Bu gün Türkiyə ordusunun 3 əsgəri və 1 qoruyucu şəhid olub
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, PKK terrorçular Van rayonunun Çaldıran qəsəbəsinin Gülizar məhəlləsi yaxınlığında yolu bağlayıb, 3 yük maşınını yandırması ilə əlaqədar bölgədə əməliyyat-axtarış tədbirləri keçirilib. Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən atışma zamanı 3 əsgər və bir qoruyucu şəhid olub, 4 əsgər yaralanıb.
Bölgədə antiterror əməliyyatı davam edir.
pia.az