmçinin Suriya ərazisinə daxil olub bölgəni İŞİD-dən təmizləyəcək. Yaxud da mütəmadi hava və quru zərbələrini davam etdirəcək, sərhədlərini möhkəmlədərək ölkə daxilində təmizlənmə işlərini gücləndirəcək. Bu isə uzun zaman aparan bir proses olacaq. Çünki ötən illərin təcrübələri də sübut edir ki, hava zərbələri, bombardmanlar terror təşkilatlarını məhv etmək üçün kifayət etmir, ən yaxşı halda onları müəyyən qədər itki verməyə və zəifləyib geri çəkilmələrinə səbəb olur.

Ancaq hər iki halda Türkiyə artıq böyük və qanlı savaşa qoşulmuş sayılır. Amma bu hadisənin eyni zamanda olması, Ankaranın iki cəbhə ilə savaşmaq qərarının arxasında hansı amillərin dayandığı hələ ki, açıq deyil. Türkiyə dövləti həm ölkə daxilində, həm də sərhədlərindən kənarda iki qanlı terror təşkilatı ilə savaşmalı olacaq, əslində artıq savaşır. Həm PKK-nın Türkiyənin yerli vətəndaşları olan kürdlərdən təşkil olunması, uzun illərə dayanan təcrübəsi və dayaqları, həm də İŞİD-in radikal dini görüşlərə dayanan ideologiyasının son illərdə Türkiyədə dərin kök atması onu deməyə əsas verir ki, Türkiyə hökuməti üçün daha çətin və ağır olan ölkədən kənardakı terror qərargahlarını vurmaq deyil, ölkə içindəki PKK və İŞİD bazalarını məhv etmək olacaq. 

Ankaranın qarşısında ötən əsrin ortalarında olduğu kimi kürd problemi və ya radikal dinçi qruplara qarşı effektiv mübarizə üçün bölgə ölkələri ilə əməkdaşlıq etməsi də indi az ehtimalıdır. Çünki aydındır ki, hazırda İraqSuriyada vəziyyət nəzarətdən çıxıb, bu ölkələrin özləri öz daxillərində terror və separatizmə qarşı mübarizə apara bilmirlər. Doğrudur, məsələn İraqın şimalında Qəndil dağlarının və ya Suriyanın şimalında İŞİD mövqelərinin bombalanmasına Bağdad və Dəməşq etiraz etmir. Çünki hər bir halda Ankara bu ölkələrin ərazi bütövlüyünü, BMT tərəfindən tanınmış sərhədlərini qəbul edir. Ancaq AKP hakimiyyətinin uzun müddət Suriyada hökumətə qarşı savaşan radikal qrupları dəstəkləməsi səbəbindən Dəməşq və Ankara arasında nəinki əməkdaşlıq, ümumiyyətlə, diplomatik əlaqələr belə qalmayıb. Bəşər Əsədin və ya Heydər İbadinin Türkiyə ilə birgə terrora qarası cəbhədə yer alması hələlik real görünmür. Ən azı indiki hökumətlə bu mümkün deyil. 

İndi Ankara qarşısında yeganə yol sərhədlərdə təhlükəsizlik tədbirlərini gücləndirmək və paralel olaraq ölkə daxilində bütün terror şəbəkələrini ifşa etməkdir. Ankaranın indi bir addım geri çəkilməsi ölkəni qanlı terror girdabına sürükləyə bilər.


Kənan RÖVŞƏNOĞLU(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar