Türkiyə polisi Ankarada narkotacirlərə qarşı genişmiqyaslı əməliyyata başlayıb
Bu əməliyyatlara təxminən 5 min polisin cəlb edildiyi bildirilir.
Əməliyyatlar daha öncədən müəyyən edilmiş 200 ünvanda keçirilir.
Qeyd edək ki, son 2 ayda narkotacirlərə qarşı əməliyyatlar çərçivəsində 3823 nəfər saxlanılıb ki, onların arasında xarici vətəndaşların da olduğu bildirilir.(trend)
pia.az