Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə prezidenti məşhur dini əfsanəyə görə hədəf seçilib

YEVANGELİSTLƏRİN ƏRDOĞANA HÜCUMUNUN SİRRİ AÇILDI


“Christian Post”da çıxan və Gülənin təhvil verilməsini tələb edən yazı ilə bağlı məcburən diqqətimi o aləmə cəlb etməli olduğumdan, sosial və siyasi baxımdan Türkiyə əleyhdarlığının pıqqapıq qaynadığı o dünyada nə qədər cəfəng və qorxunc ifadələrin işlədildiyini də gördüm.

Etiraf etməliyəm ki, həyatım boyunca özündə belə ifrat şişidilmiş dindar qəribəliklər ehtiva edən anlayışlardan daima uzaq durdum və bundan sonra da belə olmasına çalışacam. Amma gördüm ki, ABŞ-da həqiqətən nələrin baş verdiyini, xüsusilə yevangelistlərin necə düşündüyünü anlamaq istəyirsək, bunlar bizə nə qədər cəfəng gəlsə də, öyrənməyə məcburuq.

“Türkiyədə həbsdə olan rahib Bransona nə üçün bu qədər ehtirasla bağlıdırlar?”, “Prezident Ərdoğana niyə bu qədər çox reaksiya verirlər?” suallarını anlamaq istəyən hər bir jurnalist bu dairələrin nə yazdıqlarını və danışıdıqlarını oxuyub öyrənməyə məcburdur.

Məsələnin Türkiyəyə yönəlik tərəfi xeyli önəmli olduğuna görə, bir müddət rasional düşüncədən əl çəkdim və bu adamların irrasional beyinlərindən çıxan fikirləri də tədqiq etdim. Sanıram ki, sonda bu insanlardakı və onların böyük təsirlərinin olduğu Konqres və Ağ Evdəki Türkiyə əleyhdarlığının nə üçün bu qədər yüksək olduğunu anladım.

 

Qorxulu röya

 

Bu insanlar xüsusilə də regionumuzda bir Armagedonun (Dünyanın sonu haqqındakı xristian dini baxışlar sisteminə görə, Armagedon qiyamət günü xeyir və şər qüvvələrinin arasında baş verəcək son döyüş hesab edilir – tərc.) yaxınlaşdığına inanırlar.

Bu, Xeyir və Şərin arasındakı son döyüş olaraq görülür və bu prosesdə Hz.İsanın da dünyaya, Xeyirin yanına geri dönəcəyi gözləntisi vardır.

Xeyir tərəfi olaraq özlərini və müttəfiqlərini, Şər tərəfi olaraq da, – indi möhkəm durun, – Ərdoğanı qəbul edirlər. Bunların oxuduğu cəfəngiyatlar dünyasında, önəmli hesab edilən bir çox insanın internet səhifəsində Ərdoğan “Antixrist” olaraq göstərilir.

Bu nəşrlərdən çox sayda var və bu cəfəngiyyatları da minlərlə, buraxın minləri, milyonlarla insan oxuyur. Bəlkə, inanmayacaqsınız, amma bu tiplər ABŞ kimi bir supergücün paytaxtına da tamamən hakimdirlər. Belə ki, Konqres bunların sözünü dinləyir, Ağ Ev nəzarətləri altındadır.

Bilmirəm, “dəli cəfəngiyyatı”, yoxsa qorxulu bir röya deyim, ancaq, təəssüf ki, hazırda həqiqət budur. Yəni, onlara görə, baş verəcək Armagedon döyüşündə Şər tərəfi Türkiyə və prezident Ərdoğandır. Bu tiplərin fikrincə, Ərdoğan bu müddətdə dünyaya dönəcəyinə inanılan Xristin qarşısında Antixrist olaraq yer alır.

 

Rəhbərliyi də dəli etdilər

 

Anlayacağınız odur ki, özünü dünyanın ən güclü dövləti hesab edən ABŞ öz qərarlarını bir az düzgün təhsil almış beş yaşındakı bir uşağın belə, “bunlar mənasızdır, dəli cəgəngiyyatıdır” deyərək güləcəyi şeylərə inanaraq verə bilir.

81%-i Trampın müdafiəçisi olan bu seçici kütləsi belə olunca, Vaşinqtonda Türkiyəyə yönəlik rasional, məntiqli bir qərar alına bilməsi də imkansız hala gəlir. Acıdır, lakin təəssüf ki, reallıq belədir.

Üstəlik, bu tiplər Armagedonun olacağına inanmaqla qalmır, onu yaratmaq üçün əllərindən gələni edirlər. Misal üçün, Qüds qərarına və ya İranla bağlı edilənlərə baxın.

Konqres üzvlərinin telefonları gün boyu susmur, zəng edənlər “Rahib Bransonu qurtarın” deyir. Onların düşüncəsinə görə, yevangelist rahib Armagedon döyüşündə düşmən olan tərəfin əlində dustaqdır. Belə düşünürlər, bu səbəblə tamamən dəli olublar.

Sadəcə öz dünyalarında dəli olmaqla qalsalardı, bu, zərərsiz də ola bilərdi, lakin, təəssüf ki, Konqresi və rəhbərliyi də özləri kimi dəli ediblər.

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 15 may 2018-ci il

strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar