Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə prezident respublikası oldu


Nələr və necə dəyişəcək, yeni sistemin işləmə mexanizmi


Türkiyədə 24 iyun növbədənkənar seçkilər başa çatdı. Prezident və parlament seçkilərinin eyni gündə keçirildiyi seçkilərdə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan seçkiyə qatılan 88 faiz seçicinin 52,5 faizinin səsini alaraq yenidən prezident seçildi. Artıq müxalifət də Ərdoğanın qələbəsini qəbul edib.

Prezident Ərdoğan 2018-ci il seçkiləri ilə həm də Türkiyədə yeni sistemin ilk prezidenti olacaq. 2017-ci ildə baş tutan referenduma əsasən Türkiyədə artıq yeni prezident üsul-idarəsi bərqərar olacaq. Seçki günü mətbuata açıqlama verən prezident Ərdoğan da seçkilərdən sonra sürətli şəkildə yeni sistemə keçidin baş verəcəyini bildirib. Sitat: “Yeni sistemi sürətlə və ən yaxşı bir şəkildə həyata keçirəcəyik”.

Bəs sistem dəyişikliyi nələri əhatə edəcək? Türkiyədə bu günə qədər mövcud olan hansı qurum və idarə sistemləri ortadan qaldırılacaq və ya dəyişdiriləcək? Türkiyə mediasında dərc olunan araşdırmalara əsasən, bu gündən başlayaraq tətbiq olunacaq yeni sistemdə dəyişəcək qurum və sistemləri qeyd edirik. İlk növbədə onu deyək ki, Türkiyədə mütəxəssislərə görə, yeni sistem tam olaraq xarici təcrübə deyil, müəyyən qismi də yerli düşüncənin məhsulu olan bir sistem formalaşacaq.

İlk növbədə dəyişiklikdən sonra Türkiyədə baş nazir postu ləğv olunacaq. Mərkəzi icra hakimiyyətinin başçısı prezident olacaq. Prezident həm dövlət başçısı, həm də hökumətin rəhbəri olacaq. Yeni dəyişikliyə əsasən prezident nazirləri, hökumət üzvlərini, ali məhkəmə hakimiyyətinin bir sıra üzvlərini, yüksək rütbəli bürokratik aparat təmsilçilərini və vitse-prezidentləri təyin edəcək. Vitse-prezident sayı qanunda göstərilmir, bu, prezidentin səlahiyyətində olacaq.

Artıq Türkiyənin dövlət büdcəsini də prezident administrasiyası hazırlayacaq. Əgər parlament prezidentin təklif etdiyi büdcə qanununu qəbul etməsə, o zaman bir il öncəki büdcə qanunu növbəti ildə də qüvvədə olacaq.

Yeni dəyişikliyə əsasən Türkiyədə bundan sonra prezident və parlament seçkiləri bir yerdə keçiriləcək. Bundan başqa, növbədənkənar seçkini həm prezident, həm də parlament elan edə bilər. Parlamentin növbədənkənar seçki elan etməsi üçün deputatların 60 faizi, ya da başqa sözlə, 600 nəfərlik parlamentin 360 deputatı növbədənkənar seçkilərə dəstək verməlidir.

Yeni qanun dəyişikliyinə əsasən parlament prezidentə qarşı impiçment tələb edə bilər. Bunun üçün parlament üzvlərinin mütləq çoxluğu, yəni ən azı 301 deputatın imzası ilə prezidentə qarşı təhqiqat tələb edə bilər. 60 faiz, yəni 360 deputatın imzası olarsa prezidentə qarşı təhqiqat başladıla bilər. Parlamentin üçdə ikisinin səsi olarsa prezidentin taleyi Ali Divana verilə bilər.

Ancaq yeni dəyişikliklə bağlı artıq narahatlıqlarını dilə gətirənlər də var. Avropa Şurası Venesiya Komissiyası hazırladığı hesabatda Türkiyədəki məlum dəyişikliklərdə mərkəzi icra hakimiyyətinin səlahiyyətlərinin həddən artıq artırıldığı, prezident institutunun güclənməsi, parlamentin icra hakimiyyəti üzərindəki nəzarətinin zəiflədiyi qeyd olunur. Təbii ki, hökumət bu iddiaları qəbul etmir. Müxalifət isə yeni dəyişikliyin Türkiyədə avtoritar rejimin qurulmasına gətirəcəyini iddia edir.

Qeyd edək ki, yeni dəyişikliyə əsasən, Türkiyədə prezident partiya sədri ola bilər. Eyni zamanda 5 il müddətinə yalnız iki dəfə seçilə biləcək. Lakin əgər prezidentin ikinci müddətində parlament növbədənkənar seçki qərarı verərsə, o zaman fəaliyyətdə olan prezident 3-cü dəfə namizədliyini verə biləcək.

Türkiyədə yeni qəbul olunan prezidentlik sistemini müəyyən qədər Fransa və ABŞ-dakı prezident üsul-idarəsi ilə müqayisə edirlər. Ancaq müşahidəçilərə görə, Türkiyənin yeni sistemində ABŞ-da olduğu qədər məhkəmə hakimiyyəti müstəqil deyil. Bundan başqa, icra hakimiyyətinin üstünlüyü tanınmır. Yəni məsələn, ABŞ-da Konqres büdcəni qəbul etməsə, o zaman hökumət fəaliyyətini dayandırmalı olur. Ən son bu il oxşar hadisə baş verib. Federal hökumətin büdcə layihəsi qəbul edilmədiyi üçün hökumət fəaliyyətini müəyyən müddətə dayandırıb. Ali Məhkəmə və nazirləri prezident təyin etsə də, onlar yalnız Konqres tərəfindən təsdiqləndikdən sonra səlahiyyət əldə edirlər.

Fransada prezident Ali Məhkəmənin 9 üzvündən yalnız 3-nü təyin edə bildiyi halda, Türkiyədə 15 Ali Məhkəmə üzvündən 12-sini prezident təyin edəcək.

Lakin bütün bunlarla yanaşı, yeni dəyişiklik Türkiyədə mərkəzi icra hakimiyyətinin daha dinamik və aktiv qərar qəbul etməsi, bürokratik mexanizmin yumşaldılması kimi mütərəqqi dəyişikliklərə gətirəcək. Ancaq müxalifətə görə, prezident üsul-idarəsi Türkiyədə avtoritarizm meyillərini gücləndirə, ölkədə Şərqə məxsus avtoritar lider düşüncəsinin yayğınlaşmasına səbəb ola bilər. Ancaq istənilən halda seçim artıq arxada qalıb. Türkiyə xalqı seçimini edib, bu günə qədər davam edən parlament idarə üsulunun dəyişməsini dəstəkləyib.(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar